Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Tsarnayev ABŞ xüsusi xidmət orqanlarının qurbanıdır"

 

Kadırov çox sərt açıqlamalar verib

 

"Xeberinfo.com":  Çeçenistan respublikaasının lideri Ramzan Kadırov Bostonda terror aktı törətməkdə və barəsində ölüm hökmü qərarı verilən çeçen əsilli Cohar Tsarnayev haqqında açıqlama verib.

Kadırov bildirib ki, Tsarnayev ABŞ xüsusi xidmət orqanlarının qurbanı olub.

"Cohar Tsarnayev haqqında ölüm hömü qərarı verilib... Bu xəbər heç kimi təəccübləndirmədi. Amerika xüsusi xidmət orqanları üçün Boston faciəsinə görə qurban lazım idi. Bəli, mən terrorizmə qarşı ciddi mübarizə tərəfdarıyam. Terrorçuluqla əlaqəsi olan istənilən insan zərərsizləşdirilməlidir. Amma mənim terrorçuluqla mübarizə adı altında tamaşa oynayanlar xoşuma gəlmir", - deyə Kadırov İnstagram səhifəsində yazıb.

Qeyd edək ki, mayın 16-da ABŞ-ın Boston şəhər məhkəməsi Cohar Tsarnayev haqqında ölüm hökmü qərarı verib.

Xatırladaq ki, 2013-cü il aprelin 15-də Boston marafonunun finişində törədilən partlayışların qurbanı üç insan olub, 264 nəfər yaralanıb. Partlayıcı maddəni Cohar Tsarnayev və onun böyük qardaşı, polislə atışmada həlak olan Tamerlan Tsarnayev işə salmışdı. Cohar Tsarnayev bir polisin qətlində də günahkar bilinirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam