Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prezident Şəki Məhkəmə Kompleksinin açılışında

Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Xeberinfo.com:   Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq.

Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı - cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir.

Konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb.

Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib. Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub. Sonda xatirə şəkli çəkdirilib.

*  *  *11:44

Zaqataladan sonra prezidentin Qax rayonuna səfəri başlayıb.

Dövlət başçısı Qaxdan sonra Şəkiyə səfər edib. Onun bu şəhrədə də bir çox açılışa qatılacağı gözlənilir. Prezident 10 rayonu əhatə edən məhkəmələr kompleksinin açılışında iştirak edəcək, Marxal istirahət mərkəzindəki təmir tikinti işləri ilə maraqlanacaq, məktəb, uşaq baxçası, Şəki-Zaqatala magistral yolunun açılışına qatılacaq.

Dövlət başçısı müntəzəm olaraq regionlara səfər edir. Onun Zaqatala və Şəkiyə son səfəri 2013-cü ildə baş tutub. İ.Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla (o zamankı baş nazir) birlikdə də bir neçə il öncə bu rayonda olub. Onlar Şəkinin Kiş kəndindəki Alban məbədi, Xan Sarayı ilə tanış olub, türk əsgərinin məzarını ziyarət ediblər.

*     *      * 10:50

Bu gün prezident İlham Əliyevin ölkənin şimal-qərb regionuna səfəri başlayıb.

Məlumata görə, dövlət başçısı öncə Zaqatalaya gedib.

Prezident Zaqatalada mərkəzi parkda Heydər Əliyevin abidəsini ziyarət edib, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən inşa edilən uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaqlar yolunun açılış mərasimlərinə qatılıb.

İlham Əliyev Zaqataladan Şəkiyə gedəcək və orada da bir sıra sosial obyektlərin açılışında iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam