Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Şuşa bu şəhərlə qardaşlaşıb -FOTOLAR

Şuşa və Andon şəhərləri qardaşlaşıb
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə və Cənubi Koreyanın Andon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Yenixeber.org: üvafiq memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Andon şəhərinin meri Kvon Ki Çanq imzalayıblar.

“İmzalanmış sənədə əsasən, qardaşlaşmış iki şəhər mədəni, sosial və iqtisadi münasibətləri, eləcə də dostluq əlaqələrini inkişaf etdirmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətini ifadə edir”, - A.Kərimov tviter səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreyanın Andon şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andon, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam