Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Salxım söyüd

 

 

Yenixeber.org:   (Ardı)

Nərmin hər gün tezdən durub çay-çörək hazırlayır, sonra Şənliyi oyadırdı. Birgə səhər yeməyi yeyib işə yollanırdılar. Şənlik hər gün Nərmini işə aparır, sonra isə özü işə gedirdi. Əvvəllər, axşam da bir yerdə qayıdırdılar. Sonralar Nərmin:-Şənlik sən gəlmə, mənim arxamca, mən özüm avtobusa minib gələrəm qızlarla. .Şənlik sevimli arvadının, avtobusla gəlməsinə heç razı deyildi. Lakin arvadı istar etdikcə razılaşmaqdan başqa çarəsi qalmadı. Amma hərdən elə olurdu ki, özünü pis hiss edirdi. Yaxud əli ağır olanda, ertədən zəng vurub, axşam işdən çıxanda məni də götürməyi unutma deyirdi. İş yeri dənizkənarı parka yaxın idi.

Axır vaxtlar adət etmişdi. Nahar fasiləsinə beş on dəqiqə qalmış yeməyini tələsik yeyir, fasilə vaxtı çatanda vaxt itirmədən çıxıb onlara verilən bu vaxtı ən yaxşısı dəniz kənarında təmiz hava almağa sərf edirdi. Havalar soyumuşdu. İdarənin qapısından çıxıb tələsik addımlarla dəniz kənarı parka tərəf getməyə başladı. Xurşidbanu Natəvanın heykəlinin yanına çatanda bir az addımlarını yavaşıdıb bilet kassalarına tərəf döndü. Bir müddət dayanıb ay ərzində kino-teatrların cədvəlini nəzərdən keçirdi. Bilet kassaları köhnə Univermaqla Araz marketin arasındakı sahədə yerləşmişdi. Kassir qız növbədə daynanların suallarına səbirlə cavab verir, bilet sifariş edənlərin biletini verirdi. Kassada dayanmışdı. Şənliklə birgə getdikləri kinonu çox bəyənmişdi. Kassir qızın:- xanım siz nə istəyirdiniz?- sualına eşidib artıq növbənin ona çatdığını gördü. Halbu ki, bilet almayacaqdı. Özünü itirdi. Arxada əl-ələ verib dayanmış gənc oğlanla qız hansı filmi seçəcəyləri barədə qızğın müzakirə aparır, deyəsən onun tez keçməsini gözləyirdilər. Nərmin udğunub-heç dedi. Elə belə baxırdım.Görüm maraqlı nə var.  Kassir qızdan üzr istəyib gənclərə tərəf döndü. Buyurun deyib tələsik addımlarla oradan uzaqlaşmağa başladı. Kassir onun arxasınca baxıb başını buladı. Gənc oğlanla qız bir –birinə baxıb kassaya tərəf əyildilər. Görünür hansı filmə baxacaqlarınaqərar vermişdirlər.

Nərmin Kukla teatrının yanındakı yeraltı keçidə daxil olub dəniz sahilinə doğru addımlamağa başladı. Hava soyuq olduğundan parkda gəzənlər də az idi. Parkın yola yaxın hissəsi ilə şəhərin o başına gedən insanlar nəzərə çarpırdı. Əl-ələ vermiş cütlüklər daha, çox idilər.

Fikirli halda düz qarşısına baxaraq, sahilə doğru addımlayırdı. Pillələri enib qırmızı kərpic döşənmiş meydançanı keçdi. Sahillə dənizi ayıran baryerin açıq, dənizə daha yaxın getmək üçün qoyulmuş hissəsini gözü ilə arayıb tapdı. Ora yaxınlaşaraq baryerin o biri üzünə keçdi. Nəm dəniz havası beyninə bir sakitlik gətirdi. Xəyalına tələbə vaxtı Şənliklə burada keçən görüşləri gəldi. Necə də, gözəl günlər idi. Qayğısız, şən tələbəlik illəri. Smestr imtahanlarını verib bitirdikdən sonra ilk işləri dəniz sahilinə gəlib, bu baryeri aşıb keçmək olurdu. Coşqun dalğaların yaladığı yalçın bir qaya parçasınınüstündə özlərinə yer seçmişdilər. Bu qaya parçası onlarının sevgi etiraflarını dinləmişdi. Bütün söhbətlərinin dilsiz şahidi idi. Bu qaya onların səssiz mühakimələrini nə qədər dinləmişdi. Bu qayanın üstündə dayanıb arzularını dilə gətirib ciblərindəki xırda pulları “dəniz anasına ” nəzir atardılar. Sonra da mübahisə edərdilər ki, kimin pulu daha uzağa düşdü. Beləcə acından ürəkləri üzülənə kimi burada vaxt keçirərdilər. Bunları düşünə-düşünə gəlib həmin o görüş yerinə çatmışdı. Bir-iki addım irəli yeriyib, qayaya çırpılmasına tamaşa etməyə başladı. Öz-özünə düşünürdü. Bu dəniz nə yaman acıqlıdı. Dalğalar şahə qalxırdı. Birdən arxadan səs eşitdi. Nə gözəldir. Elnur, bax, dalğalar da bu gün coşub, sevinir ele bil.

Səsi eşidib arxaya çevrildi.

Dodağı qaçdı. Bayaq kassada ondan sonra dayanan cütlük, oğlanla qız baryerin o biri üzündə dayanıb dənizə boylanırdılar. Öz aləmlərindəydilər. Qız oğlana: necə keçək o üzə?- deyə səsləndi. Oğlan: bax belə deyib bir anda baryerdə sütün kimi qoyulmuş və zəncirlə digər sütuna bağlanmış dəmirin dairəvi hissəsindən yapışıb qumluq hissəyə aşırıldı. Qıza acıq verirmiş kimi əl edib güldü. Qız: Elnur kömək et mən də keçim.Boynunu büküb əllərini birləşdirib rica edirmiş kimi qabağa uzatdı. Darıxma bu dəqiqə səni keçirəcəyəm bu tərəfə. Keçid aralıda idi. Nərmin keçidi keçəndən sonra xeyli irəliləmişdi. Hündürboy pəhləvan cüssəli oğlan baryerə baxa-baxa dəniz vaqzalı istiqamətində irəliləyirdi. Qız isə baryerin o üzündə onunla paralel şəkildə irəliləyirdi. Baryerin nİisbətən alçaq hissəsinə çatanda oğlan dayandı. İndi qız da dayanmışdı. Oğlan əl atıb qızın belindən yapışdı. Bir anda alıcı quş kimi qızı götürüb bu tərəfə qoydu. Qız gülə-gülə onun boynuna sarıldı. Qızı yenidən belindən qucub ayaqlarını yerdən üzdü. Birbaşa qumluğun içi ilə dalğaların yaladığı qayalıqa doğru irəlilədi. Qız gülə-gülə qışqırır, burax deyə çılğın hərəkətlər edirdi. Oğlan nəhayət qızı yerə qoydu. Dönüb bir-binə sarıldılar...... Aralananda onlardan beş-altı addım aralıda dayanmış otuz-beş, otuz altı yaşlı yaşlı gənc qadını gördülər.Bəlkə də, qadının bilet kassalarından şaşqın halda aralanmış həmin qadın olduğunu belə xatırlamadılar.

 Şənliklə keçirdikləri şirin anları xatırlamışdı. Bir anlığa onlara baxıb oradan uzaqlaşdı. Allah sizi xoşbəxt eləsin dedi öz-özünə. “Biz də xoşbəxtik əlbətdə”. Yenə öz-özü ilə danışırdı.  Dalğalar var gücü olə suyun kənarındakı daşlara çırpılıb coşmuş halda yuxarı qalxır, sürətlə köpüklü sulara qarışıb yeni qüvvə toplamaq üçün dalğanın radiusunda dənizin içərilərinə qayıdırdı. Ayaqları yüngülcə islanmışdı deyəsən. Dalqğalar həmin dalğalardı.Yüngül, ipək pencəyinin qolunu azca qaldırıb saata baxdı. Vaxt idi. Dayandığı qumlu-çığıllı dənizlə baryer arasındakı ensiz sahəni keçib düz baryerə qədər qəldi. Yadına düşdü ki, axı buradan keçməyib. Dönüb baryerin dibi ilə addımlayıb keçdiyi hissəsinə tapdı.Sahilin asfalt hissəsinə keçdi.  Asta addımlarla sahil xiyabanından keçib, keçidə  doğru addımlamağa başladı. İş yerinə çata-çatda idi. İş yoldaşları hərəsi bir tərəfdən idarəyə doğru axışırdı. Arxadan ona xitabən deyilmiş: Nərmin xanım, siz də, deyəsən fasilədə dəniz havası almağı tərcih edirsiniz.? Aləm idi. Onunla işləyirdi. Gənc şərqşünas alim idi. Gənc deyəndə ki, yaşı qırxı keçmişdi. Dilçi alim kimi dövlət qurumuna cəlb edilmiş,  orada işləyirdi.  Üzdən qırx yaş vermək olmazdı ona.Ailə qurmamışdı  hələ. Subay idi.Mədəni insan idi. Amma çox qaynayıb qarışan deyildi. Oturduğu otaqda iki nəfər idilər. Səhər gələndə salamlaşar, bir də axşam gedəndə sağollaşardılar. Hərəsi öz işi ilə məşğul idi. İdarədə ki, söz söhbətdə, qeybətdə adları hallanmazdı. Nərminlə yanaşı oturan Gültəkin xanımın fitnəsindən bir onlar yayına bilmişdi. Nərmin dönüb heç o tərəfə belə baxmadan – hə sahildəydim.Təmiz hava udurdum dedi. Cavab gözləmədən addımlarını yeyinlədib iş yerinə doğru addımladı. Otaga girəndə Gültəkin xanım ağzı qulaqlarının dibində ona baxır şit –şit gülürdü. Nərmin! Deyəsən gəzintidən gəlirsən! Cavab vermədi. Stolunun arxasına keçib kompüteri işə saldı. Pəncərədən çölə baxırdım Aləmlə səni gördüm şirin söhbət edirdiniz dedi. Nərmin təəcüblə ona baxıb başını buladı. 

-Bəli Gültəkin xanım işə çata-çatda gördüm onu. Salamlaşdıq sadəcə. Gültəkin dodağının altında gülümsəyib yan stolda əyləşən cavan oğlana tərəf dönüb göz vurdu. Nərmin interneti açıb xəbərləri oxumağa başladı. Bir azdan Facebooka daxil olub yenilikləri izləməyə, sosial şəbəkədə ki, dostlarının paylaşdığı maraqlı xəbərlərə diqqət kəsildi.

Günlər yeknəsəq keçirdi. Artıq, həyatları əvvəlki axarı ilə davam edirdi. Bircə dəyişən o idi ki, Şənlik Bəyim arvadın təkidi ilə bir dəfə Niyala gedib gəlmişdi. Birinci dəfə idi ki, tək gedirdi kəndə. İş elə gətirmişdi ki, evlənəndən sonra həmişə arvadı ilə birgə gedirdi kəndə. Nərminə elə gəlirdi ki, əri Niyala gedib gələndən sonra nə isə dəyişib elə bil. Cüzi olsa da,var idi. Anlamışdı Nərmin. Orada Niyalda Bəyim arvadın gözlərinin dərinliyindən gələn soyuq işıltının bir zərrəsi düşmüşdü elə bil sevimli ərinin bir az kədərli bir az dalğın gözlərinə. Bəzən bu sısqa, soyuq işıltının ona baxan sevimli gözlərin dərinliyindən ona doğru boylandığını hiss edirdi gəlin. Bu hissi yaxın buraxmasa da, onun nəfəsini hiss etməkdəydi. Özünü danlayırdı. Nahaq buraxdım onu Niyala . Kaş üzümə , üz bağlayıb mən də gedəydim  onunla.

Bir allah bilir ki,nələr deyib ona. Nələr pıçıldayıb. Sevgili həyat yoldaşı əzab çəkirdi. Artıq hiss olunmaqdaydı. Anası ilə arvadının arasında qalmışdı.

Nərmin haradan biləydi. Bəyim arvad çox uzaqdan başlamışdı. Mətləbə çox yaxınlaşmasa da ətrafında hərlənirdi. Keçən il qonşu uşağının ağır xəstələnməsindən, kəndə təcili maşınla həkimlərin gəlməsindən danışmışdı oğluna. Sonra da söhbəti söyüd ağacının üzərinə gətirərək dolayısı ilədə olsa, oğluna qandırmışdı ki,  daha bəsdi nə vaxta kimi övladsız qalacaqsan.Ağlmasına, ağlamsına həkimin danışdığı söyüd ağacı əhvalatına bir az da bəzək düzək vura –vura ona söyləmişdi. Sonra da əlavə etmişdi ki, mənciyəz nə edə bilərdim. Sən mənim gözümün ilk ovusan. Canımsan mənim. Sənin belə züryətsiz qalmağına dözə bilmirəm. O ağacı da kəsdirdim ki, bəlkə elə bunda da, bir kəramət var. Elin ağzı fal olar deyib atalar. Bunu da yoxlayaq. Arvadın fors elədi. Qaşqabaq tökdü. Daha Bəyim arvad qızı Zərifin qardaşına hər şeyi nağıl etdiyindən xəbəri yox idi. Odur ki, ürəkli-ürəkli danışır, oğlu ilə gəlininin arasına nifaq toxumları səpirdi.

Şənlik Niyalda olanda tay-tuşları ilə görüşərdi. Oturardılar dərdləşərdilər.  Vaxtsız dən düşmüş gicgahları diqqətlərini çəkmişdi. Onlar da söz atmış, tənə vurmuşdular Şənliyə. Noldu balam sənin bu ata olmağın nə uzun çəkdi demişdirlər. Nə qədər yaxın da olsalar, Şənlik sevməzdi, evinin, aliləsinin,  söz söhbətinin dilə düşməsini.

Üstündən iki il keçmişdi. Gəlin ilə qaynana arasındakı, səmimiyyətdən əsər əlamət qalmamışdı. Düzdür, son iki ildə Nərmin Niyala getməmişdi. Şənlik arabir gedib valideynləri ilə gürüşürdü. Soyuq müharibə gedirdi aralarında. Qaynana bu müddət ərzində bir dəfə Bakıya gəlmişdi. Onu da tələsik  gəlib, qayıtmışdı.

Bəyim arvadın bacısı Nərgiz xanım qızına toy ediridi. Qaynanası gələcəkdi toya. Bunu dəqiq bilirdi Nərmin.  Qazanlar üstüörtülü qaynayırdı. Bəyim arvad oğlunun evinə düşməliydi. Çox düşünmüşdü,onun kimi sanballı bir qadın, oğlunun evini qoyub bacısıgilə gedə bilməzdi. Heç fikri də yox idi. Amma gəlinə qarşı hikkəsi soyumamışdı. Övladı olmur, bəs deyilmiş hələ bir tövr də göstərir deyə,  düşündükcə daha da qeyzlənirdi. Heç olmasa əvvəllər oğlum, gəlinim yaz-yay aylarında Niyala gəlir evdə bir canlanma yaradırdılar. Ailə bir yerə toplanırdı ən azı. Nə olsun ki, övladları yox idi. Ele də düşünür, belə də düşünürdü. Fikirləri düyünə düşmüşdü.

 

 

 Bacısı qzının toyu yaxşı vaxta düşmüşdü. Bəyim arvadın fikri bu idi ki, onların oturdub, ciddi söhbət etsin. Fikirlərinin öyrənsin.  Nə vaxta qədər bu küs davam edəcəkdi. Milli mentalitet illiklərinə qədər işləmişdi bu qadının. Oğlu, ilk övladı onun üçün tamam başqa bir dünya idi. Oğul,  nəslinin davamçısı. Nəsli davam etdirmək ehtimalı sıfıra bərabər idi.  Düzdü digər övladları da var idi. Amma nə olsun. Hər kəsin öz yeri. Elmin, texnologiyanın , masir inkişafı, tibb elminin yeni –yeni nailiyyətləri varkən, onun oğlu züryətsiz qalacaqdımı. Lap bədə-bəddə ayağını yerə vurub möhkəm dayanacaqdı. Ya dürüst bir malicə olunacaq, övlad sahibi olacaqdılar. Ya da hər biri ayrılıqda öz yollarını seçəcəkdilər. Onun nənə olmaq, Şənliyin də ata olmaq şansı deyəsən Nərmindən bir pillə yuxarıda idi. Bu sırf Bəyim arvadın gəldiyi qənaəti idi.  Oturub gəlin ilə  danışacaqdı. Yalvar yaxar edəcək, sevirsə,  Şənlikdən əl çəkməsini istəyəcəkdi. Xahiş edəcəkdi gəlinindən .

 

Ardı var...

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam