Zəbt olur hər qarış torpaq Azərbaycanda
"xeberinfo.com": Son vaxtlar heç kimə sirr deyil ki,ölkədə məmurlar, pullu adamlar harada bir qarış boş torpaq sahəsi görür, olar-olmaz, qanuni, qeyri-qanuni oranı hasara alır, özləri üçün lazım olan obyekti tikirlər- özü də təmtəraqlı,əzəmətli.İnsan övladı bu tikililərə həsrətlə,həsədlə baxır və dərindən bir ah çəkib deyir:Tanrım,bunların gözü nə vaxt doyacaq? Bu qədər saraylar,villalar,ticarət mərkəzləri bunların nəyinə lazımdır? Hamı bilir ki,ölkədə hər qarış torpaq,hər ağac kölgəsi, bulaq başı kimərindi. Və kimlərin olduğu bilinən bu ağac kölgələrinə,bulaq başlarına bu məmləkətin yeraltı,yerüstü sərvəti hamının olan torpağına ayaq qoya,daşına əl vura bilməz vətəndaş.
Dəyərli Oxucuların bəlkə də çoxu Bakıdan üzü Qobustana tərəf gedəndə dənizin hasara alınmış neçə kilometrlik sanilini görməmiş deyil.Amma həmin hasarın qırağına vurulmuş: "Biz gələcəyimizi qururuq",lövhəsini bəlkə də çoxları görməyib.Görməyənlərə də məsləhətimiz odur ki,çalışıb görsünlər.Gələcəyi kimlər üçün qururlar? Özlərinin qohum-ğqrəbalarının və nə bilim kimlərin yüz,iki yüz il bundan sonrakı gələcəklərini qürurlar.Özü də nəfəs dərib dayanmadan,gecə-gündüz.
Bu yerdə adam onlardan ilandan,əqrəbdən qorxan kimi qorxur.Çünki ancaq özünü düşünən,var-dövlətdən gözü doymayanlar,qızıl toplayanlar heç vaxt doymurlar.Onlar həmişə qəddar və əzazil olurlar.Varına göz dikənin gözünü çıxarır,əl uzadanın əlini kəsirlər.
Bu yaxınlarda bir qəzetdə planetin ən varlı hakim dairələrinin adlarını oxudum.Bunların çoxunu müsəlman ölkələrinin başçıları təşkil edir.Amma özümüzünkiləri görməyəndə bir balaca təəccübləndim.Düşündüm ki,yəqin araşdırmaçıların bizimkilərdən xəbərləri olmayıb.Buradan belə nəticəyə gəlmək olar ki,müsəlman dövlət başçılarının əsas məqsədi xalqını düşünmək yox,var-dövlət toplamaqdır.Nəfsinin qulu olan dövlət başçılarının ,iri məmurların təmsil etdikləri dövlətlərin həmişə üzü tüpürcəkli,başı qapazlı olurlar,doğmaca qardaşları olan Fələstin xalqı illərdir İsrail zülümündən əzab çəkir.
Tamahı,nəfsi böyük olan adam heç vaxt yaxşı mənada gələcəyini qura bilməz.Xalqın bir qarış torpağını əlindən alıb,bir ağac kölgəsini onun dincəlməsinə qıymayan məmurun topladığı var-dövlət bir gün burnundan gələcək, zəlil günə qalacaq.Yüz minlərlə hektar torpaq qalıb düşmən tapdağında,bunlar buradakı torpaqları qarış-qarış satırlar.Hərdən öz-özümə düşünürəm,bəlkə 80 faiz bizdə (yəni məmurlarda) olan torpaqları da elə damarlarında erməni qanı olanlar zəbt ediblər?!
Məhərrəm Şəmkirli