Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qarabağ erməniləri İrəvandan qovulur – 1 GÜN VAXT VERİLDİ - VİDEO

Qarabağ ermənilərinin İrəvanda yerləşdiyi yataqxanaların birində insident baş verib. Onlara yataqxananı tərk etmək üçün 1 gün vaxt verilib.
Yenixeber.org: “news.am” xəbər verir ki, qaçqın ermənilərdən biri müsahibə zamanı aldadıldıqlarını dilə gətirib:
“Bizə demişdilər ki, ev məsələniz həll olunmayana qədər burada qala bilərsiniz. Amma indi bildirirlər ki, 10 günə hindistanlı tələbələr gələcək. Onlar yataqxanada qalmağa görə daha çox pul verirlər. Siz çıxın. Sosial təminatdan isə elə ev təklif edirlər ki, orada yaşamaq mümkün deyil”.
Onlar İrəvanda başqa ev tapmağın da çətin olduğunu qeyd edirlər:
“Bizdən soruşurlar ki, qarabağlısınız? Biləndə ki, qaçqınıq, bizə kirayə ev vermirlər. Bu nə münasibətdir? Bu ermənilər düşməndən betərdir. Biz sadəcə ev istəyirik”.
Yerli ermənilər isə belə münasibətin formalaşmasında qaçqın ermənilərin özlərini günahlandırırlar. İrəvan sakini qeyd edir ki, Qarabağ erməniləri çox sırtıq və həyasızdırlar:
“Qorxuruq evlərimizə girib sonra əlimizdən alsınlar. Elə başa düşürlər ki, biz hamımız onlara borcluyuq. Nə qədər oğlanlarımız onlara görə qırıldı, dəymirlər, getsinlər öz yerlərində yaşasınlar”.
Aparılan sorğularda isə üzə çıxan odur ki, onlar Qarabağa qayıtmaq istəmirlər. Çoxusu Rusiyaya, Abxaziyaya üz tutur, ölkədən qaçır. 
Əslində yerli ermənilərdən belə kobud rəftar görmək Qarabağ ermənilərinin gözünü aça bilər. Biləcəklər ki, Qarabağ ermənilərin Azərbaycan vətəndaşlığı altında yaşamaları daha təminatlı və təhlükəsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam