Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

YUVANIN GÖZ ÇIXARAN TÜSTÜSÜ...


  • Elə gəlinlər var ki, Rusiyada daş bastırana lənət yağdırır
  • "Xeberinfo.com": “İsti yuva – isti ocaq”. Biz bu sözləri ata- bablardan eşitsək də,gəlin baxaq, bu ocaqların istisi öz elimizdə - obamızda qalıbmı? Təəssüflə düşünürsən ki, “lələ köçüb,yurdu qalan” ocaqların hansı istiliyindən danışmaq olar?
  • Bu gün bu suallar ətrafında düşünərək, Azərbaycanın kənd və rayonlarının yaşam tərzinə nəzər yetirsək, cavab taparıq. Sadə bir misal: elim –günüm Şəkidə döğulub boya – başa çatdığımdan, müəyyən hadisələrlə əlaqədar vaxtaşırı ora getməli oluram. Bəzən fikirlərim müşahidəyə yönəldiyindən, diqqətimdən qaçmayan nüanslar olur. Gördüklərimi açıq yazacağam.
  • Kənddə yaşayan qohumlarımızgildə hüzr düşdüyündən, ora getməli oldum. Hüzr yerində gördüklərim məndə təəccüb və təəssüf doğurdu: rəhmətə gedənin cənazəsini qadınlar, qoca kişilər və həddi –buluğa çatmayan uşaqlar son mənzilə yola salırdı. Bəs cavanlar hardaydılar? Təəccübümü gizlədə bilməyib,yaşlı bir qadından bu barədə soruşdum. O dərindən ah çəkərək, belə cavab verdi: “Bəli, biz belə yaşayırıq. Bizim kəndin kişiləri bir loxma çörək üçün öz yurd- yuvalarından didərgin düşüb, Rusiyanın çöllərinə səpələniblər”. Hüzr mərasimini üzüntülü halda tərk etdim.Qayıdaq bizi ən çox düşündürən məsələyə: “ özgə yerin bal – bəhməzindən öz yurdunun yavan çörəyi yaxşıdır”. Nədir axı yerindən qalxan bu gəncləri yurd- yuvasından didərgin salan? Buna yetərincə əsas var. Zənnimizcə, insanın maddi- rifah halı yaxşı olsa, heç kəs öz isti yuvasını tərk edib, başqa yerlərə üz tutmaz. Bəs biz böyüksüz ailələrdə yetişən uşaqlarda aşkarlanan mənəvi və fiziki fəsadların qarşısını necə alaq? Çox vaxt toplum arasında olanda eşidirik ki, beş qadından dördünün əri qazanc dalınca Rusiyaya üz tutub. Maraqlısı budur ki, bu baxımdan qadınların fikirləri də tazadlıdır; eləsi var, onu ancaq maddiyyat , yaxşı geyim, yaxşı yemək, ümumiyyətlə, dəbdəbəli həyat düşündürür. Elə qaragünlü cavan gəlinlər var ki, Rusiyada daş basdırana lənət yağdırır. Çünki ailə başçısının ailəsindən uzaq düşməsi tədricən dağılmasına gətirib çıxarır. İş bununla da bitmir, bu cür mənəvi və maddi aşınmalar çox vaxt onların sağalmaz xəstəliklərə düçar olmasına yol açır.Ehtiyac və məhrumiyyətin ailələrimizə vurduğu zərbə isə heç sağalmır. Bu gün rastlaşdığımız probləmlərdən biri də budur ki, ailələrdə qızlarımız qarıyıb qocalır, ailə qurmaq səadətindən məhrum olurlar. Niyə? Çünki vətənindən uzaq düşən gənclər mənəviyyatca zəif olduğundan, çox vaxt “ nataşalara””marusyalara” uyub, öz isti ocaqlarını yaddan çıxarırlar. Rusiyada biznes faliyyəti iləməşğul olan oğlanlarala nişanlı qızlarımız var ki, onların bu bağlılığı evliliyə çevrilə bilmir. Çünki “marusyalara meyl edən abırlı həyalı, halalca nişanlılarını bəyənmirlər” Bəyənməmək bir yana qalsın, eşidirsən ki, ruslardan azərbaycanlı balaları törəyir. Diqqət çəkən məqamlardan biri də budur ki, məhz bu səbəbdən məhkəmə qapılarında illərlə sürünməyə vadar olan qadınlarımız ərlərinin “sevgi məcarası” ucbatından boşanmağa qərar versə də, müsəlmançılıq ənənəsinə sadiqliyi ucbatından, uşaqlarının dırnaqarası atasından yaxa qurtara bilmir. Yəqin anladınız ki, söhbət təkcə Vətənində olmayan gənclərin başqa millətlərin qızlarına meyilliliyindən getmir. Məqsədimiz həm də bu qamaqalları yaradansəbəbləri üzə çıxarmaqdır. Boşanmalar tək Rusiya, yaxud digər dövlətlər səbəbli deyil. Bölgələrimizdə nə qədər qız və gəlinlər kişi zorakılığına məruz qalırlar. Sanki qadınlar ərinin, uşaqlarsa atalarının şəxsi mülkiyyətinə çevrilib. 21 –ci əsrdə yaşasaq da, elə bil, kriminal bir mühitdə ömür sürürük. Baxırsan ki, insanlıq itib, mənəviyyat qamayıb. Elə bil, bu millətin qenlərinə başqa bir gen yol tapıb. Mətbuat və televiziyalardan tez – tez xəbər alırıq ki, ata öz övladını boğub yaxud döyüb öldürüb, kişisə arvadını baltalayıb. Bu tükürğədici hadisələr isə hər birimizi dərindən düşünüb, nəticə çıxarmağa və təxirəsalınmaz tədbirlər görməyə vadar etməlidir.
  • Hədəf eyni yazının davamı kimi, mətləbdən bir az uzaqlaşsaq da, deməliyik ki, bu gün Azərbaycanda başqa dövlətlərdən gələn iş adamları öz bizneslərini yaratmaqla yanaşı, insan hüquq və azadlıqlarının pozulmasına da əhəmiyyətli dərəcədə təsir ğöstərməkdədir. Gəlin müqayisə edək: bizdən gedənlərin aqibəti, bizə gələnlərin vəziyyəti ilə üst – üstə düşürmü? Bizdən gedən eloğulları getdikləri yerdə nə qədər doğmalıq nümayiş etdirsə də,səciyyəvi hal budur ki, əcnəbi dövlətdəkilər üçün “ yadellisən, yadsan!”ideyası altında sıxışdırılırlar. Başlarına min cür oyunlar gəlir. Bəzən də iş dalınca gedən gənclərin özləri əvəzinə, meyitləri qayıdır vətənə, özü də bilinməyən səbəblərdən! Nədir bu millətin günahı? Niyə millətinə sahib çıxan yoxdur?
  • İndi isə gəlin görək, Azərbaycana gəlib, burada iş quran əcnəbilərə biz bu cür münasibət göstərə bilərikmi? Öz millətimizin övladlarına gün- güzəran yaratmalı olan başbilənlərimiz əcnəbilərə geniş meydan açmaqla”humanizmilərini” nümayiş etdirməkdədirlər. Xarici vətəndaşlar bizim topağımızda elə gəzib dolanırlar ki, biz, az qala özümüzü öz evimizdə yad kimi hiss etmək məcburiyyətində qalırıq. İndi biz elə olmuşuq ki, sanki” yersiz gəldi, yerli qaç”məsəli bizə aiddir. Hətta, bəzən, əcnəbi işbazlar bizimkiləri özlərindən asılı hala salaraq, onları istismar edirlər. Biz niyə öz evimizdə olduğumuz halda, boyunduruq altında yaşamalıyıq? Məsələnin kökünü də elə burda axtarmaq lazımdır.Bu səbəbdən, aztəminatlı gənclərimiz öz yurdlarından perik düşürlər.
  • Dövlət öz xalqına sahib çıxmadığı halda, əcnəbi vətəndaşlara “atalıq, analıq qayğısı” göstərir! Axı bizdə hansı əcnəbinin “dırnağına daş toxxuna bilər?” Çünki onları öz dövlətlərindən də qabaq, Azərbaycan dövləti himayə edir! Belə bir sadə deyim var;”Özününkünün qədrini bilməsən, başqasının qədrini hardan biləsən!” Azərbaycanda bu misal tərsinə yozulduğundan, biz başqalarının qədrini daha yaxşı bilirik.
  • Tarixən mühacirlik bizim alın yazımıza çevrilib sanki. Lakin o dövrün mühacirləri mühitlə barışmayan, öz xalqının arzu və istəklərinin ardınca son nəfəslərinə qədər gedərək, mübarizələrdən usanmayan insanlar idilər.Vətən həsrəti, millət sevgisi bu insanların qəlbini bircə an tərk etməyib. Onların istək və arzularını, dərd – sərini xalq şairimiz Bəxtiyar Vahabzadə belə qələmə almışdır.
  • Bu Vətən nisgilli mühacirlərin
  • Acı taleyinə acıyıram mən.
  • Şairin dili ilə desək, vətəndən kənarda yaşayanlara mühacir deyirik, ancaq Vətənin içində yaşaya – yaşaya özgə məbədlərə daş qoyanlara nə ad verək? Hətta Belinskinin sözlərinə görə, öz vətəninə mənsub olmayan şəxs insanlığa mənsub deyildir. Mühacirlik iki qurupa bölünür: biri məcburən vatəni tərk edir. Digəri isə bir parça çörək üçün. Bizi düşündürən budur ki, niyə bizlər yad diyarın yadına çevrilirik? Deyək ki, mənəvi mühacirlər var ki, “vətən çörəyini gözlərinə təpir”. İki mühaciri müqayisə etdikdə, görürsən: “ O da mühacirdi , bu da. O da adamdı bu da. Biri Vətən həsrəti çəkir, digəri isə cavahir. Baxırsan, biri insandı, digəri tacir”. Bəxtiyar Vahabzadə “ İki mühacir” şerində bütün bunları ğözəl boyalarla əks etdirib. Şair demişkən, mühacir olan tacirlərin hansı dərdindən danışaq? Gəlin, bir də özümüzə nəzər salaq: mühacirliyi yaşayan insanlara haqq vermirik ki, vətənin parçasını heç nə ilə əvəz etsin. Bizlər heç düşünmədən sualların cavabını öz ölkəmizdə axtaraq. Məsələyə hansı yöndən yanaşsaq da, yenə insanların sosial vəziyyəti , maddi rifah halı göz önünə gəlir. Cəmiyyətdə gedən proseslər məcbur etməsə, heç kəs öz isti yuvasını tərk edib, başqa dövlətlərin köləsinə çevrilməz. Ailədə hərci – mərcilik düşəndə, ailəni böyüyü məsuliyyət daşıdığı kimi, bütün bu məsələlərdə məsuliyyət dövlətin üzərinə düşür. Dövlət əlindən gələni etməlidir ki, çatılan ocaqların tüstüsü gözləri kor etməsin. Heç bir ocaq da “ Lələ köçüb, yurdu qalmasın”. Qız – gəlinlərimiz ərsiz, oğul – uşaqlarımız atasız qalmasın.
  • QEYD.
  • Cavanlarımıza üz tuturuq: nə qədər Vətəndən kənarda yaşasanız, doğma torpağın daşı ola bilməyəcəksiniz. Yaşınızın üstünə yaş gəldikcə, təəssüflə:
  • Gəzməyə qərib ölkə,
  • Ölməyə Vətən yaxşı.- Deyəcəksiniz. Qoyub getdiyiniz nəyiniz varsa, sizin parçanız olmaqla, həm də Vətənin parçalarıdır.Bizim namuslu kişi qeyrətli qız- gəlinlərimizi “ nataşalara””marusyalara” dəyişməyin. Siz Azərbaycanda doğulmusunuz və fətd olaraq azərbaycanlısınız. Vətəni, ananı, ailəni sevin.Milləti sevin ki, millət də sizi sevsiz.
  • TƏRANƏ SƏMS...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam