Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatı döyən şəxs ekstradisiya edilə bilər

Deputatı döyən şəxs ekstradisiya edilə bilər
Yenixeber.org: 4 may 2018-ci il tarixdə Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunmuş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyevşəhəri Şevçenko rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

M.Saitov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam