Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə “B” planını işə saldı:“Taliban”a qarşı xüsusitəyinatlılar qardaş ölkədə yetişdiriləcəklər


Türkiyənin Əfqanıstanın böyük qismini ələ keçirən “Taliban” qüvvələrinə uzatdığı dostluq əlinin geri çevrilməsi Ankaranı “B” planına keçməyə vadar etdi.
Yenixeber.org: Məlumata görə, “Taliban”la mübarizə aparmaq üçün səfərbər olunan əfqan əsgərlərinin Türkiyədə təlimlərinə start verilib.
Bildirilir ki, bu, NATO -nun Əfqanıstan xaricində xüsusi təyinatlı hərbi hissələrinin ilk təlim proqramıdır 
Əfqanıstandan ilk dəstənin artıq Ankaraya uçduğu xəbər verilir. 
NATO -nun Əfqanıstandakı missiyasının sona çatmasının və Türkiyə və ABŞ istisna olmaqla bütün ölkələrin Əfqanıstandan çıxarılmasının ardından, Kabul hökumət qüvvələrinin xaricdəki ilk hərbi təlim proqramının başlayacağı gözlənilirdi. Alyansın son sammitində bu barədə qərar qəbul olunmuşdu. Amma həmin qüvvələrin harda yetişdirilməsi bilinmirdi. Hətta Rusiya ABŞ-a müraciət edərək, “Taliban”a qarşı döyüşəcək əfqan əsgərlərinin Orta Asiyadakı rus hərbi bazalarında yerləşdirilməsini, təlimlərin də orda keçirilməsini təklifi irəli sürmüşdü. Görünən budur ki, əfqan xüsusitəyinatlılarının kimliyinin tam məxfi tutulması zərurəti Şimali Atlantik Alyansında Rusiyanın təklifinə o qədər etibar edilməməsinə səbəb olub və bu iş Türkiyəyə həvalə edilib. 
 
Təlim proqramının başladığını təsdiqləyən NATO mənbələri Ankaraya uçan bir qrup əfqan əsgərinin harada təlimin keçəcəyi ilə bağlı detalların paylaşıla bilinməyəcəyini vurğulayıblar.
 
Xatırladaq ki, NATO-nun son sammitində Əfqanistanın dünyaya açılan ən etibarlı qapısı sayılan Kabil aeroportunun qorunması Türkiyəyə həvalə edilmiş, Prezident Rəcəb Tayib Ərdoğan isə bunun üçün 3 şərt irəli sürmüşdü:
 
  • Əfqanıstandakı fəaliyyət “Taliban”la koordinasiyalı şəkildə həyata keçiriləcək;
  • Bu hərbi vəzifənin maddi-texniki bazası, maliyyəsi, logistik dəstəyi NATO ölkələri tərəfindən qarşılanacaq;
  • Ankara bu işə Pakistanı və Macarıstanı da cəlb edə biləcək.
 
Əslində Türkiyənin bu təklifi qəbul edərkən məqsədi heç də “Taliban”ın indiki halı ilə əməkdaşlıq əlaqələri qurmaq deyildi. Məqsəd Pakistanı da yanına almaqla “Taliblər”i “əhlilləşdirmək”, dünyanın indiki nizamına uyğunlaşdırmaq idi. “Taliban” isə Türkiyəyə “Kabildə qalsanız, işğalçı kimi qəbul olunacaqsınız və sizə qarşı cihada başlayacağıq” mesajı verməklə Ankaranın nəcib niyyətini geri çevirdi. 
 
Bununla belə, beynəlxalq güc mərkəzləri Əfqanıstanı nə edəcəyi bəlli olmayan və idarə etdiyi ölkəni dünyadan tam qopmuş vəziyyətə salmaq istəyən qüvvələrin ixtiyarına buraxa bilməzdi. Bu, ilk növbədə 32 milyon (bəzi mənbələrə görə 38 milyon) əhalisi olan Əfqanıstanı zülmün pəncəsinə atmaq mənasına gələrdi. İkinci tərəfdən isə, Taliban”a 10 milyonlarla insanın terrorçu kimi yetişdirib dünyanın istənilən ölkəsində böyük təxribatlar törətmək imkanının “verilməsi deməkdir ki, bu da dünyada stabilliyin Allah umuduna buraxılması olardı. Yeri gəlmişkən, ABŞ da məhz bu səbəbdən - 11 sentyabr hadisəsindən sonra Əfqanıstana girmiş, 20 il ərzində ölkədə heç bir dəyişikliyə nail olmadığı üçün oranı tərk etmişdi.
 
Üstəlik, “Taliban”ın terror dövlətinə və mərkəzi ofisinə çevirmək istədiyi Əfqanıstan Türkiyənin maraq dairəsinə daxil olan Türkistan coğrafiyasında yerləşir. Bu ölkədən rahatlıqla Orta Asiyaya sızıb Türkiyənin yaxın perspektivdə qurmağa çalışdığı iqtisadi, siyasi əlaqələri sabotaj etmək olar. Məhz bu səbəbdən də təhlükə beşikdə boğulmalı, onun ətrafa yayılmasına imkan verilməməlidir. 
 
“Taliban”a qarşı döyüşəcək qüvvələrin Türkiyədə yetişdirilməsi bu baxımdan Ankaranın tam marağına uyğundur və onun “B” planının tərkib hissəsidir.(ovqat)
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam