Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Məcburiyytə çevrilən könüllü peyvəndləmə - Hələ qarşıda çox sınaqlar gözlənilir

Adil Qeybulla: “COVID-19 pasportu virusa qarşı immunitet yaranmış şəxslərə verilməlidir”

Müşfiq Hüseynov: “Hər qış sezonu gələndə peyvənd vurdurmalı olacağıq, çünki nə koronavirus bitəcək, nə də infeksiya - 5-6 il aralığı ilə 20-21-ci modellər gələcək”

Yenixeber.org: Ötən yazılarımızda da bir çox insanı düşündürən sualları vətəndaşların səsi olaraq səlahiyyətli şəxslərə ünvanlamışdıq və “ötür-ötür oyunundan” sonra məlum olmuşdu ki, qərar verildikdən sonra səaliyyətli şəxslər tərəfindən əlavə şərhə ehtiyac görülmür. Amma sual varsa, deməli, onun məntiqli və əsaslı bir cavabı olmalıdır. Hər halda sualımızın ritorik yox, hökumət səviyyəsində imzalanmış qərardan yarandığı bunu deməyə əsas verir.

Sual belədir: "Peyvənd könüllüdürsə, niyə COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb edilməsi nəzərdə tutulur?"

Səlahiyyətli şəxslərin susqunluğuna baxmayaraq, biz suala cavab tapmaqda israr göstərərək, bu dəfə həkimlərimizə üz tutub və onların fikirlərini öyrənməyə çalışıb.

Adil Qeybulla:

Tibb eksperti, professor Adil Qeybullanın sözlərinə görə, COVID-19 pasportunun verilməsində COVID-19-a qarşı immunitetin yaranması əsas götürülməlidir: “Əvvəla, vaksin vurulanların hamısında immunitet yaranmayıb. Vaksin vurulması hələ heç nə demək deyil. İkincisi, xəstələnən insanların da bəzilərində immunitet yaranmayıb. Mən hesab edirəm ki, ən yaxşı yol vaksin vurulanların və xəstələnənlərin müəyyən zamandan sonra qanda antikor testi etdirməsidir. Əks cismlər qanda lazımi səviyyədədirsə, deməli, həmin şəxsdə immunitet var və onlara COVID-19 pasportu vermək olar”.

 

“Vaksin olunan şəxslər müəyyən bir müddətdən sonra analiz verməlidir. Əgər onlarda təkrar vaksinasiyaya ehtiyac varsa, bu, müəyyənləşdirilməlidir. İstənilən halda hədəf COVID-19 pasportunun immunitet formalaşmış şəxslərə verilməsi olmalıdır”, - deyə A.Qeybulla bildirib.

 

Həkim-farmakoloq Müşfiq Hüseynov isə qeyd edib ki, bəzi insanlar peyvənd olunmaqdan çəkinirlər: “COVID-19 pasportu bir dünya tendensiyasıdır. Bəzi insanlarda peyvəndin zərərli olması haqda fikirlər var. Guya zəhərli məhsuldur və ya sonsuzluq, xərçəng yaradacaq effekti var. Mən bunlara nağıl və sərsəmləmə kimi baxıram. COVID-19 pasportu bir dünya tendensiyasıdır. Hər ölkə bunu tələb edəndən sonra biz də məcbur edəcəyik”.

Ağdərəni azad etmə əməliyyatı 10 gün çəkmişdi...” - Müşfiq Hüseynov |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Mütəxəssis peyvənd məsələsində maddi marağın olduğunu da istisna hesab etmir: “Hamı peyvənd olmasa, pamdemik vəziyyət bitməyəcək kimi düşüncə də var. Bu, bir az da maddi maraqdır, çünki sonrakı etaplarda peyvənd satışda olacaq. Dünyada heç bir ölkənin daimi vaksin almağa gücü çatmaz, ona görə apteklərdə satılacaq. Hər qış sezonu gələndə hər kəs alıb vurmaq istəyəcək. Çünki nə koronavirus bitəcək, nə də infeksiya. 5-6 il aralığı ilə 20-21-ci modellər gələcək”.

 

Həkimin sözlərinə görə, heyvanlar da koronavirusa yoluxa bilir: “İnsanda şərti adı ingilscə “ACE-2 receptor”  anqiotenzin çevirici ferment var. Bu ferment tərkibinə görə zülaldır və qısa desək, ürəyin fəaliyyətində vacib rolu olan anqiotenzinin parçalanmasında katalizator rolu oynayır. Sözügedən ferment “SarS-COV” və “SarS-Cov2” tipli koronaviruslar da daxil olmaqla bir çox virusların tərkibi ilə çox yaxındır və onların insanı yoluxdurmasına şərait yaradır. Nəticə isə ağciyər çatışmazlığı, boğulma və s. kimi bildiyimiz COVID-19 əlamətləridir. Maraqlı odur ki, bu ferment demək olar ki, bütün heyvanlarda da eyni strukturda mövcuddur, ya da çox oxşardır. Yəni heyvanlar da koronavirusun müxtəlif ştamlarına məruz qala bilir”.

 

“Məsələn, biz artıq quş, donuz və indi yarasadan keçmə COVID ilə tanışıq.Bbu yaxınlarda Kanadada bir fermada bir gecədə 20 milyon baş ondatra qunduzu məhv edildi. Səbəb koronavirusa yoluxmaları idi. Yəni 3-4 il sonra, məsələn, bu dəqiqə Hindistanda hansısa meymunun insanı dişləməsi nəticəsində COVID- 20-yə yoluxması haqqında xəbərlər dolaşsa, heç kim təəcüblənməsin. Bu, belə də davam edəcək. Təbiət hər zaman həm bizi, həm heyvanları sınağa çəkəcək. Bundan qaçış yoxdur”, - deyə Hüseynov vurğulayıb.

 

O, əlavə edib ki, Rusiyada artıq heyvanlar üçün COVID peyvəndinin testinə başlanılıb: “Yəni bu boşluğu doldurmaq istəyirlər. Bu, təbii ki, həm də biznes marağıdır. Amma bu, çıxış yoludurmu? Əlbəttə ki, yox! Heç bu gün vurdurduğumuz peyvənd də çıxış yolu deyil. Bu, ancaq indiki salğını saxlamaq üçün işə yarayar. Gələcəkdə bütün növ koronaviruslara qarşı antitel formalaşdıracaq peyvəndlər apteklərdə satılacaq. Ona görə də çox yaxınlarda bütün növ koronaviruslara antitel təsiri olan peyvənd kəşf ediləcək və apteklərdə satılacaq (Bəlkə də artıq var). Yoxsa bu yoluxma prosesinin sonu görünməyəcək”.(AYNA )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam