Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Sovetski”də qadının evini kompensasiya ödəmədən dağıtdılar - FOTOLAR+ VİDEO

“Sovetski”də qadının evini kompensasiya ödəmədən dağıtdılar: Əşyalar yararsız hala salındı - FOTOLAR, VİDEO

 

 

“Sovetski”də bir vətəndaşın evini əşyaları içərisində olduğu halda, heç bir kompensasiya vermədən uçurublar.
Xeberinfo.com:   Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanında yaşayan Kəmalə Şəfiyevanın mənzilini, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əmlak sahibi ilə razılaşmadan söküblər. 
Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və zərərçəkənin problemini işıqlandırıb. 
Qeyd edək ki, həqiqətən şikayətçinin evi tamamilə uçurulub. Dağıntılar altında yorğan-döşək, məişət əşyaları, mebellər, hətta sənədlər də qalıb. Biz  ünvana çatdığımız zaman çarəsiz qadın dağıntılar altından sənədlərini və bəzi qiymətli əşyalarını tapmağa çalışırdı. 
“Sovetski” sakini K.Şəfiyeva icra nümayəndələrinin onun hüquqlarını pozaraq, mənzilini sökdüyünü, əşyaları ilə birlikdə külli miqdarda ziyan vurduğunu dedi: “Evim üçün heç bir kompensasiya verilmədiyi halda, zor tətbiq edərək, evimi sökdülər. 20-yə yaxın adam evin həyətinə toplaşmışdı. Söküntü zamanı icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri də burada idi. Onlara qanunsuz olaraq söküntü işi apardıqlarını desəm də, heç bir nəticə vermədi. Heç olmasa sənədlərimi, dissertasiya işlərimi götürmək üçün icazə istədim. Polis əməkdaşları qolumdan tutub, maşına əyləşdirdilər. Mənzildə olan bütün əşyalarım yarasız vəziyyətə düşdü. Hamısı söküntünün altında qalıb”.
Zərərçəkən ona dəyən maddi ziyanın 20 min manat məbləğində olduğunu bildirdi: “Bütün əşyalarım söküntü altında qaldı. Mebellərim, soyuducum, kondisionerim... Ümumiyyətlə, salamat bir şey qalmadı. Baş nazirin müavini Abid Şərifov deyirdi ki, “Sovetski”də heç kimin evi zorla sökülmür. Bəs, mənim evimi niyə sökdülər?” 
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz
 














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam