Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Azərbaycanlılar Xankəndi ermənilərinin evlərini almaq istəyir” İDDİASININ İZİ İLƏ...

“Azərbaycanlılar Xankəndi ermənilərinin evlərini almaq istəyir”   İDDİASININ İZİ İLƏ

Əmlak eksperti: “Bu, hüquqi baxımdan mümkün olsa da, texniki baxımdan mümkün deyil”

Siyasi şərhçi: “Ermənilər mövcud şəraitdə Xankəndidə yaşaya bilməzlər və buna görə...” 

Yenixeber.org: 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra, Rusiya sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıdan ermənilər kütləvi şəkildə bölgəni tərk edirlər. Sosial şəbəkələrin erməni seqmentində bununla bağlı çoxsaylı statuslar paylaşılır. Onların arasında Rusiyaya üz tutmaq istəyənlər daha çoxdur. Bununla yanaşı, Ermənistan ərazilərinə köçmək niyyətində olanlar da az deyil.

 

Bu arada erməni deputatların azərbaycanlıların Xankəndidəki ermənilərə zəng edərək, onlara evlərini satmalarını təklif etməsi ətrafında başlatdığı kampaniya davam edir. Bu prosesə erməni mediası, siyasi ekspertləri də qoşulub və ciddi-cəhdlə bu “psixoloji təzyiqi” izah etməyə çalışırlar.

 

İlk baxışda belə, bu kampaniyanın yalan olduğu aşkardır. Əvvəla, azərbaycanlılar ermənilərlə heç bir kontakt saxlaya bilməzlər - nə sözügedən ərazilərə hələ azərbaycanlıların köçü başlayıb, nə də ermənilərlə hər hansı əlaqə var.

Ramil Osmanlı sədr seçildi

 Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, azərbaycanlıların hüquqi baxımdan Xankəndidə evlər alması mümkün olsa da, texniki cəhətdən mümkün deyil: “Hesab edirəm ki, bunun baş verməsi üçün ən azı iki il zaman lazımdır. Çünki indiki halda bunu təşkil etmək üçün müəyyən normativ addımlar atılmalıdır. Bilirsiniz ki, hazırda soydaşlarımızın Xankəndiyə köçü başlamayıb. Mütləqdir ki, müvafiq qurumların, notarial təsisatların, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qarabağın bütün ərazilərində, o cümlədən Xankəndidə yerli şöbələri yaradılsın. Məhz bunlar həyata keçiriləndən sonra azərbaycanlıların Xankəndidə ev alması mümkün olacaq. Buna isə zaman lazımdır. Təbii ki, Xankəndi Azərbaycan torpağıdır və nə zamansa biz ora qayıdacağıq. Orada evlər alacaq, yaşayış üçün bütün imkanlardan istifadə edəcəyik”.

 

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, artıq Qarabağ münaqişəsi bitib və ermənilər bu reallıqla barışmalıdırlar. Əslində, bu, ilk növbədə ermənilərin, o cümlədən Qarabağ ermənilərinin özlərinə lazımdır. O səbəbdən ki, indiki halda Qarabağ erməniləri də qeyri-müəyyən vəziyyətdə qalıblar. Hazırda rəsmi İrəvan onlara dəstək vermir və bu səbəbdən kütləvi şəkildə köç edirlər. Ermənistanda keçirilən son seçkilər zamanı erməni ictimaiyyəti öz mövqeyini aydın şəkildə ortaya qoydu. Digər yandan 10 noyabrda imzalanmış üçtərəfli bəyanata görə, hazırda həmin ərazilərdə rus sülhməramlı qüvvələri fəaliyyət göstərir. İlkin olaraq, ən azı beş il rus hərbçiləri o ərazilərdə olacaq. Hesab edirəm ki, bir müddət sonra bu məsələyə baxıla bilər. İndiki halda isə bunun baş verməsi texniki cəhətdən mümkün deyil”, - deyə Osmanlı vurğulayıb.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, ermənilərin Xankəndini tərk etməsi gözlənilən idi: “Çünki ermənilər mövcud şəraitdə Xankəndidə yaşaya bilməzlər. Əvvəla, ona görə ki, Xankəndi Azərbaycanın ərazisidir. Onlar yalnız Azərbaycan pasportlarını daşıyandan sonra burada yaşaya bilərlər. Bu halda Azərbaycan dövləti də onlara təminat verəcək. Ölkəmizin digər vətəndaşları kimi, onların da hüquqları olacaq. Yox əgər bu, baş verməyəcəksə, biz bununla razılaşmayacağıq”.

 

“Digər yandan, orada yaşayan ermənilərin sosial-iqtisadi şəraitləri ağırdır. Artıq İrəvandan da onlara dəstək yoxdur. Ermənistan cəmiyyəti Qarabağ yükündən xilas olmağa çalışır. Son seçkilər zamanı “Qarabağ klanı”nın məğlubiyyətə uğraması bunun bariz nümunəsidir. Demək olar ki, Qarabağ erməniləri bütün dəstəklərini itiriblər. Onlara görə bu halda yeganə çıxış yolu oranı tərk etməkdir”, - deyə analitik söyləyib.

 

Şahinoğlu Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözlənildiyini xatırladıb: “Lakin bunun baş verməsi üçün müəyyən addımlar atılmalıdır. İlk növədə Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyün tanımalı, işğalçılıq siyasətindən birmənalı əl çəkməlidir. Zəngəzur dəhlizinin inşa olunmasına maneçilik törətməməlidir”.

 

“Belə olarsa, sülh sazişinin imzalanması baş tuta bilər. Bu, əslində ermənilərin də maraqlarına cavab verən addımdır. Məhz bu yolla Ermənistan regionda sülhün təmin olunmasına töhfə verə, həm də regional iqtisadi layihələrə qayıda bilər. Bu sazişin imzalanması Xankəndidə qalan ermənilərin ordan köçmə prosesini də sürətləndirə bilər”, - deyə politoloq fikrini yekunlaşdırıb.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam