Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

2 milyardlıq saziş: İrana zərbələr endirməyə hazırlaşırlar?- SON DƏQİQƏ

İsrail ABŞ-la 12 "Lockheed Martin Corp CH-53K" helikopteri və iki "Boeing Co KC-46" təyyarəsi almaq məqsədilə müqavilə imzalayıb.

Yenixeber.org: Bu barədə cümə günü İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Ümumi partiyanın dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir. Bu barədə Reuters xəbər verir.

Cümə axşamı imzalanan saziş İsrailin hərbi hava qüvvələrinin modernləşdirilməsinin bir hissəsidir. Nazirlik sövdələşməyə əlavə altı helikopterin alınması variantını da daxil etdiyini bildirib.

İlk helikopterlər 2026-cı ildə İsrailə çatmalıdır. Hərbi Hava Qüvvələrinin hərbi texnika rəisi briqada generalı Şimon Tsentsiper cümə axşamı İsrail radiosuna deyib ki, sifariş edilən təyyarələr 2025-ci ilə qədər təhvil verilməyəcək.

İsrail mediası təyyarələrinin İranın nüvə obyektlərinə hava hücumunda kritik rol oynaya biləcəyini fərz edir. Tsentsiper bildirib ki, Hərbi Hava Qüvvələrinin hazırkı yanacaqdoldurma imkanları qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün kifayətdir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam