Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Problemli kəndim

          

 

    "Xeberinfo.com": İnsanın  harda  yaşamasından  asılı  olmayaraq  o  doğulub  boya- başa  çatdığı  yer  üçün  darıxır, qəribsəyir. Hər  zaman  yaddan  çıxmaz, unudulmaz  uşaqlığını keçirdiyi, ayaqyalın,  baş açıq  gəzdiyi  kəndə  gedə  bilməsə  də,  zamanı  yetişəndə, vaxtı  gələndə  o  müqəddəs  məkana  baş  çəkir, doğmaları, əzizləri, uşaq  dostları  ilə  görüşür, uşaqlığını  qoyub  gəldiyi  yerləri  qarış- qarış  gəzib  köhnə  xatirələrlə  dolu  günlərinə  qayıdır, uşaqlıqda  ayağı  dəyən  yerləri  yenidən  qarış- qarış  gəzib  xoş  anlar  yaşayır. Bu  xatirələr  nə  qədər  acı  da, şirin  də  olsa  adamda  fərqli  hissilər  yaradır.

  Mən  də  uzun  illər  şəhərdə  yaşamağıma  baxmayaraq, ildə  heç  olmasa  bir- iki  dəfə  doğma  kəndimə  gedib  doğmalarıma  baş  çəkirəm, kəndin  xeyrində, şərində  iştirak  edirəm. Hər  dəfə  də  geri- evimə  dönəndə  başqa- başqa  təəssüratla, əhvalla  dönürəm. Bu  dəfəki  təəssüratım  bir  neçə  dəfə  gedib  gəldiklərimdən  fərqlənmədi. Necə  deyərlər, "eyni  hamam, eyni  tas". Və  hamamın da, tasın  da  eyni  olduğu  bir  vaxtda  dəyərli  dostum, "Yeni  xəbər" qəzetinin  baş  redaktoru  İlqar   Salmanlının  bir  sözü  yadıma  düşdü. O, mənim  kəndimin  nöqsanlarından  çox  yazdığıma  görə  deyir: Kənddən  az yaz, səni  daha  ora  buraxmayacaqlar. Təbii  ki, İlqar  müəllim  bunu  zarafatla  deyirdi. Həyatımızda  olan  əyər- əskikliyi  biz  yazarlar  arayıb- axtarıb  üzə  çıxarmasaq, aidiyyatı  orqanlara, xalqa  çatdırmasaq  bəs  onda  kim  çatdıracaq?

 Sovet  dönəmində  ciddi tənqid  də, ictimai  qınaqda  vardı, hər  ikisindən  də  məmur qorxur  və  nəticə  çıxarırdı. Bu  gün  təsirsiz  tənqid  olsa  da,  ictimai  qınaq  yoxdu. Cəsarət  edib  kiməsə  nöqsanını  deyə  bilməzsən. Qarşıdakı  səni  ayağının  altına  salıb  dəli  inək  balasını  tapdalayan  kimi  səni  tapdalayar, hətta  bıçaqla  belə  xəsarət  yetirər. Bu  üzdən  də  heç  kim  "ağrımaz  başına  dəsmal  bağlamır". Gördüyü  nöqsanlara  göz  yummaqdan, seyrici  mövqe  tutmaqdan  başqa əlindən  bir  şey  gəlmir. Uzaq  başı  özü  eşidəcək  səviyyədə  yağlı  söyüş  söyür. Gördüyünü  deməyən  camaatdan  arxayın  olan  xırda  məmurlar  da  arxayınlaşıb ayağını- ayağının  üstünə  qoyub, gününü  keçirir. Camaat  isə  öz  cəsarətsizliyinin,qorxaqlığının  ucbatından  narahatlıq  keçirib  əziyyət  çəkir.

   Bu  yaxınlarda  bir  yaxınımın  dünyasını  dəyişməsi  ilə  əlaqədar  yenə  kəndə  getmişdim. Qabaqkı  gedişlərimdə  kənddə  gördüyüm   nöqsanlar  yenə  nöqsan olaraq  qalmaqda  idi. Doğrudur  bu  nöqsanlar  haqqında  müxtəlif  saytlara, qəzetlərə  ciddi  yazılar  yazmışdım. Amma  çox  təəssüf  ki, mənim  yazdıqlarım  harın, məsuliyyətsiz  məmurlar  tərəfindən  qulaq  ardına  vurulmuş, heç  bir  ölçü  götürülməmişdi. Mən  də  doğulduğum  kəndin  təəssübkeşi  və  yazar  kimi  çox  üzülmüşdüm. Böyük  hind  şairi, yazıçısı,  filosofu,ictimai  xadimi  R.Taqorun  bir  sözünün  biz  yazarlara  aid  olduğunu  yəqin  etmişəm. Onun  təxmini  belə  bir  sözü   var. O, deir: İlahi, istədiyin  cəzanı  mənə  ver. Amma  poeziyanı  başa  düşməyən  adamın  yanında  şeir  oxumaq  cəzasını  vermə.     

  R. Taqorun  sözü   olmasın.  bu  biz  yazarlar  İlahinin   yox, yaramaz, məsuliyyətsiz, öz  yerində  olmayan   məmurların  verdikləri  cəzanı  çəkirik. Bu  İlahinin   cəzasının  yanında  ən  ağır, ən  üzücü, ən  çəkilməsi  ağır  olan  cəzadır  ki, biz  zavallılar  onu  çəkirik. Bəzən  mən  öz- özümə  təəccüblə  sual  verirəm: Bunlar ( kənddəki  məmurlar ) filan, filan  işləri  görmürlərsə, bəs  onda  neyliyirlər  və  hansı  yaxşı  işlərinə  görə  illərlə  vəzifə  kürsüsündə  oturub  durmaq  istəmirlər?! Cavab  bir  mənalıdır, dağa- daşa  düşmək, baş  sındırmaq  lazım  deyil. Yuxardakılara   haqq   verirlər.

  Keçən  əsrin  60- cı  illərində  Şəmkir  rayonunun  böyük  kəndlərindən  olan Zəyəm- Cırdaxana   elektrik  xətti  çəkildi. Üstündən  nə  az,  nə  çox  düz  53  il keçib, bu  illərdə  nə  bir  işıq  dirəyi  dəyşirilib, nə  də  bir  netir  naqil  yenilənib.Yağışa- qara  dözməyən  dirəklər  çürüyüb, naqillər  isə  qopub  tökülüb. Kənddə  kimin  imkanı  var  evinin  qabağındakı  dirəyi  dəyişib, naqili  təzələyib.Kimin  də  imkanı  yoxdu  çürümüş  birəyə   bir  neçə  yerdən  dayaq  vurub, qrılmuş  naqilləri  calaq- calaq  edib  işığını  yandırıb.

 Yayın  cırhacırında  istidən  tıncıxan  camaatın  gözü  ağacda   our  ki, kaş  onun yarpağı  tərpənəydi, hava  bir  balaca  sərinləyəydi. Eləki  arzuları  çin  oldu, bir  balaca yarpaq  tərpəndi  o  dəqiqə  peşmançılıqlarını  bildirirlər. Çünki  həmin  anda  "tədbirli"  və  qazdan  ayıq  şəxslər  işıqları  söndürürlər. Allah  eləməsin  birdən  hansısa  dirək  aşar, naqil  qırılar, bundan  da  qısa  qapanma  olar, kiminsə  evimi, ot  tayasımı  yanar, qanqaralıq  olar. Çox  şükür  ki, hələ  kənddə  belə  bədbəxt  hadisə  baş  verməyib.Çünki  işğa  məsul  olanlar  "ayıq- sayıq"dırlar.    

  Yazımın  əvvəlində  imkanlılar  ifadəsini  işlətmişdim. Doğurdan  da  bu  gün  Zəyəm- Cırdaxan  kəndində  imkanlılar  çoxdur. Və  nə  yaxşı  ki, dövlətin  nəzərində   olmayan  kənddə  imkanlılar  var. Bunun  imkansızlara  da  böyük  xeyri  var. Mərkəzdən  çox  uzaq  olan  bir  məkanda  kənd  adamları  bu  imkanı  hardan  və  necə  qazanıblar?   Bu  sualın  cavabını  açıq  yazım  ki, dəyərli  oxucular  üçün  qaranlıq  bir  şey  qalmasın. Qabaqcadan  ərz  elədim  ki, kəndimiz böyük  kənddir, on  minə  yaxın  əhalisi  var. Elə  ki,isdilər  düşür  əl-ayağı  tutanın  birini  də  kənddə  tapa  bilməzsən. 7 dən  77-yə  kimi  hamsı  Rusiyanın  şəhərlərində  ticarətlə  məşğul  olub,  ailəsini  dolandırır. Dediyim  imkanlılığın kökündə  Rusiyadır. Bu  imkanı  əldə  edib  qazananların, ailəsini  firavan  dolandıranların  sevgisi, istəyi  də  doğma  Azərbaycana  yox, Rusiyayadır. Onların  bu  sevgisi  nəyinki  məni   əsəbləşdirib  özümdən  çıxarır, həm  də  ürəyimi  ağrıdır. Niyə  mənim   kəndimin  adamı  öz  el- obasını  yox, hər  zaman  erməninin  əliylə  bizə  acılar  yaşadan  bir  ölkəni  sevir  sualı  yaradır?  Və  mən  də  yay  mövsümü  olmağına  baxmayaraq   dolabdakı  papağımı  qabağıma  qoyub dərindən  fikirləşirəm, nəticə  çıxarıb  ağırda  olsa  o  bəyənmədiyim  adamlara  haqq  qazandırıram. Onlar  olmasaydı  bu  gün  Zəyəm- Cırdaxan  camaatı  su  üçün  ilan  kimi  dil  çıxarardılar.

  Çox-çox  illər  bundan  öncə  həmin  o  imkanlılar  pul  toplayıb  boru  vasitəsi  ilə uzaq   məsafədən  su  çəkib,  kəndi  başdan-başa  içməli  bulaq  suyu  ilə  təmin  ediblər. Sovet  dönəmində  Alıbəy  deyilən  arx  Zəyəm- Cırdaxandan   başqa  daha  iki  iri  kəndin  içməli  və  təsərrüfat  suyunu  ödəyirdi. Yazıqlar  olsun  ki, bu  gün  baxımsızlıq, məsuliyyətsizlik  üzündən  həmin  arx  heç  bir  kəndi  belə  suyla  təmin  edə  bilmir. Yay  fəsili  başlar  başlamaz  arxın  suyu  tamamilə  kəsilir, bir qıram  su  belə  tapılmır. Kəndçinin  min  əziyyətlə  əkib  becərdiyi  meyvə- tərəvəz  susuzluqdan  yanıb  məhv  olur. Bunun  qarşısını  almaq, kəndin  su  problemini  bir  dəfəlik  yoluna  qoymaq  elə  də  çətin  deyil. Əgər  vicdanı  yatmış  məmurların  vicdanı  oyansa. Bunun  üçün  bir  neçə  artizan  quyusu  qazmaq  kifayətdi. Deyilənə  görə  bu  məsələ  yuxarılarda  gündəmdə  olub  və  yuxarıda  oturan  "ağlllı" məmurlardan  biri  deyib  ki, hələlik  bir  artizan  kifayətdi. Kifayət   olan  o  artizan  da  unudulub. qazılmayıb.Problem  həllini  tapmayıb.

  Kəndin  yuxarı  başının  camaatının  mal-qarasının  örüş  yeri  "Quyluq" deyilən  meşəlikdi. Burda  gur  bulaqlar  olmasa  da, sısqa  bulaqlar  var. Bu  da  mal-qara üçün  kifayət  edirdi. Allahın  dilsiz- ağızsız  heyvanlarına  bunu  çox  görən  bir "sahibkar"  həmin  sısqa  bulaqların  suyunu  bir  yerə  yığıb, borularla  kəndin  üstündə  tikdiyi  restorana  gətirib.Gamaatın  heyvanı  da  qalıb  susuz. Danışıb  dinənə  də  yumuruq  göstərir. Amma  geci- tezi  var, susuz  qalan  heyvanların  ahı onu  tutmalıdır.

  Zavallı  və  yazıq  Zəyəm- Cırdaxanlıların  problemi  azmış  kimi  qaz  idarəsi  də  bir  problem  yaradıb. Yayın  bu  istisində  əhaliyə  verdikləri  qazın  təziqini  o  qədər  aşağı  salıblar  ki, nəyinki  xörək  bişirmək, heç  çay  belə  qaynatmaq  mümkün  deyil. Camaat  da  iqtisadiyyatı  sürətlə  inkişaf  etmiş  bir  ölkədə  qonaq-qara  qarşısında  qalır  üzü  qara.

   Doğma  kəndimin  illərlə  davam  edən  problərindən  bir  yazı  da  yazdım. Amma  düz  elədim, ya  səhv  onu  dəyərli  oxucularım  deyəcək. Mən  isə  Şəmkir  rayonunda  və  Zəyəm- Cırdaxan  kəndində  "çalışan"  məmurlara  üzümü  tutub  deyirəm  ki, bu  camaatı  məsuliyyətsizliyinizlə, yekəxanalığınızla  aşağılaman, haqqını  tapdalaman,cənab  prezidentin  tapşırıqlarını  yerinə  yetirin, özünüzə  işlədiyiniz  bəsdi, bir  azda  xalqa  işlən. Allahdan  qorxun!

           

 

    Məhərrəm  Şəmkirli

      

 

        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam