Ermənistan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır-Paşinyan açıqladı
Ermənistan yaxın vaxtlarda Azərbaycanla Yerasx (Arazdin) - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.
Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Hazırda biz Yeraşx - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, yaxın gələcəkdə əldə olunan razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf etdiriləcək”, - TASS Ermənistanın baş nazirindən sitat gətirir.
Paşinyanın sözlərinə görə, cümə axşamı hökumət həmçinin strateji Şimal-Cənub magistralının Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək. “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”, - o əlavə edib.