“Salxım söyüd” Natavan Niyal
Yenixəbər.org: Davamı
Bacısı Zərif idi gələn.
-Boy ay qardaş, qurbanın olum gəlib çıxmısan.
Şənlik ayağa qalxıb bacısını qucaqladı. Ayaq üstəcə hal-əhval tutdular.
Bacısı hamilə idi. Sevindi. Onu sevinclə süzüb, bacı, təbrik edirəm dedi. Zərif yüngülcə qızarıb utana-utana çox sağ ol ay qağa, sizə də qismət olsun dedi. Şənliyin ürəyi fərəhlə doldu. Ən azı valideynləri nəhayət nənə-baba olacaqdılar.
Bacısı ayaq üstə dayanmışdı. Hamiləlik ona yaman yaraşırdı. Nərmin gəldi gözlərinin qarşısına. Bir anlığa harada olduğunu unutdu. Nərmin üçün burnunun ucu göynədi. Mən nə etdim. Nədən onu neçə aydır tək buraxıb gəldim deyə düşünməyə başladı.
Zərif qardaşının fikrə getdiyini görüb anasının arxasınca mətbəxə keçdi. Artıq qaş qaralırdı. Ərşad kişi oğluna baxıb varından yox olurdu. Nə danlaya, nə də xoş danışa bilmirdi.
- Gəlinim necədi, ay oğul. Gedib gəlirsənmi barı Bakıya?
-Yox, ay ata, vaxt olmur. O vaxtdan telefonum da sıradan çıxdı. Heç əlaqə də saxlaya bimədim.
- Yaxşı iş görmədin, oğul. Bəyənmədim mən sənin strategiyanı. Siz axı bir-biriniz çox sevirdiniz. Noldu aranızdan qara pişik keçdimi? - deyib yarı ciddi, yarı zarafat soruşdu. Telefonun sıradan çıxdı ha, başqa telefon tapılmırmı ölkədə?
- Nə bilim ata, heç özüm də bilmirəm...
- Yaxşı, ay bala sən nəyi bilmirsən. Burda biləsi bir mətləb odur ki, sən ailəni Bakıda tək buraxıb uzaqlarda işləyəsi adam deyilsən. Atası elə danışdı ki, Şənlik daha deyə bilmədi ki, Nərmin də təzə telefon, təzə nömrə almışdı. Nömrəni də hələ əzbər bilmirdi Şənlik.
Bəyim arvad mətbəxdən şığımla çıxıb eyvana gəldi.
-Kişi sən onun işlərinə qarışma.
-Nə deyirsən ay arvad? O mənim qarışacağım işdir ki, qarışıram. Millət oturub nəvə oynadır. Mən də oturub təsbeh oynadıram. İntriqalarınla gəlinimi Niyaldan, oğlunu da isti evindən. didərgin saldın. İndi bunların axırı nə olacaq? Heç düşündünmü aralarına girəndə. Qərib idi o qız. Burda yola vermədin. Qursağın götürmədi onu.
-Ay Şamaxılı qızı! Nə bu evdə, nə də bu kənddə sənə kəm baxan olmadı.
-Onun nə günahı var idi. İsti yuvasına su caladın.
Elə bilirsən işdəklərindən xəbərim yoxdurmu? Hamıısını bilirəm. Qıza nə cür tələ qurdunsa, bir dəfə zəng vurub xatirimi sormadı belə.
-Sənə zəng vurmadı mənə vurdu. Özü də necə vurdu?
Sən onu arzula qoyma oğlunun ağlından çıxsın.
Sizləri dedi tanımamışdım. Oğluna da de, özün də qulağını aç dedi məni dinlə. Daha nə səni, nə oğlunu, nə də sizlərdən kimsəni nəinki görmək, eşitmək belə istəmirəm. Sizinki sizdə bizimki bizdə.
Mən nə edə bilərəm, ay kişi, bu sözlərin qabağında. Yoxsa evi eşiyi töküb Bakıya qaçacaqdım ? Gəlin xanımın hüzüruna.
Anasının sözlərin yaman təsir etmişdi Şənliyə. Nərmin demişdirmi bu sözləri ona? Yoxsa anası özündən çıxarırdı.
Şənlik Niyala gələndə ümidlə gəlmişdi.
Anasının sözləri xəncər kimi saplandı köksünə. Axı Nərminlə mehribancasına ayrılmışdılar. Amma sonradan nə oldu, nə olmadı aralarında əlaqələr itdi. İşin tərsliyindən o cəbhə bölgəsinə gələndə Nərmin də telefonunu dəyişdi. Sonra da təzə telefona təzə nömrə də aldılar. Elə hər şey də ondan sonra başladı. Şənlik telefonunu suya saldı. Nə illah elədisə də telefon işləmədi. Özü də bilirdi ki, bunlar hamısı bəhanədi. Quru bəhanədir.
Mələk sevgi onlardan üz döndərmişdi.
II FƏSİL
Beşinci aya keçirdi. Nərminin artıq qarnı əməlli başlı gözə çarpırdı. Otaqda onunla yanaşı oturan Gültəkin xanım özündə-sözündə deyildi. Yerə-göyə sığmırdı. Nərminin ana olacağını eşidəndən yaman pərt olmuşdu. Hamı Nərmini təbrik etsə də, o elə belə xala xətrin qalmasın deyə ağızucu təbrik etmişdi. Qaşı qabağı yer süpürürdü Nərmini görəndə. Daha bilmirdi ki, illərlə yolunu gözlədiyi balasını, ana olacağını, Nərmin hələ ərinə çatdıra bilməmişdi. İçi özünü, çölü özgəni yandırırdı.
İki aydan az qalmışdı.Tezliklə analıq məzuniyyətinə çıxacaqdı. Bir gözü gülür, bir gözü ağlayırdı. Şənlikdən bərk incimişdi. Aramayacaqdı o özü aramayınca.
Anasının xəstəliyi şiddətlənmişdi. Bacıları ilə atası növbə ilə gecə gündüz ona baxırdı, qulluq edirdilər. Arıqlamış, heydən düşmüşdü. Daha ayağa qalxmağa gücü qalmamışdı.
Zərbə üstündən zərbə alırdı Nərmin. İllərlə gözlədiyi analıq sevincini doya-doya yaşaya bilmirdi. Atasının bir gözü ağlayır, bir gözü gülürdü. Necə sevinmişdi qızının hamilə olduğunu biləndə...Yazıq kişinin uçmağa qanadı yox idi.
Anasının xəstəliyinin belə şiddətlənməsi ailəni paralic etmişdi. Qızlar nə edəcəyini bilmirdi. Atası Əntiqəni ona təhkim etmişdi. Qızım nə olur-olsun, bir an bacını gözdən qoyma. Taleyin gözü kor olsun ananız belə olmasaydı, mənim nə dərdim var idi. Səmayə xanımda nadir xəstəlik var idi. Dağınıq skalyoz xəstəliyi. Bu xəstəlik nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox saylı pozulması ilə müşayiət olunan, irəliləyən, gedişli xroniki xəstəlikdir.
Uzun illər öncə aşkarlanan və tibb aləminin bu qədər inkişaf etməsinə baxmayaraq, bu günədək tam müalicəsi tapılmayan xəstəliklərdən biri də dağınıq sklerozdur.
Dünyada iki milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu xəstəliyin daşıyıcıları var. İsti iqlimə malik ölkələrdə, məsələn, Hindistan, Yaponiyada bu xəstəliyə az, rütubətli iqlimi olan ölkələrdə - İngiltərə, Kanada, ABŞ-da - isə daha çox təsadüf edilir. Bəzən buna "çoxlu skleroz", bəzən ”dağınık skaliyoz” də məşhur fransız nevropatoloqu Şarkonun söylədiyi kimi, "düyünlər sklerozu" da deyilir.
Səmayə xanımın əl ayağı sözünə baxmırdı. Xəstəlik şiddətləndikdə yerindən qalxa, hərəkət edə bilmirdi. Vəziyyəti yaxşı deyildi.
Respublika xəstəxanasına qoymuşdular. Ampulanın biri səkkiz yüz doqquz manata idi. Nə yaxşı ki, ölkə Prezidenti bəzi xəstəliklərin müalicəsini dövlət səviyyəsində maliyyələşdirirdi. Yoxsa Səmayə xanım kimi xəstələrin yaşaması müşkül olardı.
Nərminin dərdini danışmalı, sözünü-sovunu deyəsi adamı anası, bacıları idi. Onlar da kədər içində idilər.
Həyatının gözəl illərini bu xəstəliklə əlbəyaxada keçirmişdi. Hər dəfə Nərmini görəndə solğun dodaqları qaçır, sifətinə gülüş qonurdu. Bu boyda xəstəliyin əlində inləyən ana balasının xoş gününə sevinirdi. Ağrılar içində qıvrıldığı halda qızını görəndə gülümsəyirdi. Əlini qaldırmağa halı olsaydı qızını qucaqlayıb bağrına basardı. Nərmin də, bacıları da naəlac qalmışdı.
Əllərindən heç nə gəlmirdi. Mənhus xəstəlik ananı girdabına çəkmişdi. Əllərindən gedirdi sevimli anaları. ..
Camal kişi öz-özünə danışmağa başlamışdı. Bir tərəfdən Səmayə xanımın xəstəliyi, digər tərəfdən Şənliyin belə səssizliyi və Nərminin hamiləliyi kişi özünü sözünü bilmirdi. Qədər deyib dururdu. Bütün bunlar qədərin işləridir deyirdi. Bəlkə də Camal kişini ayaqda saxlayan elə Nərminin ana olmaq səbəbi idi.
Bilmək olmazdı. Müdriklər deyiblər hər son bir başlanğıcdır, sondan qorxmayın. Heç son da demək düzgün deyildi.
Sonun başlanğıcı daha uyğun gəlirdi Camal kişinin indiki vəziyyətinə. Çox mehriban ömür gün yoldaşı olmuşdu Camal kişi Səmayə xanım üçün. Elə Səmayə xanım özü də xanım-xatın, sakit, mehriban bir insan idi. Tikansız gül idi.
Nərmin anasının göz görəsi əldən getməsinə dözə bilmirdi. İşdən çıxıb birbaşa xəstəxanaya getdi. Həftənin 3-cü günü idi. Ürəyi sıxılırdı. Hələ vaxta var idi. Xəstəxananın həyətindəki parkda gəzişməyə başladı. Bu gün həkimlə anası haqqında danışacaqdı.
Həkimlərin iş vaxtı bitmişdi deyəsən. Yaman məyus oldu. Heç düşünmədim deyə gileyləndi. Susqun halda pəncərənin yanında dayanmışdı.
Asta addımlarla həkim otağına tərəf gedib, qapını itələdi. Gözləmədiyi haldı qapı azca aralandı.
Ardı var...