Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

MƏNİM İLK MÜƏLLİMİM

 

"Xeberinfo.com":

 

Mən dəcəl olmuşam..şıltaq olmuşam

 

Duymusan sən məni öz anam kimi

 

Hərdən kövrəlmişəm..hərdən dolmuşam..

 

Dönmüsən başıma pərvanəm kimi------

 

İkinci anam mənim

 

mənim ilk müəllimim.....

Sən mənim dünyamı nura bələdin.

 

Sən mənim ömrümə sevinc ələdin..

 

Sən məni düzlüyə...haqqa səslədin...

İkinci anam mənim

 

mənim ilk müəllimim....

 

Bu gün son zəngimdi----

 

qarşındayam mən

 

O qara saçlarına nə tez düşdü dən...

 

Sarılım boynuna ..öpüm əlindən...

 

İkinci anam mənim

 

mənim ilk müəllimim....

 

Bu gün vida dəmi----

 

bu gün son görüş....

 

Elə mənim qədər kövrəlmisən sən..

 

Hara yol alsam da ...

 

hara da getsəm.....

 

Sən mənim qəlbimdə..ürəyimdəsən...

 

İkinci anam mənim

 

mənim ilk müəllimim....

 

mart.2013

 

NADİR ZİYADLI..QIPÇAQ..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam