Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyədən yeni qərar:manat mövzu oldu

                     Azərbaycan nə qazanacaq?

Yenixeber.org: Türkiyə hökuməti ölkədə dollar ajiotajının qarşısını almaq üçün genişmiqyaslı tədbirlərə start verib. Onlardan biri də xarici ticarət aparılan valyutaların sırasının genişləndirilməsidir. Dünən Azərbaycan manatı Türkiyə Mərkəzi Bankının (TCMB) “Alqı-satqı mövzusu olmayan valyutalar” kateqoriyasından çıxarılaraq “Alqı-satqı mövzusu olan valyutalar” kateqoriyasına keçirilib.

Beləliklə, Türk valyutasının dəyərinin qorunması ilə bağlı 32 saylı qərara və Xəzinə və Maliyyə Nazirliyinin sirkulyarına əsasən, “alqı-satqı mövzusu olan valyutalar” aşağıdakı kimi sıralanıb:

ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funtu, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı rialı.

Məlumdur ki, Türkiyə həm ticarətdə, həm də investisiya yatırımlarında Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,248 mlrd. ABŞ dollar təşkil edib. Bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,3% çoxdur. Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,938 mlrd. dollar, idxal isə 1,310 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,1% azalıb, idxal isə 15,9% artıb. 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır. Ekspertlər ötən ilki azalmanın əsas səbəbini pandemiyanın yaratdığı məhdudiyyətlərlə əlaqələndirirlər. 

Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir. 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq, ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını nəzərdə tutur. 

Türkiyə Mərkəzi Bankının Azərbaycan manatını xarici ticarət aparılan valyutaların sırasına daxil etməsi ticarət dövriyyəsinə necə təsir edəcəyi maraq doğurur. Yeni qayda dövlətlərarası mübadilələrin milli valyutalarla aparılmasını nəzərdə tutur ki, bu, hazırda ABŞ dolları qıtlığı yaşayan Türkiyə üçün sərfəlidir. Çünki valyuta tələbinin azalması ölkədən daha az dollar çıxmasını şərtləndirir. 

Bəs, bu qayda qardaş ölkəyə ixracının əsas hissəsi enerji daşıyıcıları olan Azərbaycana necə, sərf edəcəkmi? Xatırladaq ki, bu ilin 10 ayının göstəricilərinə görə, Azərbaycanın satdığı qazın 52.5 faizini Türkiyə alıb.

Təkcə bu faktı xatırlatmaqla ABŞ dolları ilə aparılan əməliyyatların Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərmək mümkündür.     

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Türkiyə Mərkəzi Bankının qərarı o deməkdir ki, Azərbaycanla ticarətdə yerli valyutadan istifadə ediləcək. Ekspert əlavə edib ki, Türkiyə ilə enerji daşıyıcılarının ticarəti birbaşa olaraq Azərbaycan Respublikası ilə həyata keçirilmir. “Ticarət xarici konsorsiumlarla aparılır, onların valyutası da Amerika dollarıdır”,-İ.Şaban vurğulayıb.

Ekspert digər sahələr və əmtəələr üzrə dövlətlərarası ticarətdə milli valyutalardan istifadə olunacağını mümkün sayır.(pressklub) 

Turqut    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam