Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu gün son döyüş olacaq…”-Mariupolun müdafiəsi ilə bağlı əfsanəvi hekayə sona çatır?

Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin kontr-admiralı Mixail Bilinski adına 36-cı əlahiddə dəniz piyadası briqadasından bildirilib ki, aprelin 11-i son döyüş ola bilər. Mariupolda yerləşən bölmənin vəziyyət çox ağırdır, döyüş sursatı tükənir. Hakimiyyət orqanlarından dəstək və ya heç olmasa onlarla əlaqə isə yoxdur…

Bu barədə briqada döyüşçüləri Facebook-dakı səhifələrində məlumat yayıblar.

“Biz, müharibə başlayandan bu yana 47 gündür ki, Mariupolu müdafiə edirik… Ləyaqətlə müdafiə olunduq, mümkün olmayanı etdik. Ancaq istənilən resursun bitməsi labüddür. Piyadaların hamısı həlak olub, artilleriyaçılar, zenitçilər, siqnalçılar, sürücülər və aşpazlar əllərinə atıcı silah alaraq döyüşürlər. Hətta orkestr. Onlar ölürlər, amma döyüşürlər. Yavaş-yavaş tükənmək üzrəyik… Artıq heç kim bizimlə əlaqə saxlamaq istəmir, çünki biz istismardan çıxmışıq. Bu gün yəqin ki, son döyüş olacaq, çünki sursatımız yoxdur. Daha sonra – əlbəyaxa döyüş. Daha sonra – bəziləri üçün ölüm, bəziləri üçün isə əsirlik”.

Dəniz piyadaları bildirirlər ki, döyüş zamanı onlara bir dəfə 50 ədəd 122 millimetrlik mərmi, 20 mina, bir neçə NLAW və İlon Maskın bağışladığı starlink verilib. Dəniz piyadaları sursat olmadan özlərini müdafiə edə bilmədyindən düşmən onları tədricən “Azovmaş” zavoduna tərəf sıxışdırıb, onları mühasirəyə alıb, atəş altında saxlayıb, indi onları məhv etməyə çalışır.

36-cı briqadadan qeyd edilir ki, müdafiəni gücləndirmək və döyüşü davam etdirmək üçün onlara ehtiyat döyüşçülər gətirmək variantı olub. Bundan əlavə, briqadanın mühasirəni yararaq öz qoşunlarına çıxmaq imkanı da olub. Bu barədə “Vostok” operativ komandanlığına da məlumat verilib, onlar hətta əməliyyatı planlaşdırmağa başlayıblar. Lakin daha yüksək rütbəli heyəti bu planları ləğv edib.

“Novinarnya” saytının məlumatına görə, bu mesajın müəllifi 36-cı briqadanın yüksək rütbəli zabitlərindən biridir: “Bu, hərbi hissənin rəsmi mövqeyi deyil. Amma bölmə ilə rabitənin qurulduğu “dəniz piyadasının məktubu”dur və müdafiə olunan Mariupoldakı dəniz piyadalarının real vəziyyətini təsvir edir. Qeyd olunur ki, briqadanın mətbuat xidmətinin əməkdaşı ilə əlaqə kəsilib. Lakin briqadanın Facebook səhifəsinə rəhbərlik edən hərbçi səhifənin sındırılmadığını təsdiqləyib. Zabit xahiş edib ki, artıq onunla əlaqə tam kəsiləndən sonra onun kimliyi açıqlanmadan müraciəti ictimaiyyətə açıqlansın.

“Ukrainska Pravda” saytının kəşfiyyatdakı mənbələri də Mariupolda vəziyyətin son dərəcə çətin olduğunu və ordunun blokadadan çıxarmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini təsdiqləyib. Nəşr hakimiyyətin Mariupoldakı müdafiəçilərin problemini həll etmək üçün hansı tədbirləri gördüyünü öyrənməyə çalışır:

“Biz müdafiə nazirinin müavini Anna Malyara və prezidentin mətbuat katibi Sergey Nikiforova müraciət etdik. Onlar hələ zənglərə və mesajlara cavab verməyiblər”.

Kontr-admiral Mixail Bilinski adına 36-cı əlahiddə dəniz piyada briqadasının əsgərləri 2014-cü ildə komandirin xəyanətinə baxmayaraq anda sadiq qalaraq Krımı tərk ediblər və Ukraynanın müdafiəsi tapşırıqlarını yerinə yetiriblər. İndi isə onlar 47 gün ərzində Rusiyanın işğalçı qüvvələri tərəfindən mühasirəyə alınsalar da, Mariupolu təslim etmədilər…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam