Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Ramiz Mehdiyevlə bağlı -hazırlıq başladı

 

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılmasına hazırlıq başlayıb.

Yenixeber.org: Bu məlumatı musavat.com yayıb. Xəbərdə deyilir ki, istisna edilmir ki, Ramiz Mehdiyev Siyavuş Novruzovun yolunu gedərək vəzifəsindən özü istefa versin.

“Belə görünür ki, iqtidar Mehdiyev səhifəsini tamamən və rəsmən qapadır. PA rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra da onun proseslərə təsir imkanının qaldığı, hakimiyyətə qarşı bəzi sabotajçı hərəkətlərə yol verməsi, təxribatlara qol qoyması və s. iddialar vardı. Toyda Abel Məhərrəmovun məlum tostu - Mehdiyevi inkişafın, ölkədə gedən pozitiv proseslərin müəllifi elan etməsi bir daha göstərdi ki, revanşçılar akademiki  özlərinin lideri, ağsaqqalı sayıblar və sayırlar...

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə məmurlara xəbərdarlıq edib və “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək” bəyanatından sonra məlum davranışı sərgiləyənlərin qətiyyən bağışlanmayacağı dəqiqdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam