Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

HƏSRƏT NƏDİR?

 

 

 

HƏSRƏT NƏDİR? 

 

Yenixeber.org: 

Ömrün yollarında, yaman yoruldum.

Həsrətdən yarandım sözlə doğuldum,

Sözlə başlamışdım, sözlə boğuldum,

Nədən bacarmıram, bu həyatla mən!?...

 

Həyatda bəzi məsələlər var ki, aydınlıq gətirmək, o qədərdə çətin deyil. Müşahidələrimə əsasən deyə bilərəm ki, yaranışdan insanla təbiət arasında vəhdət var.  Beləki, Allah insanda nə yaradıbsa bu oxşar cəhətləri təbiətin özündə də görə bilərik. İlk olaraq məni maqlandıran bir sual var. Görəsən, insanın çəkdiyi həsrət hissi təbiətin özündə mövcuddurmu?!...Gəlin, insan düşüncəsinə görə “Həsrət” nədir sualına cavab axtaraq. Mən bu məsələyə öz fikirlərimlə aydınlıq gətirmək istərdim. Əlbəttə şuurlu insan “Həsrət” sözünün mahiyyətini dərk edərək cavab verəcəkdir. Lakin, insanla müqayisədə cavabına maraq göstərdiyimiz bu hiss təbiətdə özünü necə göstərir? Görəsən  təbiət şüurlu olmasada qeyd edilən hissi  yaşaya bilirmi?! Məncə bu sualların cavabı hammı üçün maraqlıdır. Əslində biz insanlar təbiətlə əlaqəli bu və ya digər məsələlərə öz məntiqimizlə cavab tapa bilərik. Kiçik bir bənzətmə edək. Allah insanları yer üzündə dörd fəsillə əhatə etdi. Qış dedikdə düşüncəmizdə canlı saydığımız təbiət, xəyalımızda isə  bir daha geri dönməyəcək fəsil və ölmüş torpaq canlanır. Lakin, düşünəndə ki, hər gələn bahar, hər gələn yaz təbiətin yenidən dirçəlişidir, biz müşahidəmiz haqqında  fikir yürütməyə bilmərik. Demək, yazdığım mövzuya əsasən təbiət özü də yenidən canlı olmağın həsrətini çəkməyə bilməz. Və yazın dönüşünü səbrsizliklə gözləyir. Demək, belə aydın olur ki, təbiət insan kimi ölümlə, qalım arasında yaranmış olan həsrət hissini  yaşamağa qadirdir.  Başqa bir misal:- Allah gecəni yaratdısa, onun əksi olan gündüzü də yer kürəsinə bəxşş etdi. Baxsaq, hər bir yaranışın necə nizam olduğunu görərik. Gündüz günəş, gecə isə ay görünür. Dünya yaranandan bəri ay və günəş heç vaxt bir-biri ilə qarşılaşmadı. Baxın, Allahın möcüzəsi kimi əsl həsrət hissi ay və günəşin timsalında aydın sezilir. Yazdıqlarımdan belə nəticəyə gəlmək olar ki, gecə daima  gündüzün həsrəti ilə yer üzündə bərqərardır. Bir məsələnidə qeyd etmək yerinə düşərdi. Yaddan çıxarmayaq ki, təbiətin şüursuz saydığımız canlıları da yer üzərində mövcuddur ki, bu canlılarda bəzi insani hisslər var. Müqayisədə bu varlıqlar öz tipindən olan heyvanlarla cütləşib yuva qurur və bu yuvanı daima qorumağa çalışırlar. Dediyimin bariz nümunəsini canavar ailəsini müşahidə etsək daha aydın görə bilərik. Canavarın cütü ölərsə erkək canavar bir daha yuva qurmaz. Elə bu üzdən “yalquzaq” sözü dilimizdə özünə yer tapıb. Gərəksə belə nəticəyə gəlmək olar ki, demək heyvanlar şüurlu olmasalar da insan kimi sevə və nifrət edə bilirlər. Yəni gəldiyim nəticəyə rəğmən həsrət hissini heyvanlarada aid etmək mümkündür.  Bu tip misalları çox çəkmək olar. Danılmazdır ki, hər kəsin qəlbində özünəməxsus şəkildə “həsrət” dediyimiz hiss hökm sürür. Kimisi aşıqdır, kimisi sevir, kimisi vəfasızdır amma yenədə sevdiyinin həsrətini çəkir. Bir sözlə hər kəs özünə məxsus şəkildə həsrət hissi yaşayır. Başa düşdüyüm vaxtdan bu yana həsrət çəkən insanlara heç təəccüb etmədim və heç zamanda yazığım gəlmədi. Çünki o həsrətin yükü mənimdə çiyinlərimdə var və onu daşımağa zaman-zaman müvvəffəq olmuşam. Həqiqətin kökünə varası olsaq doğrudan da  çətindir belə nüansları incələmək və doğru-dürüst nəticəyə gəlmək. Ancaq onu qeyd edə bilərəm ki, həsrətin qəlbi üşüdən soyuğundan, vüsalın isə könülləri qızdıran istisindən əmələ gəlib, baş etdim bu qərib dünya ilə. Həyata gəlişimlə valideynlərimin ürəyində tükənməz sevgiyə çevrilib məhəbbət çiçəyi oldum. Güman edirəm ki, İlk həsrətim dünyaya gəlişimi gözləmək olub. Həsrət çəkmişəm ki, qulaqlarım anamın laylasını eşitsin. Atam məni köksünə sıxıb o şəfqətli əlləri ilə tellərimi oxşasın. Əlbəttə qeyd etməliyəm ki,  gəlişimlə  xöşbəxtlik gətirdim və bu sevinci ailəmə ilk olaraq mən yaşatdım. Həmin vaxt çox kiçik olsamda o anı özümə məxsus şəkildə yaşadım. Mənim  gəlişim sanki, bir-birindən ayrılmayan əllər üçün, sevən ürəklər üçün, sığallı tellər üçün bir çələng oldu. Onlar qoxlaya-qoxlaya, oxşaya-oxşaya böyütdülər məni. Lakin, həyat amansız olduğundan həsrət dediyim o “acı” çox səliqə ilə əynimə biçildi. Onu artıq paltar kimi üstümə geymişdim. Təəssüflər olsun ki, onu bu  günə qədər  də ata bilmədim. Gəlin, axtaraq görək məsələnin kökü hardadır. İstərdim bu məsələni sizlərlə birlikdə çözüm istəkli oxucular! Atam ucqar kəndlərin birində müəllim kimi faliyyət göstərirdi. Maraqlıdır ki, mən ana bətnində olanda hiss etmişdim ki, atamla anam bir-birlərini çox sevirlər. Atamın uzaq yelərdə çalışması üzündən daima anam atamın yolunu gözləyər, həsrətini çəkər, günlərlə onun gəlişi üçün səbrsizlənərdi. Mən yəqin edirəm ki, anamın bətnində olanda onun daima təşviş içində olduğunu hiss etməmiş deyildim... Və mən bu gün düşünəndə niyə “həsrət” çəkmək mənim bəxtimə düşüb, daha cavab tapmağa çalışmıram. Çünki mən, sevgidolu həsrətdən doğulmuşam. Həhayət yaşımın üstünə yaş gəldikcə həsrət dediyim o zatla daima mücadilə etməli oldum. Həyat isə davam edirdi. Mən isə qorxmadan valideynlərimdən qalan miras kimi  “HƏSRƏT” adlı zirvəni fəth etmək üçün üzüyuxarı dırmanırdım. Nəhayət mən məktəb yaşına çatanda İlk həsrətin nə olduğunu dərk etdim. Mənim kiçik düşüncəmdə ilk həsrət hissi  məktəbə getmək arzusu oldu. Belə demək mümkünsə, məktəb mənə elm verməklə yanaşı çox şeylər öyrətdi. İlk dəfə sevməyidə məktəb illərində öyrəndim və ilk sevgi həsrətini o zamanlar yaşadım. Nəhayət illər keçdi mən həyatın enişli-yoxuşlu yollarına qədəm qoydum. Bu yolların gedişi məni daşdan-daşa vuraraq çox imtahandan çıxardı. Mən gənc, həmdə qayğısız böyüdüyüm üçün elə düşünürdüm ki, ata və anamın ayrılmaz əlləri həmişə mənim üzərimdə olacaqdır. Amma zaman-zaman necə yanıldığımı hiss etdim. Sən demə, mələk bildiyim valideynlərimdə mənə həsrət yaşadacaqlarmış... Bilməzdim ki, gün gələcək mən onlarla vidalaşmalı olacam. Eh...atam məni tərk edib haqqın dərgahına qovuşdu. Mən isə ondan doymadım. Bütün bunlar azmış kimi xəstəliyi müşkülə çevrilən anamda bir müddət sonra məni  tərk etdi. Anam atamın həsrətinə dözməyib məni bu acı həyatla baş-başa buraxdı. Mən, o zaman həyatın boşluğunu hiss etdim, o zaman yetimliyi, tənhalığı yaşadım. Kimsəsiz olmaq, yetim olmaq nədir, o zaman bildim. Bütün həyatım alt-üst oldu. İnanın ki, məni tərk edən əzizlərimin həsrətini bu gündə çəkirəm. Görürsüz, həsrət necə amansızdır?... Qəlbimdə təskinlik tapdığım bir məqam var ki, mən valideyinlərimin rzasıyla ailə qurmuşdum. Həyatda daimi xöşbəxtlik olmadığı kimi məndə ailəmlə müəyyən qədər xöşbəxt anlar yaşaya bildım. Deyim ki, həsrətli günlərim olmadı, yox bunu qeyd etməyə bilmərəm. İlk həsrətini çəkdiyim anlar ana olmaq arzusu oldu. İlk övlad payımı nədənsə  Allah mənə gec nəsib etdi. Nəhayət bu həsrətim sona yetdi və mən oğul anası oldum. Belə bir an mənim üçün, həsrətdə baharın vüsalı kimi görünürdü. Sizlərə demişdim axı, həsrət bir paltar kimi əynimə biçilib....Aylar illəri əvəz edə-edə böyük oğlumun on altı yaşı oldu. Həyat yoldaşım da valideynlərimim kimi həyatdan tez köçdü. Həyatda qalsaydı övladlarımız üçün çox arzularımız vardı onunla. Heç düşünə bilməzdim ki, bu arzular gözümdə acı göz yaşlarına  çevriləcək. Doğrudanda həyat çox qəddar imiş. Bəzən həsrət sözünün dərinliyinə varası olsam, gözlərim önündə qollu-budaqlı ağac canlanır. Onun meyvələri isə mənim yana-yana çəkdiyim ah və göz yaşlarıdır. Bir sözlə nə qədər insan yaşayır, həsrət də onun bağında bitən xeyirsiz bir ağacdır. Heç istəməzdim kimsənin bağında belə ağaclar bitsin. Hərdən elə  düşünürəm ki, insan dünyaya həsrət çəkmək üçün gəlib. İnsanın qəlbində daima həsrət şamı yanır və yandıqca insanın ürəyini qarsır və yandırır. Elə bu səbəbdən dolayı insan yaşa dolanda nədənsə gənclik illərinin həsrətini daha çox çəkir. İnsan ayna önündə dayanıb özünə diqqətlə baxanda simasına şırım açmış  o qırışlar onun həyat tərzindən xəbər vermirmi?! Əksər insanlar heç vaxt yaşadığı ömür yolundan geriyə baxmağı arzu etmir. Elə mən özümdə istəməzdim ki, geridə buraxdığım acıları yenidən yaşayım. Mövzunun gedişinə uyğun olaraq  belə nəticəyə gələ bilərəm ki, qəlbində həsrəti, niskili olmayan insan yoxdur.  Çünki, həyat varsa insan var, insan varsa həyat var. İnsan sevib, sevilir.  Sevən ürəklər isə həsrətsiz, nigilsiz olmur. Bir sözlə vüsal həsrətin ən dadlı meyvəsidir...             

 

TƏRANƏ ŞƏMS

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam