Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Türk düşməni nazir oldu - FOTOLAR

 Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirən Dilan Yeşilgöz yeni kabinetdə vəzifəsinin icrasına başlayacaq.

Yenixeber.org: Niderlandda martın 17-də keçirilən ümumxalq seçkilərindən keçən 271 günlük danışıqlar prosesindən sonra yeni hökumətin qurulmasına başlanılıb və koalisiya hökumətində təmsil olunacaq nazirlərin adları dəqiqləşib. Beləliklə koalisiya hökumətində türk əsilli 2 qadın nazirin də yer alacağı məlum olub.

Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək. “Demokratlar 66” Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. Niderlandın yeni ədliyyə naziri Dilan Yeşilgöz Türkiyənin qatı düşməni kimi tanınır. 1984-cü ildə terror təşkilatı PKK-ya və sol terror təşkilatlarına bağlı silahlı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz atasının “missiyasını” davam etdirir.

Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olduğu haqda fikirləri dəstəkləyən Yeşilgöz, 2018-ci ildə Niderlandda  qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli deputatdan biri olub. Qeyd edək ki, 1977-ci ildə Tuncelidə doğulan Dilan Yeşilgöz, 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. O, holland, ingilis və kürd dillərini mükəmməl bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam