Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Sarkisyanın pullarını almaq üçün FTB-dən kömək istədi

Paşinyan Sarkisyanın pullarını almaq üçün FTB-dən kömək istədi
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) sabiq prezident və baş nazir Serj Sarkisyan hökumətində təmsil olunan vəzifəli şəxslər tərəfindən ofşor zonalarda çirkli pulların qanunsuz yuyulması işinin istintaqı üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosundan kömək istəyib. 

Yenixeber.org: Bu barədə “Jamanak” qəzeti yazıb.
“Ermənistan MTX və ABŞ Federal Təhqiqatlar Bürosu respublikanın keçmiş yüksək vəzifəli şəxslərinin çirkli pulları qanunsuz yumalarına dair işin istintaqı üzrə sıx əməkdaşlıq edirlər. Pulların ofşor zonalarında yuyulmasilə bağlı ciddi şübhələr var. Yaxın gələcəkdə bu cinayət işi çərçivəsində səs-küylü həbslər barədə xəbərlər eşidəcəksiniz.” – deyə Ermənistan xüsusi xidmət orqanlarındakı mənbə “Jamanak”a bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə biznesmenlərini və əvvəlki hökumətin nümayəndələrini qanunsuz olaraq ölkədən kənara kapital çıxarmamağa çağırmışdı. Həmçinin xəbərdarlıq etmişdi ki, həmin pulları yenidən Ermənistana qaytarmaq onun üçün elə də çətin olmayacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam