Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ƏRDOĞAN VƏ BABACAN ARASINDA FİKİR AYRILIĞININ PƏRDƏARXASI: Əli Babacan kimdir və niyə yeni partiya qurdu?

 

 

Yenixeber.org: Keçmiş nazir və AKP-dən istefa edən baş nazirin müavini Əli Babacanın başçılığı ilə yeni partiyanın yaradılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciəti etdi. Partiyanın qurucu üzvlərindən olan Mehmet Emin Ekmen və İdris Şahin ərizələrini Daxili İşlər Nazirliyinə təqdim ediblər. Partiyanın çoxdan gözlənilən təsisçilər komitəsinin 90 nəfərlik siyahısı elan edilsə də, partiyanın nizamnaməsi və proqramı hələ də açıqlanmayıb. Partiyanın adının DEVA olduğu açıqlandı. DEVA-nın açılışı Demokratiya və Atılım Partiyası deməkdir. DEVA partiyasının təməl vurğusunun gücləndirilmiş bir parlament sisteminə dönüş olacağını, bunun üçün hər cür dialoqa da qapılarını açacağını izah edən partiyanın qurucularından biri olan Ünsal “Hüququ şamla axtaran Türkiyənin düzəlməsi üçün əlimizdən gələni etməyə qərarlıyıq” deyə bildirib.

Əli Babacan kimdir?

Əli Babacan 1967-ci ildə Ankarada dünyaya gəlib. Bakalavr təhsilini Ankarada, Magistr təhsilini isə ABŞ-da bitirib. O, ABŞ-da çalışıb, bizneslə məşğul olub. Sonra Türkiyəyə geri dönüb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının qurucularından biri olub. Ədalət və İnkişaf Partiyasının 22, 23, 24 və 26-cı çağırış TBMM-nin millət vəkili olub. Ərdoğan hökumətində İqtisadiyyat Naziri, Xarici İşlər Naziri, Avropa Birliyi Naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

Əli Babacan niyə partiya qurdu?

Babacan Ərdoğanın yaxın adamlarından biri olub. Türkiyənin iqtisadiyyatını idarə edən insan olub. Babacanın Türkiyə mətbuatına verdiyi müsahibələri analiz edərkən gəlinən nəticə budur ki, Ərdoğan və Babacan arasında fikir ayrılığı yaranıb. Ərdoğanın tək adamlıq idarəetmə üsulunu qəbul etməyib. Bir məsələni deməkdə fayda var. Ərdoğan son referendum seçkilərində Əli Babacanıın təbliğat aparmasını istəyib, yəni dəstək versin. Xalqa izah etsin. Əli Babacan buna qarşı çıxıb, bunu etməyəcəyini bildirib. Digər bir tərəfdən Ərdoğanın son illərdəki siyasətini qəbul etməyib, ona qarşı çıxıb. Bu ayrılmanın pərdəarxası tərəfləri də var.

Əli Babacanın partiyası uğur qazana bilərmi?

Əli Babacan qərb meylli insandır. Liberal dəyərlərə sahib siyasətçidir. Babacanın həyat yoldaşı Ərdoğan hökumətinin yeganə xanımıdır ki, başı açıq olub. Babacana Avropa, London və Vaşinqtondan dəstək var. Ən önəmli dəstək Babacana Abdulla Gül tərəfindən verilən dəstəkdir. Babacan dünyada məşhur istiqamətverici Bildenburg klubunun üzvüdür. Babacan İslamı siyasi alət etməyəcəni bildirib. Babacan görə iqtidarda olsa Türkiyə xarici sərmayə gələcəyini deyir.Əli Babacanın xalq tərəfindən dəstək alacağı hələki çətindir görsənmir. Səbəbi sadədir, Babacan uzun zaman Ərdoğanın hökumətində təmsil olunub. Hər kəs deyir, Türkiyənin iqtisadiyyatının hal-hazırkı vəziyyətində Babacanın günahı var. Babacan da deyir mənim günahım yoxdur. Ona görə də, Babacanın işi çətindir. Babacan siyasi fikirlərini və partiyasını Türkiyə gündəmində tutmalıdır və Türkiyəliləri inandırmalıdır ona dəstək versinlər. Hələ ki Ərdoğanın şansları qalır müəyyən üstünlükləri var. Ancaq görünən budur ki, Ərdoğanın artıq xaricdən dəstəyi kəsilib. Bunu da hamı bilsin ki, Türkiyədə zaman-zaman islamçılar və liberal yönümlü partiyalar idarə edib. Artıq Türkiyəni 18 ildir İslamçılar idarə edir. Görünən budur ki, İslamçıların qələmi qırılıb. Avropa London Vaşinqton islamçıların yerinə liberal iqtidar qurmağa hazırlaşır. Ancaq Babacan Türkiyə vətəndaşlarından dəstək almalıdır.

Teymur Qasımlı,

İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, siyasi analitik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam