Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Türkiyə ordusu PUA-ların özlərinə qarşı müdafiə sistemləri qurur-FOTO

Dünyada hərbi məqsədli pilotsuz uçan aparatların istehsalında lider ölkələrdən sayılan Türkiyə dronların özlərinə qarşı da sistemləri təkmilləşdirir.

Yenixeber.org: Bu barədə ölkənin Müdafiə sənayesi idarəsinin rəisi İsmail Dəmir məlumat verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından (PUA) qorunma sistemləri Türkiyə ordusunun xidmətinə verilib.

“Türkiyə Silahlı Qüvvələri ilk dəfə olaraq “Şahin” tipli kiçik ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə aparan sistemlər əldə edib”,-deyə o qeyd edib.

Onun sözlərinə görə, anti-dronlar Türkiyənin müdafiə sənayesi şirkəti olan “Aselsan” tərəfindən hazırlanıb. Bu aparatlar yedəkli qoşquya quraşdırılıb və modul dizayna malikdir. “Şahin”lərdən mühüm obyektləri, sərhədləri qorumaq və hava hücumundan müdafiə məsələlərini həll etmək üçün istifadə olunacaq.

İsmail Dəmirin sözlərinə görə, dron əleyhinə sistem hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir və radardan ötürülən mövqeyə köklənərək onu izləyə bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam