Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qarabağda məskunlaşmış Suriya və Livan ermənləri - FOTOLAR

 

Ermənistan 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz köçürmə siyasəti həyata keçirib. Bu siyasət özünün aktiv mərhələsini Suriyada müharibə alovlanarkən göstərdi. Yaranmış fürsətdən istifadə edən erməni millətçiləri və rəsmi İrəvan 2011-ci ildən bəri ölkədəki bir çox erməni ailələrini işğal altında olan Azərbaycan torpaqlarına yerləşdirdi.
Yenixeber.org: Bu illər ərzində erməni mediasında və xarici nəşrlərdə gedən çoxsaylı məqalə və materiallar, reportajlar da Suriya ermənilərinin Qarabağa köçürülməsini təsdiqləyir. Məsələn, 2014-cü ilə aid materiallarda qeyd edilir ki, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 22 ailə köçürülüb. Bu ailələr əsasən Zəngilan, Kəlbəcər və Laçın torpaqlarında yerləşdirilib.



Ermənistan rəhbərliyi bu ilin yayına kimi ianələr və donorlar hesabına Dağlıq Qarabağda erməni “yaşayış”ını təmin etməyə, buranın əhalisinin guya əsasən ermənilərdən ibarət olması tablosunu yaratmağa çalışıb.

Suriya və Livandan xeyli sayda erməninin işğal altında olan torpaqlara ya müxtəlif vədlər, ya da məcburi qaydada yerləşdirilməsinə dair kifayət qədər faktlar mövcuddur.



"BBC Rus" agentliyinin Dağlıq Qarabağda məskunlaşdırılan Livan erməniləri barədə hazırladığı reportajda Ermənistanın qanunsuz köçürmə siyasətinin şahidi olmaq mümkündür. Belə ki, BBC müxbirlərinin danışdığı Livan erməniləri Azərbaycanın işğal altında olan kəndində məskunlaşdırılıb. Həmin kənddə azı 300 nəfər Livan ermənisi yerləşdirilib. Onların arasında Suriyadan gətirilən ermənilər də var.



Ermənilər bu illər ərzində yalnız Dağlıq Qarabağda, Şuşa, Laçın və Kəlbəcərdə deyil, heç vaxt yaşamadıqları ətraf rayonlarda da qanunsuz şəkildə məskən salıblar.

Bu yaxınlarda işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətləri müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd edilən 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.



Həmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.



Ümumiyyətlə, Ermənistanın özündə ağır iqtisadi durum səbəbindən vətəndaşlar 30 il ərzində maksimum dərəcədə bu ölkədən qaçmağa çalışıblar.Ermənistan hakimiyyəti ölkədəki sosial böhranı, ilbəil geriləyən büdcəni düzəldib iqtisadiyyatı bərpa etmək əvəzinə işğal altındakı ərazilərdə müharibə cinayətlərini davam etdirib. Dəfələrlə Azərbaycanın xəbərdarlığına məhəl qoymayan işğalçı ölkə rəhbərliyi müxtəlif vədlərlə aldatdığı xarici vətəndaşlara indi sahib çıxmaqdan imtina edir.

Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində Ermənistana köç edən həmin şəxslər çarəsiz durumdadırlar. Onların Ermənistanda nə qalmağa yerləri var, nə də qidalanmaq üçün pulları...



Rəsmi İrəvan və erməni millətçiləri köçürmə prosesini həyata keçirərkən vaxtilə Azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi kənd və rayonları seçməsi əbəs yerə deyildi. Təbii ki, burada bir məqsəd vardı - süni şəkildə bölgənin demoqrafik xəritəsini dəyişmək və Qarabağdakı Azərbaycan irsini silərək gələcəkdə bu əraziləri qədim erməni torpaqları kimi təqdim etmək.



Bununla Ermənistan rəhbərliyi demoqrafik əngəllər yaradaraq azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almağa çalışırdı. Bu. isə onu göstərir ki, sözügedən rayonlarda 28 il əvvəl azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistan bu gün də təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam