Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ölüm hökmünün bərpa olunması mümkün deyil”

 

"Ölüm hökmü bərpa olunarsa, Azərbaycan Avropa Şurasında üzvlükdən imtina etməlidir”
"Xeberinfo.com":  Məlumata görə,  son zamanlar ağır cinayətlərin sayının artması gündəmin aktual mövzularından biridir. Ağır cinayətlərin qarşısının alınması üçün  Fazil Mustafa və başqa deputatlar Azərbaycanda ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış ediblər.
 
Çingiz Qənizadə hesab edir ki, Azərbaycanda ölüm hökmü bərpa oluna bilməz, çünki bu halda Azərbaycan Avropa Şurası üzvlüyündən imtina etməlidir:
“Ölüm hökmü bərpa olunarsa, Azərbaycan Avropa Şurasında üzvlükdən imtina etməlidir. Buna görə də Azərbaycanda ölüm hökmünün bərpa olunması mümkün deyil. Biz Avropaya inteqrasiyada maraqlıyıq. Hesab edirəm ki, hazırkı vəziyyətdə ölüm hökmünün bərpası olmayacaq. 
Ölüm hökmünün mövcudluğunun müsbət tərəfinin bir qayda olaraq ağır cinayətlərin sayının azalmasına səbəb olduğunu bildirən deputatın fikrincə bu cəzanın yenidən tətbiqi mümkün deyil:
“Ölüm hökmünün müsbət tərəfi odur ki, bu hökm olanda ağır cinayətlərin sayı azalır. Ölüm cəzası verilən müddətlərə baxsaq, il ərzində 3-5 ağır cinayətlər olur. Lakin bu keçmişdə qalıb. Bu gün dünya ölüm cəzasının əleyhinədir. Düzdür, hal-hazırda  dünyanın bir çox ölkələrində ölüm cəzası qalıb. Biz Avropa ailəsinin üzvüyük. Ona görə də mənə elə gəlir ki, bu cəzanın yenidən tətbiqi mümkün deyil”.(pia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam