Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"MTN işi": Keçiyə görə 500 min alıb “cənaba” çatdıran müstəntiqin halı yaxşı deyil

Fəaliyyətinə xitam verilmiş MTN-də formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərindən bir çoxu həbs olunsa da Eldar Mahmudov başqa olmaqla bir çoxları hələ də azadlıqdadır.

Xeberinfo.com:   Virtualaz.org bu qruplaşmanın ən amansız üzvlərindən biri hesab olunan müstəntiq, MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi vəzifəni icra etmiş Təhsin Ağayev barədə bəzi yeni məlumatlar əldə edib.

Mənbələrimiz bildirir ki, xüsusi xidmət orqanlarından qovulan Təhsin Ağayevin barəsində Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsində MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlardan daxil olan bir neçə ciddi cinayət faktının mövcud olmasına baxmayaraq o, hələ də həbs edilməyib. Bununla belə T.Ağayev təxminən 6 aydır ki, müntəzəm olaraq Bakıdakı “Leyla Şıxlinskaya” klinikasına gedib-gəlir, müalicə alır. Yaxud səhhətinin yaxşı olmadığı görüntüsü yaradır.Məlumatı virtualaz.org-a adıçəkilən klinikadan da təsdiq ediblər. Bildiriblər  T.Ağayev nevrologiya şöbəsində müalicə olunub, habelə başqa müayinələrdən keçib.

Keçmiş MTN müstəntiqinin hazırda nə işlə məşğul olduğunu,  istintaqa çağırılıb-çağırılmaması bağlı suallarımıza T.Ağayevin vəkili Gülarə İlyasova açıqlama vermək imtina edib. O, müvəkkili ilə bağlı hər hansı bir məlumata münasibət bildirmək istəmədiyini deyib.

T.Ağayevin adı MTN polkovniki  Malik Mustafayevin intiharı işində keçib. (2014-cü ilin noyabrında yaşadığı evin həyətində özünü asıb) Onun qardaşı Mətləb Mustafayev mətbuata müraciətində bu intihara görə Təhsin Ağayev və Antiterror Mərkəzinin rəisi general Elçin Quliyevi günahkar olduğunu deyib.

MTN sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş işçisi Mətləb Mustafayevi həbs etmişdi və qanunsuz silah əldə etməkdə ittiham edirdi. İstintaq dövründə ondan tələb ediblər ki, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi, general Əli Nağıyevə və qardaşı Vəli Nağıyevə qarşı ifadə versin. O, tələb olunan ifadələri verməyəndə qardaşını MTN-ə aparıblar.

 “Qardaşım noyabrın 1-də Elçin Quliyevin qəbulunda olub. Qəbulda Elşin Quliyev ona nə demişdisə qardaşım bir gün sonra özünü asdı. Mənim qardaşımın ölümünə səbəbkar Elçin Quliyev və onun rəhbəri Eldar Mahmudovdur. Eləcə də bu işə,  birbaşa aidiyyatı olan Mövlan Şıxəliyev, Təhsin Ağayev,İlqar Əliyev, Elşən Murtuzov, Mübariz və Rasim adlı şəxslərdir”-M.Mustafayevin müraciətində deyilir.

Mətbuata T.Ağayevlə bağlı sızan digər epizod sahibkar Əhməd Mustafayevin işidir. O, MTN tərəfindən həbs olunub, qaçaqmalçılıq ittihamı ilə üzləşib. MTN sahibkarı ölkəyə qaçaq yolla qızıldan düzəldilmiş keçi və qoyun fiqurları gətirməkdə ittiham edirdi. Əslində isə məqsəd sahibkarı şantaj edərək malını-mülkünü talamaq idi.

Sahibkarın danışdıqlarından: “Məni Təhsin Ağayevin - MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisinin yanına apardılar. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, sən bir qızıl balıqsan ki, düşmüsən torumuza. Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur".

Əhməd Mustafayev 21 gün MTN-də saxlanılıb, təzyiq və işgəncə qarşısında Bakıdakı obyektlərini banka girov qoyub 500 min dollar götürür və T.Ağayevə verir. Onu MTN-dən buraxırlar, vəd edirlər ki, məhkəmədə işinə baxıb şərti cəza verəcəklər. Ancaq Mustafayev MTN qruplaşmasının məhkəmədəki uzantısının əlindən qurtula bilmək üçün daha 100 min dollar verməli olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam