Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BƏHRİ TƏBİL

 

 

       "xeberinfo.com": Yol qırağı, sərin bulaq yaşıl meşə orman ola,ocaq çatıb, qoca cavan aramızda dünya görüb dərd eşidən,saqqalı ağ loğman ola,bu qocanın ara-sıra söylədiyi təsəllisə, dərdə çarə, fərman verən dərman ola.Ocaqbaşı dərd dağıdaq,söhbət edək,tənqid edək,dik yeriyən qızları biz,yerə girən zaman-zaman, yer süpürən başları biz. Bəla əgər bizimdisə,deyə bilmək çətindisə,nədəndi ha tərif edək əla dövür, gözəl mühit, unutmayaq göz dağıdır, axı nədən görməz olub ötməliyik, ötmək niyə, yol arayıb, bircə -bircə çözməliyik. Deyə -gülə fürsətikən süfrə gözəl bulaqbaşı, yeyib içək, təbiətdən ləzzət alaq,ara-sıra dərd dağıdan cavanlara meydan verib, asta-asta danışdıqca,qulaq asıb dərdlərinə nəzər salaq.Gəl eşidək bir cavanı,gör nə deyir.Söyləyir ki,Anam edir giley-güzar, deyir evlən oğul,balam gəlin gətir. Çəkdiyim o zəhmətimi, çalış-vuruş mənə yetir,ömür qısa məndə görüm oğul –uşaq gün-güzəran, tap birini ələ-ələ ver mənə gətir.Yaxşı dedim,sözüm sənə ay anacan eşit məni, o ailəni qursam əgər, deyəcəksən zaman -zaman durduğun o ailə deyil,lağım geniş qəbirdi o,utanc yeri gəlin deyil, nəslimizə üz qarası gətirdi o.  Zaman dönüb qızlar busa,tez -tez mənə naz edərək, dodaq büzüb,nazlı-nazlı söyləyəcək,anan qoca kaftardısa, mən cavanam, qız,qızılam, nazlı mələk bir ulduzam, necə deyim,bu qıza mən,ailə quraq, ömrboyu əl-ələ biz sən məni sev,mən də səni, uşaq böyüt,yurd-yuvamda, xanım-xatın bir ana ol. Ay anacan indi deyim, dinlə məni sən agah ol ,Qız görəndə bilinməyir, qız –gəlindi seçilməyir, üz –gözünə diqqət edib, baxsan əgər, göz bərələr, dilin çaşıb , ürək vurmaz can gəbərər, Allah verən sifət itib,göz çəkilib,dodaq şişib, qaş tatuaj,ox kamana tərs bitişlib. Mini yubka, bədən çöldə, ax bu nədir gör nə gündə? Dilim dönməz deyəmmərəm gəl anama sən gəlin ol,əyrini düz,düzü əyri hesab verib,ata yurdum xanimanda sən xanım ol.Əziz anam,bu dovranda gəlin nədir, əldə qalar hər zəhmətin üzülərsən, qoca vaxtı dərd çoxalar gəmin batar möhnət olar,istəmirəm nəslimizə zatımıza, soyüş düşüb töhmət olar,Ay anacan evlənmirəm amandı yox,gözəmmərəm belə dərdə,burnu kəsik,sinəsi  dik gəzənlərə bəzək-düzək,dodaq boya iyrənirəm istəmərəm beləsini, nəfsim də tox,gözüm də tox,İndi ANA bir desənə, hansı qızı alıb sənə, gəlin edim, oğul –uşaq sıra sayı çoxalanda beləsinə arvad deyib, ana edim. Dinlədikcə loğmanımız bu cavanın dərdlərini, üz tutaraq söz deməkdən çəkinmədi gəlin –qıza dərin-dərin, daş dağıdan sözlərini. Qızlarımız bir eşidin, cavanların damarında coşan qanın , haray salan, odlu-odlu sizə olan nifrətini, uman yerdən küsüb deyə, sizdən uman namus-qeyrət xislətini. Gözəlsiniz bir gül qədər zərifsiniz, qiymət  verin qız adına,bağ-bağçada qızıl gülün sevgidolu kamalına,zaman gələr siz anasız,dəyər verin, qızıl gülün, gül adına, unutmayın namus ismət yaraşıqdır yurdumuzda  ANA olan hər qadına...

                                                                     

 

TƏRANƏ ŞƏMS

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam