Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvana dəmir yolu xəttinin inşası ilə bağlı açıqlama -Paşinyandan


"Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar regionda siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək".
Yenixeber.org: "sputnik armenia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Bundan əvvəl Paşinyan bildirib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdəyən(Yerasx)-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.
“Azərbaycanla sazişi qiymətləndirməmək olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”.
Paşinyan dəmir yolunun keçdiyi ölkələrin yurisdiksiyasına və suverenliyinə qarşılıqlı hörmətlə yanaşılmaqla, tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcəyini vurğulayıb. Bundan başqa, Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasında razılaşmaq olarsa, Gümrü-Qars dəmir yolu da işləyəcək.
İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə də razılıq əldə olunub.
Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.
Qeyd edək ki, dekabrın 14-ü Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində Aİ Şurasının sədri ,arl Mişelin iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam