Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

PAŞİNYAN AZƏRBAYCANLA RAZILAŞMALARDAN DANIŞDI - "Bu, mühüm sazişdir və..."

"Azərbaycan Prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaların icrası regiondakı siyasi, iqtisadi mühit, eləcə də təhlükəsizlik mühiti dəyişəcək".

Yenixeber.org: Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. 

Paşinyan qeyd edib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdəyən- Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub: "Mən Azərbaycanla sazişin əhəmiyyətini həddindən artıq böyütmək istəmirəm. Amma digər tərəfdən, onu qiymətləndirməmək də olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bölgədəki iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək layihədir".

Paşinyan əlavə edib ki, əgər Ermənistanla Türkiyə arasında müəyyən effektiv dialoq qurulsa, kommunikasiyaların açılmasına nail olunsa, həmin dəmir yolu layihəsi daha böyük miqyas ala bilər.

“Yəni bizim bəhs etdiyimiz dəmir yolu Yerasxdan (Arazdəyəndən-red.) Gümrüyə və oradan Qarsa qədər mövcuddur. Dəmir yolunun tikintisini başlatmaq, layihələndirmə üzrə ilkin işləri yekunlaşdırmaq, tenderlər elan etmək və digər məsələləri yoluna qoymaq lazımdır”,- o deyib.

Paşinyan bildirib ki, yaxın zamanlara Azərbaycanla Ermənistan daha dar çərçivədə məsləhətləşmələr keçirəcək, qrafiki, görüləcək işlərin yol xəritəsini və digər məsələləri müzakirə edəcək.

Ermənistanın Baş naziri onu da qeyd edib ki, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır: "İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam