Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QANUNUN ALİ OLMAYAN MƏMLƏKƏT

         

   

   Xeberinfo.com:   İnsanın ən işıqlı və kövrək xatirələri doğulub boya-başa çatdığı yerlə bağlıdır.Bu xatirələri yaşamaq, onlarla baş-başa qalmaq, ölənlərini, qalanlarını ziyarət etmək üçün doğulduğun məkana getmək ən müqəddəs və ali hissdir. Çox təəssüf ki, bu hissi hər zaman yaşamaq, həyata keçirmək mümkün olmur. Bunun da başlıca səbəbi başqaları kimi məndə də madiyyatın zəyif olmasıdır. Bunu yazmaqda məqsədim geniş oxucu qarşısında ağlamaq, sızlamaq deyil. Sadəcə günün reallığını yada salmaqdır.

  İldə bir dəfə, bəzən də iki dəfə kəndimizə gedir, doğmalarımı yoluxur, uşaqlıqda gəzdiyim doğma, unudulmaz yerləri yenidən gəzir, bir hahatlıq, dinclik tapıram. Bəzən də xatirələrə qapılıb uşaqlığımı, gəncliyimi yenidən yaşayıram. Bu vaxt dünya acıları, şirinləri ilə mənim olur.

 Hər dəfə kəndimdən geri- Bakıya evimə-eşiyimə dönəndə yediyim-içdiyimi burnumdan gətirirlər. Kəndə getməyimi mənə peşman edirlər.  Buna görə hər kəsə və hər şeyə nifrət edirəm, evindən- eşiyindən bir yana çıxmayanları xoşbəx və bəxtəfər sayıram. İri buynuzlu məmurların TV ekranlarından dediklərini, qəzet, jurnal səhifələrdə yazdıqları palaz-palaz yazıları yalan sayıram. Çünki eçitdiklərim, oxuduqlarım gördüklərimlə uyğun gəlmir. Həyatda həqiqətin, doğrunun (ələlxüsusda Azərbaycanda) olmadığı qənaətinə gəlirəm. Və bu yerdə yaşamağı özümə dərd edirəm, yaşamaqdan (əyər buna yaşamaq demək olarsa?!) usanıram bezirəm. Soruşa bilərsiniz ki, nə olub, nəyə görə inamsızsan, səni incidən, haqqını əlindən alanlar kimlərdir? Onda mən yavaş- yavaş xırdalayım, siz də oxuyun. Əslinə baxanda mən yeni, sizlərin bilmədiyi bir şey yazmıram, elə hər kəsin bildiyi və yaşadığı qanunsuzluqları yazıram. Deyirəm bir məmləkətdə ki, ən adi haqqın belə tapdalanır, haqlı şikayətinə baxılmır, səni bezdirici ötür- ötür oynuna salırlar, qanunlar ancaq pullulara xidmət edirsə, şəxsiyyətini, mənliyini ayaqlar altına salıb təhqir edirlərsə, orda yaşamağına dəyməz. Amma biz zorən də olsa yaşayırıq.Ona görə yaşayırıq ki, (çoxumuz) el- obaya bağlıyıq. Bu, bağlılıq da bizi dözümlü millət edib. Hər xırda məmur  şərəfimizi, ləyaqətimizi heç kimdən və heç nədən qorxmadan, çəkinmədən təhqir edir. Biz isə qapılar döyürük, haqqımızı tələb edirik,lakin orda oturanların tükü belə tərpənmir.

  Son illər başqa ölkələrə baxanda Azərbaycanda intihar edənlərin artım sayı daha çoxdur. Ona görə ki, əli haqqın ətəyindən üzülənlər çıxış yolunu bunda görürlər. Hüquq- mühafizə orqanlarının əməkdaşları da ilk araşdırma aparıb özlərinə sərf edən nəticəni çıxarırlar. Həqiqət və səbəb qalır kölgədə.

  Ölkədə baş verən məmur haqsızlığından, əliəyriliyindən, rüşvətdən, mənəm- mənəmlikdən, qanunsuzluqdan yazmaqdan mən bezdim, usandım. Amma qarşı tərəf bu tənqidlərdən, şikayətlərdən nəticə çıxarmadı. Baş ağrıtmaqsa mənə qaldı. Mən bunu Allahın mənə olan qarğışı, cəzası kimi qəbul edirəm. Bundan başqa əlimdən bir şey gəlmir. Və bir də həqiqət budur. Başqaları kimi son anda intihara da əl atmaq fikirim yoxdur. Çünki bu mənlik deyil. Buna görə məni yamanlayıb qəbimi söyərlər. Yamanlanmaqdan, söyülməkdən də ruhum inciyər.

 

Bir belə uzun-uzadı haqsızlıqdan, qanunların kəsərsizliyindən, onun cəmiyyətdə ali ola bilməməsindən, şəxsiyyətin, ləyaqətin hər adımda pozulmasından, intihardan yazmağımın məqsədi bu yaxınlarda başıma gələn bir olayla (güya ki, birinci dəfədir) bağlıdır.

  Bir ilə yaxın idi ki, kəndimə gedib yaxınlarıma baş çəkə bilmirdim.Səhətim və maddi durumum buna imkan vermirdi. Nəhayət ki, doğmalarımın mütamadi olaraq "bir kəndə gəl,yolunu gözləyirik" təklifindən sonra onlara söz verdim ki, noyabir ayının 11-də yanınızdayam. Yola düşməmişdən bir gün qabaq Beynəlxalq Avtovağzaldan 6 manat 50 qəpiyə Şəmkirə bilet aldım. On gün doğmalarımın arasında qayğısız günlər keçirdim,səmimiyyət, mehirbançılıq gördüm. Çox təəssüf ki, bu on günün son üç gününü bərk xəstələndim və onların "bir az da qal" təklifini qəbul etməyib, Bakıya dönməyə qərar verdim.

Ayın 20-də, saat 4-ə 15 dəqiqə işləmiş Şəmkir rayonunun Düyərli kəndində  85- CO- 296 dövlət qeydiyat nişanlı Qazax- Bakı avtobusuna (iki nəfər idik) mindik. İçəri sərnişinlə dolu idi. Arxada yalnız iki yer boş olduğuna görə hərəmiz birində oturduq. Oturmağımızla saqqalı cavan oğlanın gediş haqqını istəməyi eyni oldu. Əlimi cibimə salıb pul çıxardım və sayıb başımın üstünü alıcı quş kimi kəsən saqqallı qğlana vedim. 14 manatı görən oğlan üstümə çəmkirdi.  Bu nədir?-deyə soruşdu. Dedim, yəqin bu zavallı bizim milli manatımızı tanımır.Ona görə də dedim,bizim milli pulumuzdur. Dedi , mən də bilirəm bizim pul olduğunu. Amma 20 manat verməlisən. Soruşdum niyə? Dedi, hamı on manat verib, sən də adama on manat verməlisən. Dedim,axı gediş haqqı 6 manat 50 qəpikdir, mən niyə 3manat 50 qəpik artıq verməliyəm? Bunu demişdim ki, vəhabi,işid (inanın ki, bu belədir)üzvü olan oğlanın üzü necə bozardısa sürücüyə:-saxla maşını, bunları düşürürəm. Bu yerdə əmin oldum ki, bu dəqiq işidçidir. O,Silah bizi nəyinki avtobusdan düşürər, hətta cibindən silah çıxarıb güllələyər də. Canım ağrıdığından çox mübahisə etmədim.Yol yoldaşın 20 manat verib aranı sakitləşdirdi.

  Bir neçə gündən sonra məsələni araşdırmaq üçün Beynəlxalq Avtovağla getdim.Vağzal işçilərindən vağzalın mətbuat katibinin və rəisin yerini soruşdum. Deyən olmadı. Dedim yəqin ki, hər ikisi gizlin işləyir, ona görə də heç kim onların yerini bilmir. Ələcsizlikdən bir kassaya yaxınlaşıb bekar oturmuş bir kişiyə şikayətimi elədim. Halbu ki, həmin ərəfədə respublikanın hər tərəfinə avtobuslar gedirdi və sərnişinlərə bilet satmaq lazım idi. Lakin bunu avtobus sürücüləri özləri yerinə yetirirdi.Təbii ki, kassadakından daha baha qiymətə. Sağ olsun kassir dedi ki, xidmətindən şikayət etdiyin avtobus bizə yox, "yaxşı yol" şirkətinə məxsusdur. Şirkətdə nə vəzifənin sahibi olmağını bilmədiyim  Sülhan adlı bir nəfərin telefon nömrəsini (070- 887-05-36) verdi. Elə oradaca həmin nömrəyə zəng elədim, şikayətimi bildirdim. Səs-güysüz məni dinlədi. Ölçü götrərəm dedi. Amma mən onun tədbir görəcəyinə inanmadım. Saqqallı oğlanın dediyinə görə sərnişinlərdən artıq pul almağı elə şirkətin böyüyü tapşırıbmış. Məhz bu səbəbdən də oğlan yekə-yekə deyirdi ki, get kimə deyirsən de, arxamızda müdrimiz dayanıb. Mən də eləməyib tənbəllik, bir sıra aidiyatı qurumlara üz tutdum. İlk əvvəl yeni yaradılmış Bakı Nəqliyat Agentliyinin 563-36-25 nömrəli telefonuna zəng vurdum. Günlərlə həmin nömrəyə zəng vurmağıma baxmayaraq əks tərəfdən dəstəyi qaldıran olmadı.Məlumatım vardı ki, bu agentlik 117 saylı marşurutda sərnişinlərdən artıq pul alan bir sürücünü işdən azad edib. Bu agentliyə ümid bəslədim. amma ümidim doğrulmadı.

  Son anda bu ayın 3-də Nəqliyyat Nazirliyinin 431-46-36 nömrəli əlaqə telefonuna zəng etdim. Dəstəyi  bir oğlan götürdü. Məni ədəb-ərkanla dinləyib, dediklərimi yazdı və kimlərəsə məlumat verəcəyini dedi. Məndə böyük ümid yarandı və öz-özümə təsəlli verib dedim ki, belə qalmaz. Dəvədən böyük fil varmış.

  Bildiyimə görə ölkədə hər kəsin şərəf və ləyaqəti qorunur. Onun təhqir olunmasına, aşağılanmasına yol verilmir. Təhqir olunan tərəf qarşı tərəfi məhkəməyə çəkir və böyük təzminat tələb edir. Məhkəmə də bu işi araşdırıb cinayətkarı cəzalandırır. Bəzən isə sadə xalqın şərəf və ləyaqəti heç nəzərə alınmır. Beləcə ölkədə kim varlı- halıdırsa onların şərəfi, ləyaqəti də qorunur.

  Əgər doğurdan da yuxarılar xalqın qeydinə qalırsa, onun haqqını yaramazlardan, mənəm-mən deyənlərdən qoruyursa, qanunları ali sanırsa bəs onda niyə bölgələrə gedən avtobusların salonlarında gediş haqqını göstərən məlumat lövhələrinin yerləşdirilməsini təmin etmir? Niyə saqqallı gədələrin, xırda buynuzlu məmurların ucbatından sadə və zavallı xalq hər zaman aldadılır, soyulur? Məyər ölkədə ədalətin zəfər çalması bu qədərmi çətindir?

  Mən inanmıram ki, bu sifətlə, bu qədər əzaziliklə bizi heç cəhənnəmə də qoymayacaqlar, çöldə qalıb qurda, quşa yem olacayıq.

  

 

Məhərrəm Şəmkirli   

 

 

 

Fərman Kərimzadə anıldı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam