Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paytaxtda sakinlər qaza həsrət qalıb

Paytaxtda sakinlər qaza həsrət qalıb

Ölkə ərazisində hava şəraitinin bir neçə gün soyuq keçməsi kommunal sahələrdə ciddi qüsurları ortaya çıxardı. Belə ki, evləri, həyətləri su basdı, elektrik xətləri qırıldı, qaz xətləri zərər görməsə də, evlərə verilən qazın təzyiqi birdən-birə kəskin azaldı

 

Yenixeber.org: Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov 88 ünvanında yaşayan sakinləri də havaların soyumasını məhz qazın təzyiqi ilə hiss etdiklərini deyirlər.

Onlar bildirir ki, havanın temperaturu enən kimi qazın təzyiqi də azalır. Sakinlər hər il payız-qış aylarında bu problemdən əziyyət çəkdiklərini bildirirlər.

“Verilən qazla nə ev isinir, nə də yemək bişirmək olur ”, - deyə qeyd edirlər. Onlar hər il qışı donaraq keçirməyə məcbur qaldıqlarını söyləyirlər.

Sakinlər dəfələrlə qurumun “Qaynar xətt” xidmətinə müraciət etdiklərini deyirlər. Amma telefonlar daim məşğul göstərir, buna görə də şikayətlərini lazimi ünvana çatdıra bilmirlər.

Sakinlərin şikayətilə bağlı biz də Nəsimi rayon qaz istismar idarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin telefonlara cavab verən olmadı.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev ərazidə bir neçə gündür qaz tənzimləyici qurğular üzərində iş aparıldığını və işlərin bu gün də davam etdiriləcəyini bildirib: “Bəzi ərazilərdə işlər başa çatıb. Problem yaşanan ərazilərdə hələ də, iş aparılır”.

Sakinlərin “Qaynat xətt” xidmətində xətlərin daim məşğul olması ilə bağlı şikayətlərə gəldikdə, İ.Kərbalayev bunun müraciətlərlə əlaqədar olduğunu dedi: “Gün ərzində “104” və “185” nömrələrinə daxil olan bütün müraciətlər qeydə alınır və hesabatı aparılır. Bəzən bir zəngin cavablandırılması dəqiqələr çəkə bilir. Məsələn, qaz sayğacının koddan çıxarılması prosesləri telefonda abonentə izah edilir. Buna görə də, müddət uzana bilir. Artıq qaz istismar səhələri üzrə regional mərkəzlər yaradılıb. Rayonlar üzrə yalnız xidmət sahələri qalıb. Abonentlər şikayətlərini qaynar xəttə bildirir, oradan da xidmət sahələrinə yönləndirilir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam