Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İRAN İSRAİLİN HAVA HÜCUMUNA HAZIRLAŞIR –İsrail kəşfiyyatı İran dronlarını aşkarlayıb

İran İsrail sərhədindəki ölkələrdə hava hücumundan müdafiə sistemini möhkəmləndirməyə çalışır.

Yenixeber.org: Bu haqda İsrailin “Haaretz” qəzetində yazı dərc olunub. Yazıda deyilir ki, İranın bir sıra xarici ölkələrdə yaratmağa çalışdığı şəbəkə İsrailin hücumlarını dəf etmək üçün nəzərdə tutulub.

İsrail kəşfiyyatı bəyan edib ki, İran İsrail təyyarələrini vurmaq üçün Suriya, Livan, İraq və digər ölkələrdə “yer-hava” raket kompleksi yerləşdirməyə cəhd göstərir. “Haaretz” xatırladır ki, xarici media İsrailin bu yaxınlarda Suriyada hərbi əməliyyatlar həyata keçirdiyini xəbər verib. Xəbərlərə görə, həmin əməliyyatların birində Suriya əsgərləri İran istehsalı olan müdafiə sistemlərindən İsrailə məxsus olduğu bildirilən təyyarəyə çox qısa zamanda raket ata bilib. Buna görə də İsrail kəşfiyyatı ölkənin Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriya ərazilərində İranın köməyilə hava hücumundan müdafiə sisteminin təkmilləşdirildiyi qənaətinə gəlib.

“Haaretz”in yazdığına görə, İsrail rəsmiləri bu sayaq müdafiə sistemlərinin İranın Livanda və Yəməndə dəstəklədiyi terror qruplaşmalarının əlinə keçəcəyindən narahatdır.

Qəzet yazır ki, İsrailin Hərbi Hava Qüvvələri İranın “Hizbullah”, “Həmas” və digər terror qruplaşmaları vasitəsilə İsrailə qarşı hədəflədiyi dronların sayını, yerini müəyyən edə bilib. Eyni zamanda təhlükəni önləmək üçün İsrail ordusu müdafiə sənayesi istehsalçılarını tezliklə lazerli raketdən müdafiə sistemini işə salmağa çağırıb.

Qəzetin yazdığına görə, İsrail hökuməti Müdafiə Nazirliyinə göstəriş verib ki, İranın nüvə proqramını dayandırmaq üçün aparılan danışıqların nəticəsiz qalacağı, Tehran nüvə silahına yiyələnmək istiqamətində hərəkətə keçəcəyi təqdirdə İsrail ordusu bu ölkənin nüvə obyektlərinə zərbə endirməyə hazır olsun.

Bugünlərdə İsraildə 15 ölkənin hərbi hava qüvvələrinin iştirakı ilə beynəlxalq təlimlər start götürüb. İsrail Silahlı Qüvvələrinin komandanı general-mayor Amikam Norkin təlimdən qabaq bildirib ki, ölkəni ən müxtəlif istiqamətlərdən təhlükə gözləyir. O vurğulayıb ki, birgə təlimlər İsrailin digər ölkələrin təcrübəsindən yararlanmasına və İsrail Hərbi Hava Qüvvələrinin indiki dövrdə gözlənilən ssenarilərə hazır olmasına imkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam