Rusiya Ukraynaya qarşı müharibədə 10 generalını itirib.
Yenixeber.org: Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya müharibədə ümumilikdə 37 min əsgərini itirib. Bundan əlavə, 1605 tank, 405 təyyarə-helikopter məhv edilib.
“Rusiya hələ də döyüşə başlamayıb? Kreml müharibəni yalnız Stalinin riyaziyyatı - 20 milyon itki ilə nəzərdə tutur?” - deyə Ukrayna rəsmisi qeyd edib.