Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türkiyə Kabil aeroportunu idarə edəcəkmi? –“Taliban” təminat verməlidir...

"Taliban" Türkiyənin özünün təhlükəsizliyi təmin etməsinə razlaşmasa, Ankara Kabil aeroportunun idarəçiliyinə razılıq verməyəcək.
Yenixeber.org: “Reuters” agentliyi bunu aeroportdakı terror hücumlarından sonra iki rəsmiyə istinadla yazıb.
Avqustun 31-dək bütün xarici qüvvələr Əfqanıstanı tərk etməlidir və bu tələb Türkiyə əsgərlərinə də aiddir. "Taliban" Türkiyədən aeroportu idarə etməyə texniki kömək istəyib.

Qeyd edək ki, Türkiyə NATO missiyasının tərkibində son altı ildə aeroportda təhlükəsizlik üçün məsuliyyət daşıyıb. Avqustun 26-da aeroport yaxınlığında azı bir İslam Dövləti intiharçısının törətdiyi hücumda 13 ABŞ əsgəri daxil olmaqla 110 nəfər öldürülüb.

Türkiyənin bir aparıcı rəsmisi bu hücumun "Taliban"ın aeroportun təhlükəsizliyini təmin etmək qabiliyyətinə şübhələr yaratdığını deyib.

“Bu əməliyyat texniki baxımdan Türkiyə tərəfindən həyata keçirilə bilər... amma bizim tələbimiz budur ki, Türkiyə təhlükəsizliyi də təmin etsin. Bu, keçmiş əsgərlər, keçmiş polis və tam özəl şirkətdən təşkil olunmuş təhlükəsizlik komandası vasitəsilə görülə bilər”, – anonimlik şərtilə danışan rəsmi deyib.

Prezident Rəcəb Tayyip Ərdoğan avqustun 27-də deyib ki, riskin böyük olması səbəbindən Türkiyə hələ yekun qərar verməyib. Onun sözlərinə görə, Türkiyə kommersiya reyslərinə başlamağa tələsmir, Ankara Kabildə, nəhayət, sakitlik yaranan kimi qərar verəcək.

Başqa bir türkiyəli rəsminin sözlərinə görə, "Taliban"ın elan elədiyi təhlükəsizlik tədbirləri, məsələn, aeroport ətrafında gözətçi qüllələrin qurulması potensial Türkiyə missiyasının təhlükəsizliyi üçün yetərli deyil. 

“Bu çox ciddi işdir və biz təhlükəsizlik və əməliyyat haqda birlikdə düşünməliyik. Bizim yanaşmamız belədir ki, hətta təhlükəsizlik Türkiyə Silahlı Qüvvələri tərəfindən təmin olunmasa belə, Türkiyə tərəfindən həyata keçirilməlidir”, – rəsmi deyib.

"Taliban" avqustun 15-də Kabili tutandan sonra azı 350 türkiyəli əsgər və 1400 nəfər digər şəxslər təxliyə olunub. Türkiyə “Taliban”la bağlı mötədil bəyanatlar versə də, Ankaranın mövqeyinin onların gələcək addımlarından asılı olacağını deyib. (azadliq.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam