SOSİAL DURUM MƏNƏVİYYATIN TƏRKİB HİSSƏSİDİR
- "Xeberinfo.com":Şəki- Bakı xətti üzrə hərəkət etməli olan marşurutun yola düşməsinə az qalsa da avtobusun salonunda qarışıqlıq idi. Diqqətimi çəkən nüanslardan biri məndə belə təəssürat yaratdı ki, deyəsən bütün bazar averçiləri sözləşərək avtovağzala səpələnmişdilər. Alverçi dediyim şəxslər əllərindəki ərzaq dolu yeşiklərlə avtobusların salonuna doluşmağa səy göstərirdilər. Sahəyə nəzarət edilmədiyindən ALVERÇİLƏRİN səs-küyündən qulaq tutulurdu. Bu üzlü alverçilərin bir məqsədi vardı- təki sərnişinlərə dava-dalaşla da olsa məcburi mal satsınlar. Bu səbəbdən sərnişinlərin simasına baxanda əsəbi olduqları açıq-aydın sezilirdi. Çünki avtobusun salonuna çıxıb -düşən alverçilər tələsik mal satmaq xatirinə salonu tərk edən zaman sərnişinləri dümsükləyirdilər. Məncə bu olay qınanılası kimi deyildi. Maraqlı cəhət də bu idi ki, avtobusun sürücüsü qarışıqlığa nədənsə heç əhəmiyyət vermirdi. Fürsətdən istifadə edən alverçilər imkan vermirdi ki, sərnişinlər rahatlıqla minsinlər. Biri simit satır, digəri peraşki satır, bir başqası uşaq paltarı satır, qısası avtobusun salonunda aləm bir-birinə dəymişdi. Həm də qeyd edim ki, Şəki –Bakı xətti üzrə hərəkət edəcək avtobus təmirsiz və narahat idi. Hiss olunurdu ki,sərnişinlərin narahatlığına əsas səbəb kondisionerlərin normal işləməməsi idi. Həhayət, sərnişinlər öz yerlərini tutduqdan sonra sürücü sükanın arxasına keçərək ŞƏKİ-BAKI xətti üzrə 80 BT 740 dövlət nömrə nişanlı DAEVU markalı avtobus Şəkiyə doğru istiqamət götürdü. Salonun içərisində sakitlik hökm sürdüyünə baxmayaraq hiss edilirdi ki, sərnişinlər nədənsə narahatdır.Qeyd edim ki, mən də özümü çox pis hiss edirdim. Oturacaqları arxaya açan düymələrə toxunan kimi oturacaq arxadakı sərnişinin dizlərinə aşırdı və bu səbəbdən bir çox sərnişin bir-biri ilə dalaşırdı. Mən də bu vəziyyətlə qarşılaşdığımdan olunan iradlara birmənalı yanaşmayıb haqlı tərəf kimi baxırdım. Bütün bu narahatçılıqlar öz yerində, sərnişinlər üçün dözülməz əsəb yaradan salona yerləşdirilən tele ekranda yolboyu nümayış etdrilən mənasız kliplər oldu. Deyək ki, buna da göz yumduq, bəs qulağımızın dibində oxudulan radionu necə edək? Hiss olunurdu ki, artıq sərnişinlər yorulub,hamı yerində narahatdır.Çoxu da çalışırdı qulağının dibində səslənən mənşəyi məlum olmayan musiqini eşitməmək üçün radionu söndürsün, lakin o da normal işləmədiyindən söndürmək mümkün deyildi. Axı, nə edə bilərdik, hamı mənzil başına sağ-salamat çatmaq xatirinə birtəhər susurdu. Elə bu səbəbdən heç kəs səsini çıxarıb sürücünü qıcıqlandırıb ittiham etmək istəmirdi.Nəzərinizə çatdırım ki, sən demə hələ bütün bunlar jurnal imiş...
- HƏ... indi sizə düşdüyümüz daha dözülməz vəziyyətdən söz edim. Yola düşdükdən sonra yolboyu başımıza gələn kinofilmin davamı daha qabarıq şəkildə diqqəti cəlb edirdi. Amma aydın məsələdir ki, müəyyən xətt üzrə şütüyən marşrut təyin olunmuş yerlərdə dayana bilər. Lakin səhv etmirəmsə təyin olunmuş yerlərdə marşurutun dayanması bizim sürücünün yadından çıxmışdı(Belə demək mümkünsə). Təəssüflər olsun ki, bir az getmişdik ki, sözügedən marşrutun sürücüsü qadağan olunmasna baxmayaraq, bütün oturacaqların dolu olmasını nəzərə almadan , yolboyu əyləci işə salaraq sərnişin yığma əməliyyatına başladı. Güman edirəm sizə də maraqlıdırki, sıralar tutulduğu halda yenidən minən sərnişinlər necə yeyləşdirilirdi? Darıxmayın, mən indi sizlərdə təssəvvür yaradacam. Demək sürücü və sərnişin arasında sövdələşmə əvvəldən olduğu üçün avtobus təyin olunmuş yerdə dayanır, sürücüyə əlavə qazanc gətirən sərnişinlər avtobusun salonuna daxil olur. Belə əməliyyat zamanı salonda sərnişinlərin narahatçılığını nəzərə almayan sürücü öz köməkçisinə səslənir ki, yeni daxil olmuş sərnişinləri yerləşdir. Köməkçi iş başında olduğu üçün neyləməlidir axı, əlavə toplanan məbləğdə onun da payı olduğundan verilən tapşırığa səssiz əməl edir. Yolboyu yeni sərnişinlər başqalarının narahatçılıqlarını nəzərə almadan, kiçik plastmas kətillərdə əyləşdirilir.( Baxmayaraq hamı narahatçılığa görə dodaqaltı danışır, açıq şəkildə heç kəs öz hüququnu müdafiə etmirdi.) Hörmətli oxucular, deyərsiz ki, bəs sən niyə susurdun? Bəri başdan deyim ki, əgər mən səsimi çıxarası olsaydım bu gün bu olaylar olduğu kimi qələmə alınaraq sizlərə təqdim olunmazdı. Çünki sürücü içəridə jurnalist olduğunu bilsəydi və diqqət çəkən məqamlara göz qoyduğunu anlasaydı özünü göründüyü kimi aparmayacaqdı. Mən yolboyu gördqklərimi ürəyimdə götür-qoy etsəm də, yolun yarısında baş verən bir olay məni daha da mütəəssir edərək təəccübləndirdi.Demək, adəti üzrə yenə də avtobus surətini azaldaraq Kürdəmirə çatmamış dayandı və salona yaşlı bir qadın daxil oldu. Həmin xanıma da bəziləri kimi kiçik kətil təqdim olundu.Həmin xanım heç nəyi fərqinə varmadan əyləşmək istəyəndə mənimlə yan-yana oturmuş cavan bir oğlan ayağa qalxaraq öz yerini həmin xanıma təqdim etdi.(Baxmayaraq o da əyləşdiyi yerin qiymətini hamı kimi ödəmişdi) Xanım da öz novbəsində yeniyetməyə təşəkkür edərək kecib onun yerində rahat əyləşir. Sözügedən cavan isə kətildə əyləşərək yoluna davam edir. Düzü bu olay məni mütəəssir etsə də,ürəyimdə sevindim.Demək, çəmiyyət nə qədər geriləsə də,aralarında belə gənclərimiz yetişməkdədir. Həmin gənc mənə yaxın oturduğundan ona təşəkkür edərək razlığımı bildirdirdim. “Çox sağ ol bala, sən alicənablıq, həm də yrəyi yumşaqlıq etdin” O isə dedi: “Axı mənim vicdanım necə yol versin ki, uzun yolu yaşlı xanım kətildə əyləşsin”. Bütün gördüklərimdən dolayı ürək ağrısı ilə düşünürəm. Niyə axı sərnişinlər lazımı məmləği ödədikləri halda sürücünün acgözlüyündən biri , digərinin haqqını mənimsəməlidir? Mən bu düşüncəylə cavan oğlanı söhbətə çəlb edərək onun kimliyi və hansı bölgədən olduğunu soruşdum. O isə Şəkidən olduğunu dedi. Mən özlüyümdə qürur hissi keçirdim, ona görə ki, bu gənc mənim ELLİM idi. Mən onunla söhbət etdikcə onun əxlaq və tərbiyəsinə ƏHSƏN dedim. Nəzərinizə çatdırım ki,marşrutda bütün sərnişinlərin diqqətini cəlb edən bu alicənab yeniyetmənin adı Səxavət Məcidov idi. Doğrudan da insana verilən ad gələcəkdə onun kimliyindən xəbər verir,deyə düşündüm. Səxavət sözü bu cavanın adına uyğun olaraq gözdən qaçmayan xarakterində özünü göstərdi. Onunla bir az söhbət etdikdən sonra qəfildən yadıma düşdü ki, onun etdiyi əməli dəyərləndirmək üçün 2013 –də işıq üzü görmüş publisistik məqalələr kitabımı imzalayaraq ona təqdim edim, və belə də etdim.Səxavət kitabı götürərək təşəkkür etdi. Amma mən Səxavət bəyə söz verdim ki, sənin alicənblıqla atdığın addımını dəyərləndirərək mətbuatda qəzetlərin birində ictimayyətə təqdim edəcəm.Həqiqətən təqdirə layiq bir hal kimi ürəyimdə düşündüm ki, qoy o başa düşsün ki, etdiyi gözəl bir əməl boşda qalmadı. Hörmətli oxucular, bizlər hal-hazırda elə mühitdə yaşayırıq ki, bu və bunun kimi hadisələr bizlərdə təəccüb doğurur. Ona görə ki, yeni yetişən nəsil AVROPAYA meylli olduğundan mentalitetimizi tamamilə yaddan çıxarıblar. Aralarında təsadüfən belələri ilə rastlaşanda adam bilmir sevinsin yaxud təəccüblənsin.Məni bir az üzrlü hesab edin, əsas məsələdən yayındım. HƏ.. yaddan çıxarmayaq ki, bizlər Şəki-Bakı xətti üzrə şütüyürük. Nəhayət gəlib Kürdəmirə yetişdik, avtobus həmişə olduğu kimi restoranın qarşısında dayandı. Fasilədən istifadə edən sərnişinlərin bəzisi yeməyə, bəziləri isə rahatlanmaq üçün havaya çıxdılar. Mən isə fürsətdən istifadə edərək əyləşən sərnişinlərlə məni maraqlandıran suallar ətrafında söhbət apardım.Mənə maraqlı olduğu üçün yeri olmayan sərnişinlərin gediş haqqını nə qədər ödədiklərini soruşdum:”Siz yolun yarısından mindiyiniz halda, avtobusun sürücüsünə nə qədər məbləğ ödəmisiniz?” Dedi hamı kimi, yəni sürücünün təyin etdiyi məbləği ödəmişik. Dedim: bəs bilirsiz avtobusun salonuna tutumundan artıq sərnişin götürmək qadağandır? Dedilər bilirik, bizlik nə iş var ki?! Bizə gərək olan mənzilbaşına yetişməkdir, əgər sürücü razılaşmasa zor edəsi deylik ki. Dedim, əlbəttə dediklərinizdə həqiqət var. Söhbətimiz bitər-bitməz fasilə qutaqdığından hamı yerini tutmağa tələsirdi. Diqqətimdən yaınmayan bir vəziyyəti də nəzərinizə çatdırım. Kürdəmirdə istinin çox olmasına baxmayaraq sürücü içəridə əyləşənlərin istidən düşə biləcəyi halı nəzərə almadan özü və köməkçisi yeməyə oturanda avtobusun kondisionerini söndürmüşdü.Ancaq onu bilirəm ki,istidən boğulan salondakı sərnişinlərin düşdüyü vəziyyətə ürəyim acıdığından sürücünü o ki, var qınadım”Belə də zalımlıq olar?”. İnanın baxırdım ki,sərnişinlər uşaqlı, qocalı-cavanlı istidən boğulsalar da, heç kəs bir söz demək istəmirdi. Hətta öz-özümə deyirdim, niyə axı vətəndaşlar öz haqqlarını tələb etmirlər? Maraqlı cəhət o idi ki, axı zalım sürücü yolboyu əlavə pul yığmışdı, bəs sərnişinlərə niyə zülm edir? Niyə kondisioner işləyən vaxt benzinin sərf olunmasına daralırdı? Bu sualları açıq qoyuram... Guman ki, bu məqalədən sonra bu və bunun kimi olaylar araşdırılaraq cavablandırılar.Yəni rast gəldiyim hadisələrdən sonra gəldiyim qənaət belədir ki, göstərilən vəziyyətlə yaz-yay aylarında müəyyən xətt üzrə buraxılan marşrutların əksəriyyətində belə hallara rast gəlinir.Lakin etiraf edim ki,uzun illər olardı marşrutla uzaq yol getmədiyimdən belə vəziyyətlə qarşılaşa biləcəyimdən heç xəbərim yox idi. ÇOX TƏƏSSÜF EDİRƏM...Baxmayaraq modern AVTOVAĞZALIMIZ var və fəaliyyətdədir....
- P.S. Mən Bakı-Şəki xətti üzrə hərəkət edən marşurutda yaşadıqlarımı jurnalist olaraq başqa aktual mövzularda yazdığım publisistik məqalələrimdə olduğu kimi yenə də yaşadığımız sosial vəziyyətlə əlaqələndirirəm. Sözügedən marşrutda yaşanan və əsəb gətirən vəziyyət insanların maddi rifah halının aşağı olmasından xəbər verir. Niyə Beynəlxalq standartlarda inşa olunan AVTOVAĞZAL bazara çevrilməlidir? Kimdir bu şəraiti yaradan?Axı nədən bütün xəttlər üzrə təyin olunmuş marşrutlarda sərnişinlər əziyyət çəkməlidir? Niyə avtovağzala ələlxüsüs da marşrutların salonlarına ticarət vasitələri ayaq açmalıdır? Niyə insanların rahatlığı pozulur? Bu sualları kim çavablandıracaq? Niyə susuruq? Gəlin unutmyaq ki, sosial durum mənəviyyatın tərkib hissəsidir.
- Şəki təəssüratları silsiləsindən. Davamı olacaq
- TƏRANƏ ŞƏMS.