Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

KÜRƏKƏN, YAXUD OĞUL SİZCƏ NECƏ?!


        

 

 

 

 

        "xeberinfo.com":  Atalardan qalma bir deyimin ətrafında  düşünərək fikrimi sizinlə bölüşmək  istərdim, ”Yeznə əppəyi, yezid əppəyi, altı daş, üstü aş, yenə oğul əppəyi”. Məncə bu işlənən kəlamın dərinliyinə varsaq, bugünkü mühit üçün dəyərli yorumlar tapa bilərik.İstərdim birbaşa mətləbə keçim, bəzən “Gəzən ayağa daş dəyər “ deyib jurnalist düşüncəsilə cəmiyyətdə baş verənləri izləmək üçün gəzintiyə çıxıram və cəmiyyətin düşdüyü durumu kənardan izləyirəm. Belə gəzintilərimdən birində ətrafı seyr edərkən orta yaş həddində olan xanımların bir yerə yığılaraq söhbət etdiyinin şahidi oldum.Doğrusu eşitdiklərim və gördüklərim məndə müəyyən qədər maraq yaratdığndan mübahisə edənləri daha yaxından görmək, söhbətin nədən getdiyini bilmək istədim. Bir neçə xanım öz həyat hekayəsini bugünki durumla müqayisə edərək yaşayıb-gördüklərini bir-birilə bölüşürdü. Söhbət  maraqlı və aktual idi, belə ki, xanımların arasındakı odlu-odlu danışanlardan birinin qaynanası həmişə oğlanları ilə fəxr edib öyünərmiş və hamıya nəsihət edərək deyərmiş ki,öz balalarınıza biganə, laqeyd olmayın. Bizim ölümüz, dirimiz oğullarımızın qabağında olsun, son mənzilə onların çiyinlərində gedək. Qızının ailə qurduğu oğlan (kürəkən) nə qədər yaxşı olsa da, işi-gücü, pulu, başından aşsa da, öz oğlanlarınızın tullantı dırnağını  özgə oğlunun ayağına verməyin. Həmin xanım danışdıqca hamı diqqətlə qulaq asırdı. Həqiqətən söhbət çox ibrətamiz və maraqlı idi. Söhbətin qızğın yerində marağım güc gəldiyindən söhbətə müdaxilə etdim və sual verdim:

      -Xanım, bəs sənin qaynanan verdiyi nəsihətlərə özü əməl edirdimi? Xanım kinayə ilə eh, nə qoymusan nə axtarırsan, onun ən çox güvəndiyi oğlu özündən qabaq Allahın rəhmətinə qovuşdu, elə həmin gündən  başladı onun qara günləri deyə cavab verdi.

      -Yəni məsələ nə yerdə qaldı? Mümkünsə ətraflı danışın.

      -Sizə deyim ki, qaynanamın oğlunun vəfatından sonra ailənin qayda-qanunları işləməməyə başladı.Onu da nəzərinizə çatdırım ki, qaynanamın rəhmətə gedən oğlundan başqa iki oğlu və iki qızı da vardı. Qızları özü sağlığında ailə quraraq xöşbəxt yaşayırdılar. Böyük oğulun rəhmətə getməsi sanki ailənin çarxını tərsinə çevirdi.   Beləliklə, tədricən ailədə vəziyyət elə dəyişir ki, kürəkən olur qaynananın ağası. Yəni dünya görmüş qaynanamın qanı, canı bildiyi oğlanlarının yerini kürəkənə verir, varsa da  yoxsa da sənsən deyir. Bu vəziyyətlə barışmayan qardaşlar bacılarının ailəsi dağılmasın deyə  dinməsələr də anadan üz döndərirlər.

             Xanım danışdıqca ürəyimdə birbaşa ağbirçək ananın qızlarını qınadım ki,axı sizi nə vadar edir ki, ananınzı doğmalarından uzaqlaşdırıb ərlərinizin köləsinə çevirirsiniz? Nədən sizlər düşünmürsüz ki, həyat insana həmişəlik verilmir? Yaşadığımız həyatda hər şey gəldi-gedərdi. Döğrudanda həyatın gəldi-gedərliyi sözü gedən ailədən də yan keçmədi. Zaman gəlir, öz hökmü ilə hər istədiyinə nail olan ana sağalmaz mərəzə tutulur və ağır anlarında belə oğlanlarını, gəlinlərini saymır və ölümlə çarpışdığı anlarda yenə də qızının ocağına sıxılır, təəssüflər olsun ki, rəhmətə gedən ananın cənazəsini də son mənzilə kürəkən yola salır.

            Sizcə belə anaya haqq qazandırmaq mümkünmü? Nədənsə düşündükcə fikirlərim qarışır. Görəsən, kürəkənin qaynanasına canfəşanlıq göstərməsinin səbəbi nədir? Gəldiyim qənaətsə budur ki, kürəkən bunu səbəbsiz etməyib.Guman ki, kürəkən qaynanadan qalacaq mirasa göz dikib.Məncə belə məsələlərdə qızlar birbaşa günahkardır. Çünki belə vəziyyətə düşən oğullar illər keçsə də analarını bağışlamadıqlarından onun ruhuna rəhmət demirlər. Əslində vəziyyəti gərginləşdirən qızlar bağışlanmazdır. Bu söhbət jurnalist kimi mənim diqqətimi çəkdiyindən  xanımlara yenidən müraciət edərək, ailələrdə yaşanan belə səhvləri bağışlanmasının mümkünlüyünü soruşdum? Sualıma hər kəs özlüyündə maraqlı fikir bildirdi.Düzdür, mübahisə edən xanımları sual-cavab etsəm də özlüyümdə götür-qoy edərək cavab tapmağa çalışırdım. Axı niyə dünya görmüş bir ana bağışlanmaz səhv edərək bir neçə ailəni bir-birinə düşmən edib həyatdan köçdü?  Düşündükcə bu xəmirin hələ çox su aparacağını görüncə sohbət bitər-bitməz xanımlardan ayrıldım və yol boyu fikirləşirdim və bir qərara gələ bilmirdim. Kimə haqq verəcəyimi də ayırd etmirdim.Hər an gözlərimin önünə ağbirçək ANA gəlirdi. Amma bir onu bilirdim bütün yaşananlar günümüzün aktual məsələləridir. Gəlin bir anlığa cəmiyyətimizə nəzər yetirək. Belə hadisələrlə üzləşən ailələr azdırmı? Oğul evləndirən, qız köçürən ana başa düşməlidir ki, ailələrlə qohumluq əlaqələri genişləndikcə mehribançılıq olmalıdır.Çünki yeni qurulan ailələrin bir-birinə qaynayıb-qarışması üçün zamana ehtiyac olur və böyüklərin üzərinə böyük məsuliyyət düşür. Ağsaqqal və ağbirçəklər elə şərait yaratmalıdır ki, təməli yeni qurulan ailədə xırda söz-söhbət üzündən nigahlar pozulmasın. Amma təəssüflər olsun ki, gözünü var-dövlət örtən bəzi analar sanki övladlarını maddiyata satır və özləri də bu ailənin alətinə çevrilir. Belə ki, səhv edən ana  doğma oğul övladını varlı kürəkənin ayağına verib, kürəkənə sığınaraq ya qızının qulluqçusuna çevrilir,  ya da qızının ailəsinə istər-istəməz müdaxilə edərsə, kürəkən səmtini dəyişib başqa cür  mövqey tutanda qalır ortada. Ananın etdiyi haqsızlığı bağışlamayan oğullar bəzən ortada qalan anadan imtina edərək, xəstəlik səbəbindən və ya qocaldığından onları “Qocalar evi”-nə təhvil verirlər. Hətta bəzən hər şeyini itirən ana dilənçiyə çevrilir. Kimdir günahkar? Yenə bu arada bir deyim yadıma düşür: Axı “Özü yıxılan ağlamaz”! Amma bütün bunlar övladların anaya qarışı sərt mövqey tutmasına haqq vermir. Axı bizi yaradan göydən baxır. Əgər bizi xəlq edən Tanrı cənnət anaların ayağı altındadır deyə buyurubsa, biz övladlar hansısa öfkə ilə niyə bu cənnətdən imtina edirik? Tanrı bağışlayandırsa bizlər nə çarəyik ki, bağışlamayaq. Düzdür bu yazdıqlarımı bilənlər bilir lakin, həyatın bəzi reallıqları insanda ikrah hissi yaradır. Bu gün nigah bağlamaq ərizəsi ilə müraciət edən cütlüklərin sayı, boşanma üçün məhkəmələrə ayaq döyənlərin sayından daha çoxdur. Bütün bu reallıqlar cəmiyyətimizin bəlalı yeridir.

            Bu olanları düşündükcə fikrim məni daha uzaqlara apardı. Həyatda insan bəzən qəbul etmədiyi xoşagəlməzliklərlə barışmalı olur. Ara-sıra qulağımıza çatır ki, filankəsin oğlu evlənir, qız evi  cehizlə bərabər kürəkənə maşın da hədiyyə edir, hətta bəzən ev də bağışlayır. Dolayısı ilə çox aktual və acınacaqlı məsələdir. Axı niyə valideyn düşünmür ki, belə hədiyyələrlə ərə verdiyi qızını qohumların, tanıyanların, ən ümdəsi yuva quracağı ocaqda gözükölgəli edir. Hörmətli valideyn, əgər sənin qızın namuslu, qeyrətli qızdırsa, bu rüşvətə nə ehtiyac var? Axı sən dünyanı tutub durmayacaqsan, məgər bilmirsən ki, dünya malı dünyada qalır? Siz valideynin baş ucalığı qızlarınızın namuslu olması deyilmi? Nə zamandan bəri qızları rüşvətlə (yəni kepkası ilə) ərə vermək dəbə çevrilib? Azərbaycan mentalitetinə bunu da milli-mənəvi dəyərlər kimi sırıdılar. Vallah, nədənsə hec ürək açılası, nümunə götürəsi dəyərimiz qalmayıb, bu millətin ağlamalı günləri hələ qarşıdadır. Tariximizə, milli mənəviyyatımıza qara ləkələr hopduqca, cəmiyyətdə öz əksini tapır. Elə bu səbəbdən də cəmiyyət çirkaba yuvarlanmaqdadır.Dözülməz hal  budur ki, aramızda ictimai qınaq yoxdur. Bizim bugünki həyat tərzimiz “Qonşu qonşuya baxır, canını oda yaxır” deyimi kimidir. Mən çox istərdim  valideynlər  öz mənəvi dəyərlərini bilsinlər və  özlərini dəyərsiz hesab etməsinlər. Əgər kürəkəniniz vəzifə, imkan  sahibidirsə də, oğlunuz kasıb olsa belə heç zaman kürəkənin ayağına verməyin! Övladınızın kasıb ocağına sığının, inanın,ora daha isti olacaq və bu istilik daimidir. Axı sən kürəkənə sığınırsansa, onun da öz anası var.Kürəkənin qab-qazanının yanında fırlanıb, gündə aş da yesəniz, bilin ki, yediyiniz aşın altında daş yatır və həmin daş, nə vaxtsa  sənin başına dəyə bilər. Şeytan sizləri çaşdırmasın. Tanrı, siz anaları qəfil başa dəyəsi daşlardan qorusun!!!              

 

 

 

     TƏRANƏ ŞƏMS

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam