Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

 

Yenixəbər.org: Davamı

 

Anası ilə görüşüb hal-əhval tutdu. Tez-tələsik pillələri qalxıb qapıya yaxınlaşdı. Qapı bağlı idi. Qapının qarşısında donub dayanmışdı..

-Ay bala, qapı açıqdı, gir içəri - dedi anası

Şənlik dönüb ifadəsiz baxışlarıyla anasını süzdü. Başını yüngülcə yırğalayıb geri eyvana tərəf getdi.

Demişdi axı, Nərminə söz vermişdi. Mən sənsiz bu otağa girmərəm. Girmək istəmirəm. İndi o məqam idi. Bilirdi ki, sevimli arvadı daha bura gəlməyəcək. Yəni anası ilə olan son söhbətlərindən sonra bu qənaətə gəlmişdi.

Bəyim arvad yaman əl-ayağa düşmüşdü..Şənlik daha onlara da az-az zəng vururdu. Arabir atasına zəng çalıb xəbər-ətər sorar, eləcə atasından anasına da salam söyləməyi xahiş edirdi. Aralarında soyuqluq əmələ gəlmişdi. Oğlu ilə qucaqlaşıb görüşəndə ana bu soyuqluğu duydu oğlundan.

Çantasından çıxardığı paltarı götürüb mətbəx tərəfə keçdi, əynini dəyişib aşağı endi. Dayanıb bir anlığa həyətə nəzər saldı. Bəzək ağacı bir az boy atmışdı, bir az da qol-qanad. Boş oturacaq ,məzhun-məzhun ağacların altında əvvəlki yerində idi.

Baltalanmış söyüdün kökündən şiv vurub çıxmış söyüd budaqları günəşə doğru uzanırdı. Daha bəzək ağacı söyüd budaqlarına əhəmiyyət vermirdi...

Bir vaxt salxım söyüdün sirli pıçıltılarının xoş ovqat yaratdığı bu guşədə laqeydlik, süstlük var idi.

Şənlik üzünü döndərib qızılgüllüyə tərəf addımladı. İri buket gülləri çiçəkləmişdi. Qızılgülün ətri adamı bihuş edirdi. Hava çox sakit idi. Gızılgülün topa-topa çiçəkləri gəlin otağının pəncərəsinə tərəf meyillənmişdi. Deyirdin ki, pəncərə açılsa içəri girəcəkdilər. Pəncərələr bağlı idi. Pəncərənin donuq şüşələri arxasında bir vaxt nəvazişlə onlara baxan baxışları aradı Şənlik. Bir vaxtlar heyranlıqla seyr etdikləri bu mənzərə insanı darıxdırırdı. Daha baxa bilmədi.

Anası:

- Ay bala, hara getdin yoldan gəlmisən gəl bir çay iç rahatlan.

- Gəlirəm, ay ana.

Pəncərələrə baxa-baxa eyvana doğru gedirdi. Düşünürdü. Bəlkə bir möcüzə baş verəcək. İndicə pəncərə içəridən açılacaq, Nərmin pərdəni aralayıb gülə-gülə ona əl edəcəkdi. Düşündüyünə inanıb geri qanrıldı. Hər şey əvvəlki kimi idi. Səssizlik, qızılgüllər qönçənin ağırlığından başlarını azca aşağı əyib kədərli bir məhzunluq yaratmışdılar. Pəncərə bağlı idi. Mələk sevgi çoxdan bu məkanı tərk etmişdi.

Ah... ötən günlər necə də əlçatmazmış deyə yanıqlı-yanıqlı düşünən Şənlik pilləkənin astanasında ayaqqabısını soyunub asta-asta qalxıb eyvana çıxdı. Anası gözəl çay süfrəsi açmışdı. Stulu çəkib əyləşdi. Anası mətbəxdən çıxıb eyvan gəldi.

-Ay bala yuyundunmu sən?

-Bəli ana.

Heç biri bu sözə inanmadı. Anası görmüşdü. Şənlik bulağa tərəf yönəlsə də, qızılgül kollarının yanında dayanıb xəyala dalmış, sonra da qayıdıb gəlmişdi. Xatirələr, o qədər ağır, o qədər acı idi

ki, əlini yuyub bu dağların sərin suyu ilə onu diksindirib hürkütmək istəməmişdi. Rəngli xırda çay daşları ilə mozaik bəzənən bulağa yaxınlaşa bilmədi. Bu bulağı yaman çox sevirdi Nərmin. Bulağın novu xüsusilə gözəl bəzənmişdi. İki eyni çınqıl tapa bilməzdin.

Ürəyi yaman tez-tez döyünürdü Bəyim arvadın. Çoxdandı görmədiyi oğluna o qədər sözü var idi ki, necə deyəcəkdi, hardan başlayacaqdı, harada qurtaracaqdı. Oturub oğluna baxırdı. Ürəyindən qara qanlar axırdı. Nələr arzulamışdı. Nələr yaşadılar. Oğlunun evladı olmadı. Gəlini ilə üz-göz oldu. Duaları qəbul olmadı...

Şənlik anasının dəmlədiyi çaydan bir qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Gözlərini qaldırıb anasına baxdı. Bəyim arvadın kədərli sifəti işıqlandı. Gülümsəyərək,

-Ay bala, işin gücün necədir? Rahat işini buraxıb getdin. Biz də səndən nigaran qalırıq. Hardan sən gedib o hərbiyə girdin. Gül kimi sənətin var idi sənin. Müəllim baba idin işləyirdin əlin ayağın təmiz. Gecələri gözümə yuxu getmir. Səndən yana çox nigaranam, ay oğul.

-Nə edə bilərəm ana dövlətin işidir. Harada lazımıqsa orada da olmalıyıq. Anası sözlü adama oxşayırdı. Amma deyəsən ehtiyat edirdi.

-Atam harada qaldı gəlib çıxmadı?

-İndi gələr.

Ərşad kişi də evdən eşikdən soyumuşdu elə bil. Arvadı gündə bir avaz gətirirdi. Bəyim allahı bəndəni unudub qara yaxmaqdan, böhtan deməkdən çəkinmirdi. Nərminin adından daha nələr deməmişdi Ərşad kişiyə. Ərşad arvadının kəramətinə bələd idi. Bilirdi ki, Nərmin elə bala deyil , bu sözlər də onun sözləri deyil. Amma daha bezmişdi bu söz söhbətdən. Səhər malı-qaranı yerbəyer edib meydana gedir, özünə yer edib oturur acandan-acana evə gəlirdi. Günortanı gəlib yemirdi. Səhərlər yeyib içib çıxır, birdə şam yeməyinə evə dönürdü.

Bəyim arvad boğazını arıtlayıb:

-Oğul, Bakıya gedib gəlirsənmi?

Bir nigarançılığı o tərəfdən idi. Bilmək istəyirdi oğlu ilə gəlininin münasibətini.Onu bilsəydi nə danışacağını kəsdirərdi.

-Yox ana rahat ol getmirəm. Bakıdan necə çıxmışam daha imkanım olmayıb qayıtmağa. Sözü deyib anasına baxdı. Qəsdən dedi. Anasının reaksiyasını görmək istəyirdi. Bilirdi Nərminə münasibətini. Bəyim arvadın üzündə dəyişiklik görməsə də xəfif bir rahatlıq gördü o anda. Onsuz da qanı qara idi. Nərmindən də, anasından da rəncidə qalmışdı. Qarşısına məqsəd qoymuşdu. Hər ikisini cəzalandıracaqdı. Bir ara getməyəcəm axtarmayacam, zəng vurub əlaqə yaratmayacam. Qoy bir az düşünsünlər. Amma ürəyinin dərinliklərində bilirdi ki, Nərminin zərrəcə günahı yoxdur. Ən ülvi arzusu ana olmaqdır. Amma taleyin bu amansız oyunları onları fakt qarşısında qoymuşdu. Nərminin elə bir illəti olmasa da, evladı olmamışdı.

Bəyim arvad üç yüz kilometrlik məsafədən onların həyatlarını idarə edə bilmiş, aralarında soyuqluq sala bilmişdi. Nərmin hörmət əlaməti olaraq geri addım atdıqca qaynana vəziyyətdən istifadə edib aralarını pozmağa çalışmışdı. Aradan pərdə götürülməmiş Şənlik özü aralanıb düz cəbhə bölgəsinə getmişdi. Qaynana yenə Nərmini qınamışdı.

Yeni-yeni planlar qurub araları daha pozmaq, oğlunu birdəfəlik ondan ayırmaq qərarına gəlmişdi. Hətta oğlunun ön cəhbə qərərgahında işə getməsinə belə bəlkə də haradasa sevinmişdi.

Bilmək olmazdı. Şənlik yaşlı valideynlərinin gözünü yolda qoymağı özünə rəva bilməmişdi. Onlara baş çəkməyə, hal-əhval tutmağa gəlmişdi. Elə gəldiyi anda da peşiman olmuşdu. Anası elə dediyində durmuşdu. Elə bil heç güllə qabağında, sərhəddə düşmənlə üz-üzə dayanan bunun oğlu deyildi. Şənliyin yaşı, tutduğu vəzifə bəlkə də ananı belə xatircam etmişdi. Axı gedəndə ağlayıb sıtqamışdı.

Onda Ərşad kişi onu başa salmışdı ki, sənin oğlun əsgər deyil ki, sırada durmur ,düşmən üzərinə getmir. Bəyim arvad qismən sakit olmuşdu. Oturub düşünmüşdü ki, oğlum hərbi hissədə müəyyən vəzifə tutur. Onun ön cəbhədə nə işi var. Həm də necə olmasa atəşkəsdi. Oğlunun gəlməyini toy bayram edəcəkdi. Hələ qoy bir vəziyyəti öyrənsin.

Şənliyin hösələsi daraldı. Bir istədi durub meydana getsin. Ona da səbri çatmadı. Gələn kimi anasından soruşmuşdu atasını. Anası da meydanda olacağını söyləmişdi.

Atasının nömrəsini yığıb gözləməyə başladı. Ərşad kişi telefon zənginə diksindi. Əlini atıb döş cibini yoxladı. Telefonun səsi zəif eşidilirdi. Bir-bir ciblərini yoxlamağa başladı. Axır ki, tapdı. Telefonu pencəyin cibinə pencəyi də səliqəli şəkildə qatlayıb böyrünə qoymuşdu. Axır ki, pencəyi qoyduğu yerdən götürüb əlini cibinə saldı. Düyməni sıxıb gözlədi. Oğlunun səsini anidən tanıdı. - Salam ay bala, necəsən?

-Evdəyəm ata, gəlmirsənmi ?

-Gəlirəm bala.

Ərşad kişi tələsik ayaqa qalxdı. Meydan kəndin ortasında qəlbi bir yerdə idi. Yol kiçik təpəciklər şəklində hərdən də , üstü yosunlu qədimi daşlarla dolu idi. Bu daşların allah bilir neçə yaşı var idi. İllərin şaxtası soyuq, qızmar günəşi daşları çopur-çopur etmişdi. Bir az yaxınlığda məzarlıq idi. On addım günbatana doğru gedəndə yüzillik məzar daşlarının iti uc hissələri görünürdü. Bu yerlər seysmik zonada idi. İlləri, bəlkə də, əsrləri yola salmışdı. Əvvəllər bəlkə də adam boyundan hündür olan bu baş daşların indi sivri üçbucaq ucları qalmışdı torpaqda. Ərşad kişi meydanı keçib, köhnə məzarlığın içi ilə aşağı doğru addımlayırdı. Arada az qaldı ayağı ilişib yıxılsın. Qocalırdı Ərşad kişi. Oğlunun gəlişi çaşdırmışdı onu. Haçandı xiffət edirdi. Oğlunun həyatı, ailəsi, xüsusilə də gəlinindən çox razı idi. Bircə bu övladı da olsaydı heç dərdi olmayacaqdı Ərşad kişinin. Gəlini ağıllı, savadlı, başı aşağı böyük kiçik bilən olsa da, qaynana onu yola vermədi. Gəlini Niyaldan ayağını çəkəni həyət-baca suyu sovulmuş dəyirmana dönmüşdü.

Sonra da oğlu işini dəyişdi. İndi də ailəsini Bakıda qoyub cəbhə bölgəsindəki hərbi hissələrin birində işləməyə getmişdi. O gündən Ərşad kişi dağı arana, aranı dağa daşısa da bir tərəfə çıxa bilməmişdi.

Gedə-gedə düşünürdü. Şənliklə ciddi danışacaqdı. Ailəsini gənc arvadını tək evdə qoyub nə vaxta kimi uzaqda yaşayacaqdı. Hansı məntiqə yerləşirdi.

Şənlik durub həyətə çıxdı. Yola açılan darvazanın kiçik alaqapısının özünəməxsus ciyiltisi eşidildi. Ərşad kişi həyətə daxil oldu. Xırda bəzəkli çay daşlarından çəkilmiş cığırla qızılgüllüyü keçib evə doğru addımladı. Şənlik atasını pilləkənin ayağında qarşılaşdı. Ata-bala qucaqlaşıb öpüşdülər.

- Xoş gördük oğul. Necəsən, ay bala? Haralardasan?

Tənə ilə onu süzdü. Atasının məzzəmətli baxışları altında sıxılan kimi oldu. Birlikdə qoşalaşıb eyvana qalxdılar. Bəyim arvadın da üzü gülürdü. Ata-bala üz-üzə əyləşmişdilər ki, darvaza qapısı yenə ciyilti ilə açıldı. Üçü də qanrılıb qapı istiqamətində baxdılar.

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam