Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Yeni bina, köhnə məzmun  

Müasir və dəbdəbəli məhkəmə binaları ölkədə məhkəmələrin müstəqilliyinə, ədalət mühakiməsinin təmin edilməsinə səbəb olmur 

Yenixeber.org: Sentyabrın 3-də prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Kompleks Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa edilib. Binada 6 məhkəmə qurumu – Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər məhkəmələri, Sumqayıt şəhər məhkəməsi, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəməsi yerləşəcək.  

Ədliyyə naziri Fikrət Məmmədov prezidentə məruzəsində bidlrib ki, “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Azərbaycanda son illər digər dövlət qurumları ilə yanaşı, məhkəmlərin inzibati binaları da əsaslı təmir olunub, yaxud yenidən tikilib. Hökumət neft gəlirlərindən bu işlərə səxavətlə böyük pullar ayırıb. 

Hazırda Ali Məhkəmənin Xətai prospektində yerləşən binası paytaxtın ən dəbdəbəli tikililərindən biri hesab olunur. Binanın təməli 2006-cı ildə qouyulub, 2009-cu ildə isə prezidentin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib. Məhkəmənin saytında, informasiya resurslarında binanın neçəyə başa gəldiyi barədə informasiya yoxdur. 

 

Bakı Apellyasiya Məhkəməsinin Yasamal rayonunda, Zahid Xəlilov küçəsi, 540-cı məhəllədə yerləşən binası isə 2008-ci ildə istifadəyə verilib. Amma bu məhkəmə üçün yeni, dəbdəbəli bina tikilir. Bu məqsədlə Səbail rayonu ərazisində böyük ərazi ayrılıb. Binanın hansı şirkət tərəfindən tikiləcəyi, nə qədər vəsait ayrılmasının nəzərdə tutulduğu məlum deyil. 

Sumqayıt Məhkəmə Kompleksinin tikintisi ilə bağlı məlumatlar da ictimaiyyətə təqdim olunmayıb. Məntiqlə, Dünya Bankı ilə birgə icra olunan layihə haqqında ictimaiyyət məlumatlandırılmalı idi. Bu məlumatlar gizlədilirsə, şəffaflıq yoxdursa, həmin binalarda ədalət mühakiməsinin təmin olunacağı bəri başdan şübhə altına düşür. 

Nazir Fikrət Məmmədov yalnız onu deyib ki, binada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. “Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək“, – deyə o, vurğulayıb.

Təcrübə göstərir ki, Azərbaycanda məhkəmə sistemi üçün nə qədər bahalı, dəbədəbəli binalar tikilsə də, ədalət mühakiməsini, məhkəmə müstəqilliyini təmin etmək mümkün olmayıb. Əksinə, hakimlərin iş şəraiti yaxşılaşdıqca, bu sistemdə yığılan rüşvətin, korrupsiyanın miqdarı da artıb. Eyni zamanda, hakimlərin maaşı, pensiyası, imtiyazları, dövlət təminatının keyfiyyəti yüksəldilsə də, korrupsiya qaydaları yerində sayıb.  

Paradoksal hal odur ki, məhkəmə binalarına yüz milyonlarla manat sərf edən hakimiyyət ədalət mühakiməsinin təmin olunması istiqamətində real addımlar atmayıb. Əksinə, qəbul edilmiş qanunlar, dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdırıb. Məsələn, bu ilin iyun ayında Mülki Prosessual Məcəlləyə əlavə edilən 174.5-ci maddəyə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək. Həmçinin, “Dövlət rüsumu haqqında” qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan dövlət rüsumlarının miqdarı fantastik şəkildə artırılıb. Müstəqil vəkillər bildirirlər ki, hər iki dəyişiklik vətəndaşların hüququ və azadlıqlarını, müdafiə və ədalətli məhkəmə hüququnu məhdudlaşdırır.

Bundan başqa, prezidentin 3 aprel 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın əksər hissəsi bu günə qədər icra olunmayıb. Fərman bu sahəyə aid problemlərin həllini ehtiva edir. Məsələn, fərmanın birinci bəndində bütün məhkəmələrin sədrlərinə və hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Konstitusiyada, qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət olunmalıdır. Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirsinlər, Ədliyyə Nazirliyinə isə  tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb, prezidentə təqdim etsin. 

Amma Fikrət Məmmədov Sumqayıtdakı açılışda iddia edib ki, sözügedən fərman bu sahədə mühüm “yol xəritəsi” olmaqla, onun icrası ilə bağlı kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Nazir çıxışında bir dəfə də olsun ədalət mühakiməsinin təmin edilməsi istiqamətində hansı işlərin görüldüyündən danışmayıb.

Hüquqşünas Hafiz Həsənov bildirdi ki, müasir tələblərə cavab verən yeni məhkəmə komplekslərinin tikilməsi, elektron məhkəmə sisteminin yaradılması özlüyündə müsbət haldır. Lakin bu gün ölkədə məhkəmələrin müstəqilliyi və ədalətli məhkəmə araşdırmasının təmin olunması sahəsində xeyli problemlər var: 

“Bununla yanaşı, insanların məhkəmələrə etimadı olduqca zəifdir. Bu gün məhkəmə sistemində korrupsiya halları ən yüksək səviyyədə etiraf olunur. Ona görə də, hesab edirəm ki, yeni məhkəmə komplekslərinin tikilməsi ilə yanaşı, bundan da vacib olan məhkəmələrin real müstəqilliyi təmin edilməli, insanların məhkəmələrə çatımlığı asanlaşdırılmalı, ədalət mühakiməsinə güvən, hamının məhkəmələr qarşısında bərabərliyi təmin edilməli və məhkəmə-hüquq sistemində korrupsiya halları aradan qaldırılmalıdır. Bütün bunlar isə məhkəmə-hüquq sistemində əsaslı və sistemli islahatların aparılmasını zəruri edir. Düzdür, 3 aprel 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə prezident fərmanı verilib. Lakin bu fərmanın qəbulundan keçən iki ildən artıq müddətdə məhkəmə-hüquq sistemində əsaslı dəyişikliklər müşahidə olunmur”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam