Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nərimanov Rayon Məhkəməsi üçün yeni binanın təməli qoyulub

 

"Xeberinfo.com":  Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir, onların tədrisi ən qabaqcıl metodikalarla aparılır.

Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyininartırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-lərin tətbiqi ilə fərqlənən yeni məhkəmə binalarının və konseptual baxımından yeni olan məhkəmə komplekslərinin inşası aparılır, artıq bir neçə məhkəmə üçün müasir binalar tikilərək istifadəyə verilib.

            Məhkəmə sisteminin inkişafı üzrə görülən işlərin davamı olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində mayın 1-də Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.

            Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri LarisaLeşçenko, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

            İnşa olunacaq yeni məhkəmə binasının ümumi sahəsi 5.000 m2-dən çoxdur. 6 mərtəbədən və zirzəmi qatından ibarət olacaq bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.

            Tədbir iştirakçıları Nərimanov Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, məhkəmənin təməli qoyulub.

            Mərasimdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini vurğulayıb, respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd edib.

            Dünya Bankının ölkə üzrə meneceri L.Leşçenko çıxış edərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini, dövlətimizin məhkəmə hakimiyyətinin inkişafına göstərdiyi xüsusi diqqəti təqdir edib, Bankın ölkəmizlə səmərəli əməkdaşlığını, birgə həyata keçirilən layihələrin uğurlu nəticələrini, maliyyə resurslarından düzgün istifadə olunmasını yüksək qiymətləndirib.

            Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib.

            Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sonra ədliyyə naziri F.Məmmədov və Dünya Bankının ölkə üzrə meneceri L.Leşçenko arasında işgüzar görüş keçirilərək, layihə çərçivəsində görülən işlərə, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.

            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam