Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

LƏTİFƏLƏR

 Yenixeber.org: Oğlan qıza:

-Mən səni sevdiyim kimi sən də məni sevsəydin, biz xoşbəxt olardıq.

-Mənim eyniyyətdən xoşum gəlmir.

***

-Sən mənə zəng edəndə sus.

-Niyə?

-Susmağın danışmağından gözəldir.

***

Kişi:

-Düz iyirmi ildir ki,arvadla bir damın altında çürüyürəm.

-Eviniz nəmdir ki?

***

Biri dostundan soruşur:

-Necəsən?

-Necə olacam,səhər işə gedirəm,axşam evə gəlirəm.

-İstəyisən evə gəlməyəsən?

***

Məmmədəli ağır vəziyyətdə olan arvadına:

-Arvad,haqqımı sənə halal edirəm.

-A gorbagorun oğlu, sənin mənim üzərimdə haqqın var ki,halal da edəsən?!

***

-Adın nədir?

-Ətraf.

-A kişi,adını soruşdum.

-Rəis,elə mən də adımı dedim.

-Yoldaşının da adı Mühitdir.

-Rəis,bizim ailəni hardan tanıyırsınız?!

***

Alıcı yumurta satandan soruşur:

-Kənd yumurtasıdır?

-Elitar toyuq yumurtasıdır.

-Ə,bu nə deməkdir?

-Yəni şəhər bağında yaşayan toyuğun yumurtasıdır.

***

Yazıçı dostuna:

-Sənə verdiyim romanı oxudun?

-Hələ yox.

-Niyə?

-Vaxtım yoxdur.

-Sənin vaxtın nə vaxt olacaq?

-Narahat olma.Babat bir tıxaca düşüm oxuyacam.

***

Məmmədəli evə girəndə arvadını bəzənmiş görüb soruşur:

-Arvad,xeyir ola,hara belə?

-Hava almağa.

-Rəhmətliyin qızı,zəng edib deyərdin də,mən alıb gətirərdim.

***

Həkimlə apteklər şəbəkəsinin sahibi arasındakı söhbətdən:

Həkim:

-Sən apteklərin sayını artır.Mən sənin apteklərinə istədiyin qədər sağlam xəstələr göndərəcəm.

***

Məmmədəli dostu Həsənqulunu üzü tüklü görüb soruşur:

-Üzün niyə tüklüdür,kiminsə rəhmətə gedib?

-Yox,hələ gedənim yoxdur,amma qaynanam bərk xəstədir.

***

Heç vaxt zarafatından,atmacalarından qalmayan Məmmədəli onu yoluxmağa gələn dostlarından soruşur:

-Mənim hüzürümdə nə yemək istəyirsiniz? İndidən deyin ki,vəsiyyət edəndə deyim onu versinlər.

Məhərrəm Şəmkirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam