Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı satmağa yer qoymadı - Bakıxanovda

İcra başçısı Bakıxanovda satmağa yer qoymadı

 

Sabunçunun icra başçısı Bakıxanov qəsəbəsində satmadığı yer qoymayıb

Xeberinfo.com:   Politika.Az-a verilən məlumata görə, Adil Vəliyev qəsəbənin daha iki massivini peşkəş edib. 


Hazırda həmin ərazilərdə tikinti işəri həyata keçirilir. Qəsəbənin “Kristal” şadlıq evinə yaxın ərazisində bir gecənin içərisində şumlanan ərazi tikinti meydançasına çevrilib. 

İcra başçısı təyin olunduğu vaxtdan Bakıxanov qəsəbəsində kosmetik abadlıq işləri həyata kçeirən biznesmen A.Vəliyev burada bir qarış yer saxlamayıb. 

Belə ki, Bakıxanov stansiyası adlanan iri massiv satılaraq ərazidə ticarət mərkəzi inşa olunmaqdadır, səkilərin üstü obyektlərin tikintisi üçün qarış-qarış satılıb. 

İndisə “Aygün city” adlanan əraziyə çatmamış yol üstündə nəhəng ərazi buldozerin qabağına verilib. Burada ya bina ya da kommersiya mərkəzi tikiləcək. 

Politika.Az xatırladır ki, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsibdə Geofizik İdarəsinin əraziləri qəsb edilib. 

Daha sonra qəsəbədəki Mədəniyyət küçəsindəki park hasarlanıb. “Şəhrizad” uşaq bağçası tikilib. 

“Vahid” şadlıq evinin yanındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun qırağı, Sülh küçəsindəki kiçik parkın ərazisi, doğum evinin yanındakı parkın ərazisi və s. ərazilər artıq satılıb. 

Həmçinin, Anaşkin küçəsindəki torpaq sahələri satılmaqda davam edir. “Baıxanov rezidens” yaşayış kompleksi, əyləncə mərkəzləri, “Bərgüşad” və s. icra başçısının nəzarətində olduğu iddia edilir. 

Əslində, siyahını çox uzatmaq olar. Bu barədə ayrıca reportaj təqdim edəcəyik. 

Sabunçu RİH-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam