Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ xüsusi xidmət orqanları rusiyalı hakeri necə ələ alıb...-ARAŞDIRMA

Rusiyalı Pyotr Levaşov 2017-cu ildə İspaniya polisi tərəfindən həbs olunanda deyirmiş ki, Birləşmiş Ştatlara ekstradisiya olunmaqdan bərk qorxur və onu ABŞ-a təhvil versələr hətta intihar edə bilər. Levaşov spam əməliyyatlarından gəlir götürməkdə ittiham olunurdu. “Mənə işgəncə verəcəklər… Məni öldürəcəklər, ya da özümü öldürəcəyəm”, – o, hakimə deyirdi.

Yenixeber.org: Amma 2018-ci ilin fevralında ABŞ-da ekstradisiya olunan Levaşov özünü təqsirkar bilərək daha yüngül cəza almaq üçün Federal Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlığa başlayıb. O, bu sövdələşmədən yaxşı da qazanıbmış, ABŞ hökumətindən aya 6 min dollar yaxın məvacib alırmış. Levaşov bunu iyunda başqa bir cinayət işində ABŞ hökuməti adından ifadə verərkən açıqlayıb. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Tod Prins bu açıqlamanın onun FTB üçün hansı dəyərli informasiyaya sahib olmasına işıq saldığını yazır.

Levaşov FTB-dən təkcə yaxşı pul almayıb, ABŞ-da rusiyalı kibercinayətkarlar üçün qeyri-adi dərəcədə yüngül cəza alıb, cəmi 33 aylıq həbs cəzası artıq çəkilmiş hesab olunub. Müəllif nəzərdən keçirdiyi 10-dan artıq işə əsasən bunun, son illər rusdilli hakerlərə kəsilən ən yüngül cəzalardan olduğunu qeyd edir. Belə bir cəza kibertəhlükəsizlik peşəkarlarından bəzilərini qəzəbləndirib.

Bununla kibercinayətkarlara belə bir mesaj verilir ki, “spam Birləşmiş Ştatlar üçün elə də əhəmiyyətli deyil”, – illərlə Levaşovun əməliyyatlarını izləmiş kompüter eksperti Geri Uorner iyulda bloq postunda yazırdı.

Levaşov sonradan radio ilə yazışmasında, iyunda federal məhkəmədə verdiyi ifadəyə zidd olaraq, FTB üçün işləmədiyini deyib. Ancaq qeyd edib ki, Konnektikutda federal hökumət şəbəkələrinə “konsultasiya vermək və onları qorumaq”la bağlı işinə görə ona ödəniş olunub. Məktəblər də daxil müəyyən obyektlərin fidyə tələb olunan hücumlardan qorunmasından söhbət gedir. O, radioya mesajında FTB ilə, “Rusiya və ya rusiyalı hakerlərə qarşı” “heç vaxt əməkdaşlıq etmədiyini” deyib.

“Mən ABŞ şirkətlərinə əsasən fidyə tələb olunan haker hücumlarından qorunmaq üzrə məsləhət verirəm. Ancaq heç vaxt sizin düşündüyünüz kimi əməkdaşlıq etmirəm, heç kəs mənim ucbatımdan həbs olunmayıb”, – o yazıb.

 

41 yaşlı Levaşov uzun müddət FTB-nin hədəfində olub. 1990-cı illərdən 2017-ci ilədək o, Sankt Peterburqdakı evindən botnet adlı haker kompüterlərinin üç böyük şəbəkəsini idarə edib. Həbs olunan vaxt onun Kelihos botneti 50 mindən çox kompüteri əhatələyirmiş. O, həmin kompüterlərə milyardlarla email vasitəsilə dərman, iş yerləri, səhm reklamları göndərirmiş. Britaniyada yerləşən SpamHaus Levaşovun dünyada 10 əsas spamçindən biri olduğunu bildirib. O, botnetlətrdən virus da yollayırmış.

Uornerin sözlərinə görə, Levaşov botnetləri elə “qeyri-adi və ağıllı yol”la idarə edirmiş ki, onları bağlamaq çətin işə çevrilirmiş.

ABŞ məhkəmə sənədlərinə görə, Levaşov 1 milyon spam üçün müştərilərdən 300-500 dollar alıb. Başqa bir rusdilli hakerin məhkəməsində ifadə verəndə o, aya onminlərlə dollar qazandığını söyləyib. Amma Levaşov məhkəmədə Rusiyaya heç vaxt spəm göndərmədiyini, “azından bundan hər yolla yayındığını” deyib.

Həm də Piter Severa adıyla tanınan Levaşov 2017-ci ilin aprelində Barselonada ABŞ-ın həbs orderi əsasında saxlanıb. O, həyat yoldaşı və oğlu ilə tətilə gedibmiş. Həbs vaxtı da botneti idarə edirmiş, polis avadanlığını müsadirə edib. Rusiya da onun ekstradisiyası üçün müraciət edib, Levaşovun Rusiyada kibercinayətlər törətdiyini bildirib. İspaniya məhkəməsi isə onun Birləşmiş Ştatlara ekstradisiya olunması haqda qərar çıxarıb.

Ekspertlərin fikrincə, Rusiya hökuməti Levaşov kimi kibercinayətkarlar bu ölkədə şirkətləri və fərdləri hədəfə almayanadək onlara dözür. Levaşov AzadlıqRadiosu ilə yazışmalarında ona ödənişlərin 2020-ci ilin birinci yarısında dayandığını bildirib. Federal kompüter cinayətləri üzrə keçmiş prokuror Mark Raş isə AzadlıqRadiosuna deyib ki, Levaşov ola bilsin, hələ də ABŞ hakimiyyətinə kömək edir. Onun Birləşmiş Ştatlarda qalmasına icazə verilməsi də bununla izah oluna bilər. FTB isə məsələni şərh etməyib.(virtualaz)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam