NATO-nun Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya gedib.
Yenixeber.org: Bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - deyə NATO-nun açıqlamasında bildirilir.
Tallin limanında dayanan NATO gəmilərinə Niderland freqatı, həmçinin "HNLMS Tromp" (F803) flaqman gəmisi, Danimarkanın "HDMS Esbern Snare" (F342) freqatı və Norveçin "HNoMS Maud" tankeri daxildir.