Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Erməni ombudsmanın böyük yalanı-Avroparlamentin adından

 

“Avropa parlamenti erməni əsirlərinin azad olunması və vətənə qaytarılması məsələsini müzakirə edəcək”, – deyə Ermənistanın ombudsmanı Arman Tatoyan xəbər yayıb.

Yenixeber.org: Onun Facebook səhifəsinə istinad edən yerli media isə bildirir ki, aprelin 12-nə təyin olunmuş bu parlament müzakirəsındə Aİ-Ermənistan dostluq qrupunun rəhbəri Lukas Furlas, Cənubi Qafqazla münasibətlər üzrə nümayəndəliyin rəhbəri Marina Kalyurand, habelə Arman Tatoyan özü və “Ay dat”ın Avropa ofisinin icraçı direktoru Hegine Evinyan məruzə ilə çıxış edəcəklər.

Əslində isə Tatoyan yenə “balaca biclik” işlədir. Gerçəkdə söhbət Avropa parlamentinin üzvlərindən biri, kiprli Furlasın təşkil etdiyi virtual konfransdan gedir. Onun Twitter-də qoyduğu plakatda sağ-mərkəzçi Avropa Xalq Partiyasının, və Kiprin Demokratik Ralli Partiyasının emblemləri göstərilir. “Bu tədbirə sahiblik etmək mənim üçün şərəfdir, – deyə Furlas Twitter-də yazır. – Azərbaycanda erməni əsirləri və hərbi əsirlər problemi ən təcili və mühüm humanitar problemlərdən biri kimi qalır və hamımızı narahat etməlidir”.

Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar bitdikdən sonra əsirlər problemi erməni tərəfi üçün həqiqətən də kəskiliyini saxlayır. Onların dəyişdirilməsi nəticəsində Yerevana xeyli sayda erməni hərbçisi qaytarılıb. Amma hüquq müdafiəçiləri iddia edirlər ki, Azərbaycanda hələ çoxlu erməni əsiri qalır (hesabatlarda 62 nəfərdən 300 nəfərədək rəqəmlər qeyd olunur). Bununla belə, Azərbaycan tərəfi hərbi əsirlərin qaytarılması məsələsini bitmiş hesab edir. Bakı bildirir ki, müharibə bitdikdən sonra Azərbaycan ərazisinə yeridilmiş və terrorçuluğa qarşı əməliyyatlar nəticəsində ələ keçirilmiş erməni diversantları (məsələn, Şirak yaraqlıları) “hərbi əsir” sayıla bilməzlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam