Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Yeni məhkəmələr yaradılır-Bu gündən

 

Azərbaycanda yeni məhkəmələr yaradılır

Azərbaycanda kommersiya məhkəmələrinin fəaliyyət göstərməsi ilə bağlı qanun bu gündən qüvvəyə minir.

Həmin dəyişikliklərə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

Sərəncama əsasən, yeni inzibati məhkəmələr yaradılıb:

- Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

- Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

- Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Eyni zamanda, sərəncamda aşağıdakı kommersiya məhkəmələrinin təşkili də öz əksini tapıb:

- Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

- Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

- Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam