Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nuray Nurun ilk şerləri

                               

                    

                                         

                                   Poeziyada ilk addımlarını atan Nuray Nur ...

 

 

  KEÇƏCƏK

                  


Sevgi ürəyini örtəcək

Gör həyat,-

nə gözəl keçəcək.

 

Yaz gələcək,

Yay gələcək,

Payız da gegişməz,

Qış özü də gələcək ,

Quşlar köç edəcək

Gör həyat,-

nə gözəl keçəcək.

 

Həyat güləcək,

Küsülülər barışacaq.

Gözəl sabahlar açılacaq.

Gör həyat nə gözəl keçəcək. 


                                                                           Abdullayeva Nuray  28.02.2014.

 

                                          BEŞ  ÇIXLAR

 


Ürəyimə izlər düşdü

Günahımın  üzündən

Müəllimin qiyməti

Beş çıxlar məni üzdü

Dodaqlar büzüldü,

Gözlər süzüldü.

Uşaqlar da, sevindi,

Soylədilər harayla,

Nuray deyil birinci.     

Müəlliməm acıqla,

Sakit edib sinifi,

Deyindikcə, deyindi.

                                                            Abdullayeva Nuray.03.04.2014.

 

 

 


 

                                      Novruz bayramını necə keçirdim

 

          Biz novruz bayramını çox şən keçirdik. Həyətimizdən bayram tonqalları əskik olmurdu.Amma xəbərlər proqramından eşidəndəki novruz tonqallarının üstündən tullananda altı nəfər tonqalın üstünə düşüb və yanıb. Çox məyyus oldum və düşündüm ki, bu hadisə onların məsuliyyətsizliyindən baş verib. Gərək belə işlərdə diqqətli olaq ki, bayram günləri yaxşı hadisələrlə yadımızda qalsın.( Abdullayeva Nuray.28.03.2014)

 

                  

                                      YAZ  TƏTİLİ

 

          Biz  yaz  tətilinə   buraxıldıq.Mən  Lətafət   müəllimimdən   ayrılmaq istəmirdim.  O, mənə Anam kimi əzizdir. Düzdür evdə  Anamı sevirəm, məktəbdə  isə  müəlliməmi. Lətaət müəlliməni ona  görə  sevirəm  ki, o,  mənə  ilk Ana , Vətən  kəlməsini yazmağı  öyrədib.Eh....tətil bitsəydi əziz və sevimli  Lətafət müəllimimlə  görüşərdim. Axı oda bizi  sevir və bizim üçün darıxır.

                                                                        Nuray Abdullayeva.21.03.2014.

 

                                          QLOBUS

 


Qlobus, qlobus

Fırlanma dayan,

Əllərimdən tut!

Gəl biz dost olaq

Səninlə birgə

Ölkələr seçək,

Əlindən tutub,

Gəl birgə gəzək.

Qlobus, qlobus

Demirəm dayan,

Mənimüçün oyna,

Özünüçün fırlan

    Abdullayeva Nuray.10.03.2014


                                                Müəllim

 


Əziziz müəllim

Çox əziyyət çəkirsən

Əlimizdən tutub sən,

Otuz iki hərifi

Əldə qələm tutmağı

Bizə sən öyrətmisən.

 

Vətən, Ana kəlməsini,

Sevməyi də, müəllim

Bizə sən öyrətmisən.

Biz də səni sevirik,

Bizi sevdiyin qədər,

Əziz müəllimim,

Əziz müəllimim!

               Abdullayeva  Nuray

 

 

 

 

                                                        

 

 


                                           Kitabların dilindən

 

Qələm-dəftər düşməsin

Gərək əllərimizdən

Biliyimiz olsun ki,

Biz də danışa bilək

Kitabların dilindən.

                                                                      

 

                                                       SİRR

 


Kitablarda sirr yatır

Hərif-hərif boylanıb,

Əl edib gülə-gülə

Dönüb bizlərə baxır.

 

 

 

Deyir, məni oxuyun

Sirrimi verim sizə.

Sözdən çələng toxuyun,

Deyib-gülüm mən sizlə.

         Nuray Abdullayeva.2014

                                                                       

 


 

                                      



                                               Can deyirəm...

                                         (Nurayın Vətən sevgisi)

Candan cana bənzəyən,

Vətən adlı odsan-ocaqsan 

Sənə can deyirəm, can!

Azərbaycan,Azərbaycan!

Sinəsi dağlı yaralısan,

Yurd daşına  vəfalısan,

Baş tacımsan, yaraşıqsan

Sən bir nursan,işıqsan.

Sənə can deyirəm, can

Məni sev, oxşa əzizlə,

Məni səslə sən, səslə

Vətənim Azərbaycan!                           Abdullayeva Nuray 21.02.2014.

 

                                               İNCİDİR

                          (Bacısından şikayəti...)

 


Bir bacım var İncidir

Döyüb məni incidir.

Çalışmağa qoymayır,

Evdə salır qalma-qal

Anam onu danlayır,

Hərdən mənə acıqla,

Çığır-bağır salaraq,

Nə var ver, mənimdir,

Axır verin söyləyir.

Amma, deyim sizlərə

Bacım nadinc olsa da,

Məni çaş-baş salsa da,

Mən bacımı sevirəm

Hər nə istər verirəm.

Bacımdır axı İnci,

Məndən sonra, birinci

Evimizin nadinci,

Sevincidir, sevinci...


                                                                         Abdullayeva Nuray     19.02.2014.

 

 

 

                           Nurayın könül pıçıltıları...

 

                                     ANAM

 


Ay mənim gözəl anam

Mən ki, sənin balanam.

Hər çətinə dözmüsən

Sən ki, mənim özümsən.

Ay mənim gözəl anam!

Sevincimi öymüsən

Mənlə deyib-gülmüsən

Mənə istək, nəvaziş

Sevə-sevə vermisən.

Şirin, noğul balanam

Sən mənim,mən sənin,

Qadanı da alanam

Ay mənim gözəl anam

Hay deyəndə hayınam!


                                                                                           Abdullayeva NURAY

 

 

                     

 

                                      MƏN NURAYAM

 


Mən Nurayam

Nur çiləyən,

həm, nuram,

Həm də, ayam.

Fəsillərin gözəli,

Həm yazam,

Həm də yayam.

Çox istərəm

çox söz yazam.

Sevməyirəm

 pis əməli,

İstəyirəm düz

söz yazam.

Dedim axı,

 mən Nurayam.

Nə bir gülüş,

nə bir aham.

Adım bəlli,

 həm Nurayam,

Nur çiləyən...

həm də ayam...!!! 


                                                        Abdullayeva Nuray      14.02.2014

 

                                           NURAYIN BAYRAM SEVİNCİ...

                                                                   NOVRUZ

 


Novruz  gəlir yaz  gəlir,

Xoş  avazlı səsiylə      

Elimizə    naz   gəlir.

Quşlar   cəh-cəh vurub

Gözəl səslə oxuyur,

Bülbül     isə   gülünə

Güldən   çələng   toxuyur

Yaşıllanır, çöl  -çəmən

Çiçək  açır   yasəmən.

Qonaq  gəlir  ellərə ,

Yaşıldonlu   təbiət.

Gəlin  verək səs-səsə

Yaza  xoş  gəldin  deyək.

Küsülülər  barışsın,

Qoy tonqallar alışsın

Qəlbə sevinc , qarışsın.

Xoş gəlmisən novruzum

Odum ,suyum,yelim,

Ey  canlanan  torpağım.

Söyləyirəm  ürəkdən,

Doğma  Azərbaycanım.

Gələn yazın  mübarək,

Bu novruzun  mübarək. 


                                                     ABDULLAYEVA  NURAY 17.03.2014.

                                             Gəzintiyə hazırlıq

                       Səhər  tezdən  durmuşam

                       Əl   üzümü  yumuşam.

                       Geyinmişəm  əynimi,

                       Yemişəm   yeməyimi.

        

           Mən səhər cədvəlini beləcə bitirdim və düşünməyə başladım. Ürəyimdən keçdi ki, kaş gəzintiyə çıxaydıq. Nəhayət arzularım çin oldu. Nənəm, anam, bacım və qonşunun qızı ilə qərara aldıq ki, H. Cavid parkında dincələk. Yolüstü geyim mağazası olduğundan ayaq saxladıq ki, bir az yeniliklərlə tanış olaq.Mağazində bir tanış qız da vardı. O bizi yeni modellərlə tanış etdi.Gördüklərimiz haqqında hamının fikirləri vardı.Bəzi paltarlar mənim xoşuma gəldi.Bacım da balaca olmağına baxmayaraq onun da xoşuna gələn bir şeylər oldu. Anamında bəyəndikləri oldu.Amma nənəmin bir sözü oldu.”Mən çox yoruldum”.Hər şey hamımızın xoşuna gəldi, bir nənəmdən başqa. Biz maqazindən çıxdıq. Yolüstü anam bizə yemək üçün maqazindən şirniyat aldı. Yağlı olsa da yaman dadlı idi. Beləliklə biz bu günümüzü belə keçirərək gözəlcə bayram istirahəti elədik.

                                                       

 

                                                                                                      Abdullayeva    Nuray     19. 03.2014.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam