Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Rus tankları cəmi bir günə Kiyevə çatacaq? –Amerika nəşri Ukraynanın “fatihə”sini verdi

 

Ukrayna ilə hipotetik hərbi münaqişə baş verərsə, Rusiyaya Kiyevi ələ keçirmək üçün bir gündən az vaxt lazımdır.

Yenixeber.org: Bu barədə “American Thinker” məlumat verir.

Nəşr bildirir ki, NATO Ukraynanı təşkilata daxil etməyə çalışarsa, hərbi əməliyyatlar mümkün olacaq. Soyuq müharibə başa çatdıqdan sonra alyansın şərqə doğru genişlənməsinin səhv olduğu və hazırkı gərgin vəziyyətə səbəb olanın da bu olduğu qeyd edilir.

Nəşrin materialında iddia edilir ki, Rusiya üçün hərbi əməliyyatların mümkün başlaması “hərbi, siyasi və ya iqtisadi baxımdan xüsusi risklərlə” əlaqələndirilməyəcək. Rusiyanın hərbi qüdrəti Ukrayna ordusunu üstələyir və NATO Kiyevin müdafiəsinə qalxmaq qərarına gəlsə belə, o zaman hərbi potensialını azaldan alyans ölkələri Rusiya ordusu ilə rəqabət apara bilməyəcək.

Qeyd olunur ki, siyasi nəticələr yalnız qınama ilə məhdudlaşacaq və Moskvaya qarşı yeni iqtisadi sanksiyalar olmayacaq, çünki bu, koronavirus pandemiyasının səbəb olduğu dünyada mövcud iqtisadi tənəzzülü daha da gücləndirəcək.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam