Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Kadırov yenə də sərsəmlədi-"Nüvə silahı tətbiq edilsin"

Rusiyanın Çeçenistan bölgəsinin rəhbəri Ramzan Kadırov Ukraynada nüvə silahından istifadə edilməsinə çağırış edib.

Yenixeber.org: Bu barədə o, özünün "Telegram" kanalında yazıb.

O, Liman şəhərinin itirilməsinə görə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

"Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim", - deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunmalıdır: "Mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana və aşağı məhsuldar nüvə silahının tətbiqinə qədər daha sərt tədbirlər görülməlidir".

Xatırladaq ki, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Donetsk bölgəsində yerləşən Liman şəhərinə daxil olub. Rusiya Müdafiə nazirliyi Limandan geri çəkildiyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam